Eqma Magarasi - Wikipedia
EQMA (türk. Peynirlikönü Düdeni) — Türkiyənin Mersin ilində yerləşən, dərinliyinə görə ölkənin ən dərin mağarası. Dünyada isə dərinliyinə görə 2014-cü ilin statistikasına görə 16-cı yerdədir.[1]
EQMA mağarası | |
---|---|
türk. Peynirlikönü Düdeni | |
| |
Ümumi məlumatlar | |
Dərinliyi | -1426 m |
Amplitudası | 1900 m |
Uzunluğu | 3100 m |
Kəşf tarixi | 1993 |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Giriş sayı | 1 |
Ziyarətçilər üçün əlçatılan | 0 |
Yerləşməsi | |
36°18′54″ şm. e. 32°46′44″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon | |
Kənd | Sugözü |
|
Ümumi məlumat
redaktəMağara Mersinin Anamur ilçəsində, Çukurpınar yayalası ilə Peynirlik yaylasının kəsişmə hissəsində yerləşir. Dərinliyi 1429 m, uzunluğu 3118 m, girişin hündürlüyü 1900 metr yüksəklikdə yerləşir. İlk 100 metrdən sonra mağara tədricən daralır və çox hissəsi 1 metr genişliyində olan qalerilərdən ibarətdir. Mağaranın girişi çox dar olub, topraq üzərində sürünərək gediləsi bir şəkildədəir. Bir az genişləndikdən sonra yarım metrə qədər daralan mağara 20 metrlik dik enişə qədər belə davam edir. 65 metr dərinlikdə olan Gözəllik salonu yeri mağaranın diqqət çəkən yerlərindən biridir. 232 metrdə "Sahte Huzur" adlı yerdən sonra mağara genişlənir. 250 metr dərinlikdə mağaranın "Hani Tıpa" adlı ən böyük gölü yerləşir.
400 metr dərinlikdə "Çiçek Bahçesi" kampı, 672 metrdə isə "Hayat Kampı" adlı yer var. Ümumən 400 metrdən sonra mağara daxili daha qurudur. 700 metrdə "700 Kampı" adlı böyük galeriya mövcuddur. 672 -1300 metr arası daha çətin və daha uzundur. 1300 dərinliyə qədər demək olar ki, suyun açdığı dar keçidlər və həm də mağaranın ən dik eniş hissəsi adalan "Ihlamur Ağaçları İnişi" gəlir.[2]
Tədqiqat tarixi
redaktə1990-сı ildə bu ərazidə olan diğər bir mağaranın, Çukurpınarın tədqiqi zamanı yerli əhalinin yaxında daha dərin bir mağaranın mövcud olması fikri tədqiqatçıların diqqətini cəlb etdi. Ərazidə BÜMAK(Boğaziçi Üniversitesi Mağara Araşdırma Kulübü) tədqiqata başlamış və ilk dəfə 1993-cü ildə mağaranın 232 metr dərinliyinə enilmişdir. 1994-cü ildə 530 m, 1995-ci ildə 700 m, 1996-cı ildə 1040 m. və 1997-ci ildə 1377 metr dərinliyə enildikdən sonra artıq bu EQMA Türkiyənin ən dərin mağarası statusunu qazandı.
1998-ci ildə bir çox uğursuz enişlərdən sonra mağaranın araşdırılması bir müddət dayandırıldı. Buna səbəb bəzi təcrübəli mağaraçıların bu işdən uzaqlaşması oldu. 2001-ci ildə yenidən geniş təşkilatlanma və təcrübəli mağaraçıların cəlb olunması ilə yenidən araşdırmaya start verildi. Elə həmin il dörd nəfər 1200 metr dərinlikdə, iki nəfər isə 700 metr dərinlikdə olan zaman qəfil başlayan leysan yağış yenidən tədqiqatı çətinə saldı. İki saat ərzində yağış suları bütünlüklə mağara içini doldurdü və mağaraçılardan Mehmet Ali Özelin ölümü ilə nəticələndi.
2004-cü il 18 iyulda 12 nəfərlik BÜMAK, 8 nəfərlik Bolqar mağara tədqiqatçıları yenidən mağaraya eniş həyata keçirdilər. Bu dəfə ki, araşdırmanın iki məqsədi var idi: 1) Mehmet Alı Özelin cəsədini tapmaq. 2) Mağaranın dibinə qədər enmək. 1300 metr dərinlikdə Mehmet Alı Özel tapıldıqdan 3 gün sonra 1492 metr dərinliyə enildi və mağaranın bir göllə bitdiyi aydın oldu.[3]
Adlandırılması
redaktəMağaranın yerli adı Peynirlikönü olsa da, sonrada mağaranın öyrənilməsi zamanı həyatını itirən Mehmet Ali Özəlin, və digər mağaraçı Evren Günayın (avtomobil qəzəasında vəfat etmişdir) şərəfinə EQMA adlandırılmış. