Eduard Putsep - Wikipedia
Eduard Pütsep (est. Eduard Pütsep , 21 oktyabr 1898[1] – 22 avqust 1960[1]) — Eston əsilli Yunan-Roma güləşçisi. Rusiya İmperiyasını təmsil edib. 1924-cü ildə Parisdə keçirilmiş yay Olimpiya oyunlarının çempionu olub.[2] Dünya və Avropa çempionatlarının medalçısı olub.[3]
Eduard Pütsep | |
---|---|
est. Eduard Pütsep | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 21 oktyabr 1898[1] |
Vəfat tarixi | 22 avqust 1960[1] (61 yaşında) |
İdman növü | idman güləşi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəGüləşci kimi
redaktəEduardın güləş karyerasına başlaması Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Eduard Pütsep ilk uğurunu 1917-ci ilin fevralında Peterburqda keçirilən güləş və gir oynadanlar arasında 1-ci Rusiya çempionatında qazanır. Güləşçi bu turnirdə 3-cü yeri tutur.[4]
Antverpendə baş tutmuş 1920-ci ilin Yay Olimpiya Oyunlarında iştirak edən güləşçi, burada yüngul çəki dərəcəsində yarışır. Eduardın turnirdə ilk rəqibi Belçikalı Henri Dieri olur və Eduard ona qalib gəlir. Pütsepin növbəti rəqibi isə Norveçli Vilhelm Olsen olur. Norveç güləşçisinə qalib gələn Pütsep dörddəbir finala vəisqə qazanır və burada Çexoslovakiya təmsilçisi Josef Beranek ilə qarşılaşır. Çexoslovakiya təmsilçisini məğlub etdikdən sonra yarım finala yüksələn güləşçi burada Finlandiyanı təmsil edən Haiki Kakkonenə məğlub olur. Nəticədə 21 güləşcinin qatıldığı Olimpiya oyunlarında Estoniyalı güləşçi Belçikalı Sander Bouman ilə 4–5 yerləri bölüşür.[5]
1921-ci ildə güləşçi Dünya çempionatında 4-cü yeri tutur. 1922-ci ildə isə finalda Fridtjof Svenssona məğlub olaraq ikinci yeri tutur. Güləşci 1923-cü ildə Baltik Çempionatında iştirak edir və qalib gəlir.
1924-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya oyunlarında güləşçi 58 kiloqramda mübarizə aparır. Finalda İsveçli rəqibi Siegfryed Hanssona qalib gələrək Olimpiya oyunlarının qızıl medalını qazanır.[6]
Rəqib | Ölkə | Nəticə | Sonluq |
---|---|---|---|
Pyerre Slok | Belçika | Qələbə | Parter |
Väinö Ikonen | Finlandiya | Qələbə | Xallarla |
Antonin Skopovy | Çexiya | Qələbə | Xallarla |
Anselm Ahlfors | Finlandiya | Qələbə | Parter |
Armand Magyar | Macarıstan | Qələbə | Xallarla |
Siegfried Hansson | İsveç | Qələbə | Xallarla |
Güləşci 1927-ci ildə ikinci dəfə Avropa çempionu olur.
Amsterdamda 1928-ci ildə təşkil olunmuş Yay Olimpiya oyunlarında həm yunan-roma güləşi həm də sərbəst güləşdə yarışır. Yunan-Roma güləşində 6-cı yeri tutur.[6] Sərbəst güləşdə isə ilk göruşdə Britaniyalı Harold Angusa məğlub olaraq mübarizəni dayandırır.[6] Güləşci karyerasını 1933-cü ilə kimi davam etdirir.
Məşqçi kimi
redaktəGüləşci karyerasını bitirdikdən sonra məşqçi kimi çalışır. Latviyanın güləş komandasına rəhbərlik edir. Almaniyanın Berlin şəhərində keçirilmiş 1936-cı il Yay Olimpiya Oyunlarında, güləş üzrə Latviya Milli komandasının baş məşqçisi olur. İkinci Dünya Müharibəsindən sonra Finlandiyaya köçur və orada məşqçilik fəaliyyətini davam etdirir. 1960-cı ildə Finlandiyada vəfat edir.[2]
Xatirəsi
redaktə1977-ci ildən başlayaraq Estoniyanın Võru şəhərində idmançının xatirəsini əbədiləşdirmək üçun güləş turniri keçirilir.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Eduard Pütsep // Eesti spordi biograafiline leksikon (est.).
- ↑ 1 2 "Arxivlənmiş surət". 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
- ↑ "Arxivlənmiş surət". 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
- ↑ "Arxivlənmiş surət". 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
- ↑ https://web.archive.org/web/20200417153825/https://www.sports-reference.com/olympics/athletes/pu/eduard-putsep-1.html
- ↑ 1 2 3 https://web.archive.org/web/20200417153825/https://www.sports-reference.com/olympics/athletes/pu/eduard-putsep-1.html
- ↑ "Arxivlənmiş surət". 2010-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.