Edo Dovru - Wikipedia
Edo dövrü (江戸時代 Edo jidai?) və ya Tokuqava dövrü (徳川時代 Tokuqava jidai?) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi.[1] Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı.
Hadisələr
redaktə- 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur.
- 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur.
- 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
- 1607: Koreyanın Coson sülaləsi Tokuqava şoqunatında öz səfirliyini yaradır.
- 1611: Ryukyu adaları Satsuma vilayətinin vassalına çevrilir.
- 1614: Tokuqava İeyasu Yaponiyada xristianlığı qadağan edir.
- 1615: Osaka döyüşü. Tokuqava İeyasu Toyotomi ailəsinin əlində olan Osaka qalasını mühasirəyə aldı. Tokuqavanın hakimiyyəti bütün Yaponiyada məşhurlaşdı.
- 1616: Tokuqava İeyasu vəfat edir.
- 1623: Tokuqava İemitsu üçüncü şoqun seçilir.
- 1633: Tokuqava İemitsu xaricə səfər etməyi və xarici kitablar oxumağı qadağan edir.
- 1635: Tokuqava İemitsu daymyoların üzərinə icbari şəkildə bir il Edoda xidmət etmək mükəlləfiyyətini (sankin kotay) qoydu.
- 1637: Yüksək vergilərdən bezən kəndlilər Şimabara üsyanını (1637–38) başlatdılar.
- 1638: Tokuqava İemitsu gəmi tikintisinə qadağa qoydu.
- 1639: Milli özünütəcrid (Sakoku Rey) fərmanı verildi. Hollandlardan başqa bütün digər xaricilərin Yaponiyaya girişinə qadağa qoyuldu.
- 1641: Tokuqava İemitsu çinli və hollandlardan başqa bütün xaricilərin Yaponiyaya gəlməsinə qadağa qoydu.
- 1650: Sülhün bərqərar olması ilə yeni zadəgan təbəqəsi, buşido ("döyüşçünün yolu") qaydalarına riayət edən savadlı döyüşçülər formalaşdı.
- 1657: Böyük Meyreki yanğını Edo şəhərinin böyük hissəsini məhv etdi.
- 1700: Kabuki və ukiyo-e teatrları məşhurlaşdı.
- 1707: Fudzi vulkanı püskürdü.
- 1774: İlk dəfə Qərb tibb əsərinin tərcüməsi olan Kaytay Şinşo anatomiya kitabı Sugita Gempaku və Maeno Ryotaku tərəfindən nəşr olundu.
- 1787: Matsudaira Sadanobu, şoqunların ali şura üzvü, Kansey islahatlarını başlatdı.
- 1792: Rusiya nümayəndəsi Adam Laksman Ezonun şərqindəki (indiki Hokkaydo) Nemuroya gəlir.
- 1804: Rusiya nümayəndəsi Nikolay Rezanov Naqasakiyə çatır və Yaponiya ilə ticarət əlaqələri qurmağa uğursuz cəhd göstərir.
- 1837: Oşio Heyhaçiro üsyanı.
- 1841: Tenpo islahatları.
- 1854: ABŞ Yaponiyanı ticarət sahəsində "Kanaqava müqaviləsi"ni imzalamağa məcbur etdi. Bu müqavilə iki əsr sonra yenidən Yaponiyanı xaricilərin üzünə açdı.
- 1855: Rusiya və Yaponiya diplomatik əlaqələr qurdular.
- 1864: Britaniya, Fransa, Hollandiya və ABŞ hərbi gəmiləri Şimonoseki limanını bombalayırlar və xaricilərin istifadəsinə daha çox yapon limanının açılmasına nail olurlar.
- 1868: Tokuqava Yoşinobu hakimiyyətdən imtina edir, Tokuqava şoqunatınin hakimiyyəti bitir və paytaxtı Tokioda olmaqla və ilahi xüsusiyyətlərə malik olan imperator (yaxud mikado) hakimiyyəti bərpa olunur.
Kütləvi mədəniyyətdə
redaktəEdo dövrü kütləvi mədəniyyətdə bir çox işlərin mövzusudur. Bura romanlar, dram əsərləri, filmlər, televiziya şouları, cizgi filmləri və manqalar aiddir.
İstinadlar
redaktə- ↑ "JAPAN'S SUSTAINABLE SOCIETY IN THE EDO PERIOD (1603-1867)|JFS Japan for Sustainability". JFS Japan for Sustainability. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
Ədəbiyyat
redaktə- Beasley, William G., The Meiji Restoration, Stanford, California: Stanford University Press, 1972, ISBN 0-8047-0815-0
- Birmingham Museum of Art, Birmingham Museum of Art : guide to the collection, Birmingham, Alabama: Birmingham Museum of Art, 2010, ISBN 978-1-904832-77-5
- Diamond, Jared, Collapse: How Societies Choose to Fail or Succeed, New York, N.Y.: Penguin Books, 2005, ISBN 0-14-303655-6
- Flath, David, The Japanese Economy, New York: Oxford University Press, 2000, ISBN 0-19-877504-0
- Frédéric, Louis, Japan Encyclopedia, Harvard University Press Reference Library, Belknap, 2002, ISBN 9780674017535
- Gordon, Andrew, A Modern History of Japan: From Tokugawa Times to Present (Second), New York: Oxford University press, 2008, ISBN 978-0-19-533922-2, 2010-02-06 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2016-01-27[dead link]
- Hall, J.W.; McClain, J.L., The Cambridge History of Japan, The Cambridge History of Japan, Cambridge University Press, 1991, ISBN 9780521223553
- Jansen, Marius B., Japan in transition, from Tokugawa to Meiji, Princeton, N.J.: Princeton University Press, 1986, ISBN 0-691-05459-2
- Jansen, Marius B., The Making of Modern Japan (Paperback), Belknap Press of Harvard University Press, 2002, ISBN 0-674-00991-6
- Lewis, James Bryant, Frontier Contact Between Choson Korea and Tokugawa Japan, London: Routledge, 2003, ISBN 0-7007-1301-8
- Longstreet, Stephen; Longstreet, Ethel, Yoshiwara: the pleasure quarters of old Tokyo, Yenbooks, Rutland, Vermont: Tuttle Publishing, 1989, ISBN 0-8048-1599-2
- Roberts, Luke S., Performing the Great Peace: Political Space and Open Secrets in Tokugawa Japan, Hawaii: University of Hawaii Press, 2012, ISBN 0824835131
- Seigle, Cecilia Segawa, Yoshiwara: The Glittering World of the Japanese Courtesan, Honolulu, Hawaii: University of Hawaii Press, 1993, ISBN 0-8248-1488-6
Xarici keçidlər
redaktə- Japanese Maps of the Tokugawa Era – A rich selection of rare Japanese maps from the UBC Library Digital Collections
- Timeline - JAPAN:Memoirs of a Secret Empire