Edem Nalbandov - Wikipedia
Edem Nalbandov (krımtat. Edem Nalbandov; 25 dekabr 1926 – 22 may 1999, Simferopol) — bəstəkar, xormeyster, Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1992), SSRİ Bəstəkarlar İttifaqının üzvü (1977), Özbəkistanın əməkdar mədəniyyət işçisi, Ukraynanın əməkdar incəsənət xadimi, Krım Dövlət Mükafatı laureatı.
Edem Nalbandov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1926 |
Vəfat tarixi | 22 may 1999 (72 yaşında) |
Vəfat yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Mükafatları |
Həyatı
redaktəQarasubazar musiqi məktəbində skripka sinfini bitirmişdir. Deportasiyada olduğu vaxtlarda Leninabad Musiqi Kolleci, 1962-ci ildə isə Daşkənd Konservatoriyasının dirijorluq və xor fakültəsini bitirmişdir. B. Zeidmandan kompozisiya dərsləri almışdır. 1964-cü ildə Qaytarma Krım Tatar Mahnı və Rəqs Ansamblına rəhbərlik etmişdir. 1977-ci ildə Cizzak Musiqi Kollecinin direktoru oldu. 1980-1993-cü illərdə Daşkənd Mədəniyyət İnstitutunda işləmişdir. 1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1990-cı ildə Alma-Ata Konservatoriyasında namizədlik dissertasiyasını müdafiə etdi, dosent elmi adını aldı. Özbəkistan Bəstəkarlar İttifaqının yanında bəstəkarın öz təşəbbüsü ilə yaradılan krım-tatar musiqisi bölməsinə rəhbərlik etmişdir.
1993-cü ildə Krıma qayıtdı. Onun təşəbbüsü ilə Krım Dövlət Sənaye-Pedaqoji İnstitutunda Musiqi təhsili şöbəsi açıldı. Həmin illərdə Simferopol Musiqi Məktəbində də dərs demişdir.
Yaradıcılığı
redaktəOnun əsas əsərləri içərisində "Böyük toy" adlı birpərdəli balet; Y. Bolatın "Dubaralı toy" (Kasıb toyu) adlı balet; xalq mahnılarının xor, rapsodiya və uvertüra üçün versiyaları; fleyta və fortepiano üçün konsertino; adajio, violonçel və fortepiano üçün sözlərsiz mahnılar; truba və orkestr üçün variasiya, mahnı və romanslar. "Musikada basamçiklar" ("Musiqi addımları") adlı musiqi kitabçasının müəllifidir. 1977-ci ildə Daşkənddə bəstəkar İlyas Bahşış ilə birlikdə krım-tatar xalq mahnılarının "Sabanın saar" ("Şəfəqdə") adlı toplusunu nəşr etdi, onun 1996-cı ildə Simferopolda yenidən nəşr olunduğu versiyada 348 mahnının sözləri var.
Mənbə
redaktə- Zekeriya Başarslan Bahçesaray Mecmuası S-32
- Мамбетова Г. Крымскотатарская музыка // Музыкальная украинистика: современное измерение. — К.: ИИФЭ им. М. Т Рыльского, 2009. — Вып. 3. (rus.)
Xarici keçidlər
redaktə- Ольга Гуменюк Чистых вод прозрачный поток // Крымский диалог — № 37 (122) 4 ноября 2006 года (rus.)
- Гульнара УСЕИНОВА Эдем Налбандов — частица истории народа, которой гордятся потомки // Голос Крыма — 16 Дек 2011 (rus.)