Elektrotexnika Ve Elektronika Muhendisleri Institutu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur.
Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu IEEE[1][2] | |
---|---|
Əsası qoyulub | 1 yanvar 1963 |
Tip | ixtisaslaşmış təşkilat |
Şəhər | Nyu-York[3] |
Ölkə | |
Sayt | ieee.org |
Vikianbarda əlaqəli mediafayllar |
1 yanvar 1963-cü ildə radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.
IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
- Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Üzvülük
redaktə- Tələbə üzvlər: Texnologiya və ya mühəndislik tələbələri
- Üzvlər: Adi və ya peşəkar üzvlük haqqı texnologiya və ya mühəndislik sahəsində magistraturanı bitirmiş, ya da texnologiya və mühəndislik üzrə 6 il iş təcrübəsi olan şəxslərə verilir.
- Cəmiyyət filialları:
- Senyor üzvlər: Peşəkar üzvlər senyor üzv olmağa müraciət edə bilər. Senyor üzv olmaq üçün senyor, fellow və ya fəxri üzvlər tərəfindən 3 tövsiyə məktubu lazımdır və həmçinin texnologiya, təhsil, mühəndislik sahələrində nailiyyətlər qazanılmalıdır.
- Fellow üzvlər: Fellow üzvlər müraciət əsasında deyil, başqalarının seçimi əsasında seçilir.
- Fəxri üzvlər:
- Ömürlük üzvlər:
İstinadlar
redaktə- ↑ 1 2 Library of Congress Library of Congress Name Authority File (ing.).
- ↑ 1 2 Institute of Electrical and Electronics Engineers Inc // https://www.guidestar.org/profile/13-1656633. GuideStar.org.
- ↑ "IEEE – IEEE Contact & Support". Institute of Electrical and Electronics Engineers. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
- ↑ 1 2 Societies and Open Access Research. 2007.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.