Elbrus Rayonu - Wikipedia
Elbrus rayonu (kab.-çərk. Эльбрус куей, qaraç.-balk. Эльбрус район[2]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tırnıauz şəhəridir.
Elbrus rayonu | |
---|---|
43°24′ şm. e. 42°55′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Tırnıauz |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1935 |
Sahəsi |
|
Hündürlük | 5.642 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86638 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəElbrus rayonu Kabarda-Balkariya Respublikasının cənub-qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Zolski rayonu, şimalda Baksan rayonu, şərqdə Çeqem rayonu, cənubda Gürcüstan. Rayonun sahəsi 1850,40 km²-dir. Rayonun relyefi dağlıqdır. Rayon torpaqları yüksək dağlıq zonada, insanların yaşaması üçün əlverişsiz ərazidə yerləşir. Rayon ərazisindən müxtəlif silsilələr və dağ massivləri bir-birinə paralel olaraq keçir. Rayonda Rusiyanın ən yüksək nöqtəsi olan Elbrus dağı yerləşir.
Tarix
redaktəRayon 28 yanvar 1935-ci ildə Kabarda-Balkariya vilayət İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 92 nömrəli qərarına əsasən Balkar rayonunun Qundelen, Laşkutinski, Bılımsi, Nijne-Baksan, Verxne-Baksan və Elbrus kənd sovetliklərindən təşkil edilir yaradıldı.
20 aprel 1937-ci ildə Verxne-Baksan kənd sovetindən Çalmas kənd sovetliyi ayrılır (Verxni Kıldı kəndi, Nijni Kıldı, Kamış, Teqereq-Tala, Verxni Çalmas, Nijni Çalmas, Orta Çalmas).
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 8 APREL 1444-cü il tarixli fərmanı ilə balkar xalqının Orta Asiyaya sürgün edilməsi ilə əlaqədar olaraq Elbrus rayonunun cənub hissəsi Gürcüstan SSR-nin Yuxarı Svanet rayonuna verildi.
1944 və 1947-ci illərdə bir sıra yaşayış məntəqələri Baksan rayonundan Elbrus rayonuna verilir.
1957-ci ildə əvvəllər Gürcüstan SSR-nin Yuxarı Svaneti rayonuna verilmiş torpaqlar yenidən Kabarda-Balkariya MSSR-a qaytarıldı.
Elbrus rayonu Kabarda-Balkariya MSSR Ali Şurası Rəyasət Heyətinin 20 dekabr 1962-ci il tarixli qərarı əsasında ləğv edildi. Ləğv edilmiş rayonun şimal hissəsi Baksan rayonuna verildi, qalan hissəsi isə Tırnıauz şəhər şurası qatılır.
Kabarda-Balkariya Parlamentinin 5 may 1994-cü il tarixli qərarı ilə ləğv edilmiş Tırnıauz şəhər şurasının ərazisində Elbrus rayonu təşkil olunur. Daha sonra Baksan rayonundan yeni yaranan Elbrus rayonua Bedik, Kyöndelen və Laşkuta kəndləri birləşdirilir.
Əhali
redaktə- Urbanizasiya
Şəhər şəraitində (Tırnıauz ş.) rayon əhalisinin 57.24 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
balkarlar | 25 196 | 69,49 % |
ruslar | 5 237 | 14,44 % |
kabardinlər | 3 501 | 9,65 % |
digərləri | 2 215 | 6,11 % |
milliyyətini bildirməyənlər | 111 | 0,31 % |
ümumi | 36 260 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 525 | 3 407 | 6 932 | 19,12 % |
15 — 59 yaş | 11 339 | 13 310 | 24 649 | 67,98 % |
60 yaşdan yuxarı | 1 818 | 2 861 | 4 679 | 12,90 % |
ümumi | 16 682 | 19 578 | 36 260 | 100,0 % |
Kişilər — 16 682 nəf. (46,0 %). Qadınlar — 19 578 nəf. (54,0 %).
Əhalinin orta yaşı — 35,5 yaş. Kişilərin orta yaşı — 34,0 yaş. Qadınların orta yaşı — 36,9 yaş.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ Официальный сайт Эльбрусского муниципального района Кабардино-Балкарской Республики. Постановления главы администрации Эльбрусского муниципального района Arxivləşdirilib 2019-10-20 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.