Ehsan Xan Kengerli Xan - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi.
Ehsan xan Kəngərli | |
---|---|
1817 – 1820 | |
Əvvəlki | Kəlbəli xan Kəngərli |
Sonrakı | Nəzərəli xan Kəngərli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1789 |
Doğum yeri | |
Vəfat tarixi | 1846 |
Vəfat yeri | |
Atası | Kəlbəli xan Kəngərli |
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general |
Hərbi fəaliyyəti
redaktəEhsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir.
İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açdırmışdı. Naxçıvan xanlığını əvvəlki qanunlarla idarə etməklə yanaşı, Ehsan xan rus dövlətinin qanunlarına tabe olmağa məcbur idi. Ehsan xanın "xidmətini" səmimiyyət kimi qəbul edən Rusiyanın hakim dairələri ona etibar edirdilər. 1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində (1853–1956) də şücaətlə vuruşmuşdur. "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir. Abbasqulu ağa Bakıxanov və Aleksandr Qriboyedov İrana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A. S. Qriboyedov "İrəvan yürüşü" yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.
Rusiya hökuməti özünü "səxavətli" göstərsə də Cənubi Qafqazda işğal etdiyi torpaqlarda müstəmləkəçilik siyasətini tədricən həyata keçirirdi. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı nəticəsində burada rus çarizminin müstəmləkəçilik siyasəti bərqərar olsa da, ölkədə uzun müddət davam edən feodal pərakəndəliyinə son qoyuldu. Çar Rusiyası özünün cənub sərhədlərini möhkəmlətmək məqsədilə Naxçıvan və İrəvan xanlıqlarını ləğv etdi. I Nikolayın 21 mart 1828-ci il fərmanına əsasən ləğv olunmuş bu iki Azərbaycan xanlığının ərazisində süni şəkildə "erməni vilayəti" yaradıldı. həmin inzibati bölgü 1850-ci ilə kimi davam etdi. Rusiya ilə İran dövlətləri arasında gedən müharibələrdə İran məğlub olsa da torpaq itirmədi. Əksinə, Cənubi Azərbaycanı əldə etdi. Azərbaycanın şimal torpaqlarına isə çar Rusiyası sahib oldu. Bu müharibələr nəticəsində yalnız Azərbaycan xalqı itirdi — müstəqilliyini, özü də uzun müddətə.
Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
Mənbə
redaktə- Kəngərli Ehsan xan Kəlbəli xan oğlu
- Ehsan Xan Kəngərli
- General-mayor I Ehsan xan Naxçıvanski (Kəngərli) ilə general-feldmarşal İvan Paskeviç necə yaxınlaşdılar