Elcin Isayev - Wikipedia
Elçin Həmid oğlu İsayev (16 iyun 1952, Kirovabad, Gəncə vilayəti) — Azərbaycan Respublikasının əməkdar həkimi[1] və Bank of Bakunun Müşahidə Şurasının sədri[2].
Elçin İsayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Fəaliyyəti | Həkim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Tibb elmləri namizədi |
İş yeri | Bank of Baku ASC-nin Müşahidə Şurasının sədri |
|
|
Təltifləri |
Həyatı
redaktəElçin Həmid oğlu İsayev 1952-ci il iyun ayının 16-da Gəncə şəhərində anadan olub[3].
Orta məktəb təhsilinə Kirovabadda (indiki Gəncə şəhəri) başlayan Elçin İsayev 1969-cu ildə elə həmin şəhərin 1 nömrəli məktəbini bitirib. Ali təhsilini 1969–1975-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" ixtisası üzrə davam etdirib. Təhsili dövründə 1972–1975-ci illərdə Mərdəkanda yerləşən uşaq sanatoriyasında funksional kabinetdə tibb qardaşı vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra 1975-ci ildə Bakı şəhəri 5 saylı Şəhər Klinik Xəstəxanasında növbətçi həkim, 1978-ci ildə həmin xəstəxanada Terapiya şöbəsinin həkimi, 1990-cı ildən 2015-ci ilədək Qastroenterologiya şöbəsinin müdiri, 2015-ci ildə təqaüdə çıxdıqdan sonra Terapiya şöbəsinin həkimi olaraq çalışmağa davam edib.
Həkim kimi fəaliyyəti dövründə namizədlik dissertasiyasını müdafiə edərək 1984-cü ildə tibb elmləri namizədi elmi dərəcəsini alır. 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Baş elmi işçi" diplomuna layiq görülür[4].
O, 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"nun qurucularından biri olur. Elə həmin ildən etibarən Müşahidə Şurasının sədridir.
Ailəsi
redaktəAiləlidir, üç övladı, 4 nəvəsi var.
Elmi yaradıcılığı
redaktəElçin Həmid oğlu İsayev SSRİ Səhiyyə Əlaçısı olub. O, müxtəlif illərdə ölkə daxilində və xaricdə, o cümlədən Baltikyanı ölkələr, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə keçirilən tibb elminin müxtəlif istiqamətlərinə dair konqres və elmi-praktik konfranslarda iştirak edib[5]. Tibb elmləri namizədi, həkim-qastroenteroloq Elçin İsayevin elmi məqalələri müxtəlif ölkələrin nüfuzlu jurnallarında çap olunub.
Əmək fəaliyyəti
redaktə5 saylı Şəhər Klinik Xəstəxanası, Nərimanov tibb mərkəzi
redaktəElçin İsayev 1975-ci ildən 5 saylı Şəhər Klinik Xəstəxanasda fəaliyyətə başlayıb. 1990-cı ildən 2015-ci ilədək Qastroenterologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə ölkə Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb[6].
Hal-hazırda Bakı şəhərinin Baş qastroenteroloqudur, konsultasiyalarını davam etdirir.
Bank of Baku ASC
redaktəElçin İsayev 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"nun qurucularından biri olub və həmin ildən etibarən bankın Müşahidə Şurasının sədridir. O, bank sahəsində korporativ idarəetmə və bank menecmenti mövzularında müxtəlif vaxtlarda keçirilən yerli və beynəlxalq seminarların da iştirakçısı olub.
Təltifləri
redaktəƏsərləri
redaktə- Assiti olan xəstələrin diaqnozunun dəqiqləşdirilməsində klinik müşahidələrin əhəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Jurnalı., Bakı 1999, № 1, s.62–64. V. M. Xəlilov, A. B. Həsənova-Səmədova, Z. M. Şamxalov, T. H. Səlimov, Ş. S. Məmmədova, B. İ. Sadıqov ilə birlikdə.
- Assitlərin differensial diaqnostikasına dair. I Avrasiya Qostroentoloji konqresi. Baku, 1997.
- Helikobakter pilorinin peptik xora əmələgətirmə mexanizmi. I Avrasiya Qostroentoloji konqresi. Baku, 1997.
