Eldar Zeynalov Heykeltaras - Wikipedia
Eldar_Zeynalov_(heykəltaraş) - Haqqında Məlumat
Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı – 13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş,[1] Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978),[2] Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992),[3] "Humay" mükafatı laureatı (2001).
Eldar Zeynalov | |
---|---|
Eldar Heydər oğlu Zeynalov | |
Doğum tarixi | 22 avqust 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 2001 (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | heykəltaraşlıq |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəEldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə V. İ. Muxina adına Leninqrad Ali Bədii-sənaye Məktəbini (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) bitirmişdir.[mənbə göstərin]
Fəaliyyəti
redaktəEldar Zeynalov heykəltaraş Telman Zeynalovla birgə bir sıra əsərlərə həmmüəlliflik edib:
Abidələr
redaktə- Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (Lənkəran, 1976)[2]
- Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Ulyanovsk, 1976)
- Ş. Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980)
- Üzeyir Hacıbəyovun ev muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (Bakı, 1985)
- Tuncdan hazırlanmış "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (Bakı, 1987)[4]
- Tunc-qranitdən hazırlanmış Nizami Gəncəvi abidəsi (Moskva, 1991)[5][6]
- Tuncdan hazırlanmış "Şəhidin xatirəsinə" abidəsi (Xürrəmşəhr, 1992)
- Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı)
Eksponatlar
redaktə- "Bulaqda çimən Şirin" relyef-miniatürü (Bakı, 1992)
- Tuncdan hazırlanmış "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (Bakı, 1992)
Medallar
redaktə- "Səməd Vurğun" yubiley medalı (1975)[7]
- "Üzeyir Hacıbəyov" yubiley medalı (1985)[7]
- “Sabir” yubiley medalı (1985)[7]
- “Nizami” yubiley medalı (1991)[7]
- "Səttar Bəhlulzadə" yubiley medalı (1992)[7]
-
Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument, Telman Zeynalovla birgə 1976-cı il (Lənkəran)
-
"Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı Telman Zeynalovla birgə 1987-cı il (Bakı)[4]
-
Ulyanovsk "Xalqlar dostluğu" parkı "Azərbaycan tarixindən səhifələr" abidəsi Telman Zeynalovla birgə 1976-cı il (Rusiya)
-
Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları Telman Zeynalovla birgə (Bakı)
-
Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları Telman Zeynalovla birgə (Bakı)
-
Nizami Gəncəvinin xatirəsinə abidə Telman Zeynalovla birgə 1991-ci il, (Moskva)[5]
-
"Səttar Bəhlulzadə" yubiley medalı 1992-ci il Telman Zeynalovla birgə
-
"Üzeyir Hacıbəyov" yubiley medalı, 1985-ci il, Telman Zeynalovla birgə
-
"Səməd Vurğun" yubiley medalı, 1975-ci il Telman Zeynalovla birgə
-
“Nizami” yubiley medalı 1991-ci il Telman Zeynalovla birgə
-
"Üzeyir Hacıbəyov" xatirə lövhəsi Telman Zeynalovla birgə
-
Şamama Məmməd qızı Ələsgərova xatirə lövhəsi Telman Zeynalovla birgə
-
"Neftçi Qurban" memorialı Telman Zeynalovla birgə
-
"Mirzə Əjdər oğlu İbrahimov" xatirə lövhəsi Telman Zeynalovla birgə
Mükafatları və fəxri adları
redaktəİstinadlar
redaktə- ↑ Sadıqov, S. "Azərbaycan heykəltaraşlığında İmadəddin Nəsimi obrazı" (PDF). anl.az (az.). MƏDƏNİYYƏT.AZ. 2019. 2021-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 dekabr 2021.
- ↑ 1 2 3 Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ 1 2 "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında". e-qanun.az (az.). 4 mart 1992. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
- ↑ 1 2 "Bakının mərkəzindəki abidə-fontan hara yoxa çıxıb? - Foto". axar.az (az.). 12.07.2021. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
- ↑ 1 2 "11.6. ИЗОБРАЗИТЕЛЬНОЕ И ДЕКОРАТИВНО-ПРИКЛАДНОЕ ИСКУССТВО 11.6.1. Изобразительное искусство". ensiklopediya.gov.az (az.). Azərbaycan Milli Ensiklopediyası. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
Среди новых значительных творений азербайджанских скульпторов можно назвать памятники Низами Гянджеви в Москве (1991, братья Тельман и Эльдар Зейналовы)
- ↑ "Произведения азербайджанских скульпторов, установленные в городах РФ как символ дружбы двух стран в период независимости" (PDF). Culture and Civilization. 10 (4A): 118-128. 2021-12-08 tarixində arxivləşdirilib (PDF).
Одним из ранних и интересных монументальных памятников, установленных еще в 1991-м году, является памятник Низами в Москве. [...] Авторами памятника являются азербайджанские скульпторы Тельман Зейналов и Эльдар Зейналов.
- ↑ 1 2 3 4 5 "Медальер Зейналов Эльдар Гейдар оглы". sovietznak.ru (rus). 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.