- Qeyri-spesifik xoralı koliti olan xəstələrdə cinsiyyət hormonlarının vəziyyəti. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Jurnalı., Bakı 1999, № 1, s.49–52
- Qeyri-spesifik xoralı kolitdə böyrək üstü vəzin vəziyyəti. II Beynəlxalq Avrsiya Qastroentoloji Konqresi. Almata, 1998
- Qeyri-spesifik xoralı kolit zamanı hipofizar-adrenal sistemi hormonlarının vəziyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Jurnalı., Bakı 1999, № 1, s.68–70
- Гастрин сыворотки крови у больных неспецифическим язвенным колитом. Матер. 4 Всесоюзного съезда гастроэнтерологов, Москва-Ленинград, 1990.
- Диагностика и лечение функциональных нарушений гепатобилиарной системы и поджелудочной железы у больных неспецифическим язвенным колитом. Методические рекомендации, Баку, 1983, 11 с.
- Дискинезия желчных путей. Азерб. Мед. журнал. № 2. Баку, 1983. вместе с. И.М.Иоф, Т.Г.Салимов и др.
- Эпидемиология хронической заболеваний печени в Азербайджане. Тбилиси, 1998.
- Эндокринная функция поджелудочной железы у больных неспецифическим язвенным колитом. Тер. Архив, № 2, Москва, 1988, 71–73 с, вместе с И.Т.Абасов, А.А.Гидаятов
- Кальцирегулирующие гормоны у больных неспецифическим язвенным колитом. В.кн."Актуальные вопросы гастроетерологии. Тезисы. научной конференции." Баку, 1992, с.60–62
- К вопросу лечений цирроза печени. Материалы международной научно пратической конференции. ТОМ I. Тбилиси, 1999. вместе с Агаев.Б.
- Клинические значение неинвазивных методов исследования в диагностике портальной гипертензии. Professor İsmayıl Məmməd oğlu Məmmədovun 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, "Təbib", 1999, 23–24 s.
- Нарушение внешнесекреторной функции поджелудочной железы у больных неспецифическим язвенным колитом. Врачебное дело, № 10, Киев, 1983.
- Некоторые аспекты лечения неспецифического язвенного колита. Матер. науч. тр. ин-на РРио. Баку, 1985.
- Некоторые ферментативные показатели сыворотки крови у больных, перенесших холецистэктомию. Паленума правления Всесоюзн. Научн. общ.гастроэнтер. Рязань, 1980. 20–21 с.
- Особенности гормональных показателей у больных хроническим панкреатитом. Казуистика, диагностические и лечебные ошибки. Матер. ПНВ. Н.о.г., Смоленск, 1990.
- Оценка гормональных изменений у больных нeöэцифическим язвенным колитом. В кн."Перспектив. проблеми вгастроэнтерологии" Москва, 1994, 209–210 с.
- Панкреатит в ближайшие и отдаленный сроки после резекции желудка по поводу язвенной болезни. Мат. Науч. Респ. Конференцниии гастроэнтологов посвященной памяти проф. Алиева Г.К., Баку, 1996. вместа с И.Т.Абасов, А.А.Гидаятов и др.
- При лечении хронических заболеваний печени препаратом эссенциале. Терапия печени становится понятной. Матер. междунар. Симпоз. "Эссенциале в терапии заболеваний печени", Баку, 1986. с.7. вместе с. И.Т.Абасов, В.А.Гидаятов и др.
- Применение имодиума (лоперамида) при лечении поносов. Матер. Пленума. ВНОГ., Рига, 1986. вместе с. И.Т.Абасов, В.А.Гидаятов и др.
- Применение КВАМАТЕЛа и КРЕОНа при заболеваниях верхнего отдела желудочно-кишечного тракта. Гедеон Рихтер в СНГ, № 3, 2000. вместе с И.Т.Абасов, З.М.Шамхалов и др.
- Пульс-терапия кортикостиоидными препаратами больных неспецифическим язвенным колитом. В кн."Перспектив. проблеми вгастроэнтерологии" Москва, 1994, 112–114 с. вместе с. А.А.Гидаятов
- Распространенность заболеваний желчевыводяших путей. Советское здравоохранение. № 1, Москва, 1983, 22–26 с, вместе с И.Т.Абасов, И.М.Иоф и др.
- Роль клинических наблюдений в уточнении диагноза у больных с асцитом. Азмеджурнал. Баку, 1999, 62 с.
- Роль неинвазивных методов исследования в диагностике портальной гипертензии. Российский журнал. Гастроэнтерологии, Гепатологии, Колопроктологии. С ТОМ, № 5, 2000. вместе с Самедов Р.Н, Гасанова А.Б и др.
- Содержание гонодортонных гормонов в крови у больных язвенным колитом. Материалы конференции. Москва, 1993, с.84–85
- Содержание гонадотропных и половых гормонов в крови у больных неспецифическим язвенным колитом. 1 Республиканского съезда терапевтов Азербайджана. Баку, 1990. 86–87 с. вместе с А.А.Гидаятов, И.Т.Абасов
- Содержание половых гормонов у больных хроническим панкреатитом. Матер. ВНОГ, Смоленск, 1989. вместе с. А.А.Гидаятов
- Состояние желудка у больных холециститом. Матер. научн.тр.ин-на РРиО, т.14, Баку, 1982. вместе с. А.А.Гидаятов, В.А.Халифазаде и др.
- Состояние желчевыводящих путей и холесьекреции у больных неспецифическим язвенным колитом. Азербайджанский Медицинский Журнал. Баку, 1983, № 5, 36–42 с.
- Состояние кальциевого обмена у больных неспецифическим язвенным колитом. Azərbaycan Onkologiya və Rentgen radiologiya elmlər jurnalı. № 1–2, С:3, Bakı, 1997, 30–32 с.
- Функция гипофизарно-надпочечниковой системы у больных неспецифическим язвенным колитом. Тез.19 Всесоюзн. Съезда терапевтов. Москва, 1987. вместе с. И.Т.Абасов.
- Функциональная недостаточность привратника и пищеводно-кардиального заболеваниях верхнего отдела желудочно-кишечнего тракта. Матер. У Закавказской конф. Патофизиол. Баку, 1982. вместе с. .А.А.Гидаятов, В.А.Халифазаде
- Функциональное состояние печени, желчевыводящих путей и поджелудочной железы у больных неспецифическим язвенным колитом. дис. на соиск. Ученой степени канд. Мед. наук, Баку, 1984.
- Функциональное состояние поджелудочной железы у больных неспецифическим язвенным колитом. Тер. Архив, № 2, Москва, 1983, 104–107 с.
- Calcium metabolism in acute experimental Pancresatitis. 12th national gastroenterology congress. İzmir, 1995, p. 105.
- Calsium-regulating hormones in the patients with UIcerative Colitis. 14th national gastroenterology congress. Mersin, 1997, p. 72
- Corticosteroids in The Treatment of UIcerative Colitis. 13th national gastroenterology congress. Antalya, 1996. with A. Hidayatov, V. Hidayatova.
- Epidemiology of Ulserative colitis in Azerbaijan. III national gastroenterology congress. Antalya, 1999. with V. Hidayatova.
- Exocrine and endocrine function of Pancreas in Patients with ulcerative colitis. Endoscopy Yokohoma, 1996, p. 451. with A. Hidayatov
- Plasma gonodal hormones levels in Ulserative colitis. 4th United European gastroenterology week, Berlin, 1995. p. 58. with A. Hidayatova
- The ACTH and Cortisole Concentrations in the blood of the Patients with Uicerative colitis. The XIV world Congress of Gastorenterology, Istanbul, 1998, p. 15.
- The changes of hormone levels in blood in ulcerative colitis. The 10th world Congress of Gastorenterology, 1994, Los-Angeles, California, USA, p. 1190. with A. Hidayatov
- The condition of teh biliary tract and cholesecration in cases of Uicerative colitis. Hepoto-gasroenterol, № 3, Berlin, 1985, p. 138, with I. I. Abasov.
- The State of Hypophysial-thyroid system in Ulserative colitis. 10th Asian-Pacific congress of gastroenterology, 7th Asian-Pacific Congress of Digastive. Pacific Yakohama, Japan, 1996. with A. Hidayatov
- The role of hormones in ulcerative colitis pathogenesis. Falk Simposium No.1996, Feriburg, 23–30 October 1996, p. 111
Xarici keçidlər
redaktə- ↑ https://president.az/az/articles/view/56452. "Əməkdar Həkim". president.az (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
- ↑ https://az.wikipedia.org/wiki/?axtar=Bank_of_Baku (#bare_url_missing_title). 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- ↑ https://fed.az/az/bank/prezident-bank-of-bakunun-sehmdarini-teltif-etdi-135412 (#bare_url_missing_title). 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- ↑ https://aztibb.az/az/news/18369-hekimlerimizi-taniyaq-rubrikasi-teqdim-ediremekdar-hekimelcin-isayev (#bare_url_missing_title). 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- ↑ https://banker.az/az%C9%99rbaycanin-tibb-elml%C9%99ri-namiz%C9%99di-olan-bankiri-elcin-isayev/ (#bare_url_missing_title). 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- ↑ https://president.az/az/articles/view/56452 (#bare_url_missing_title). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.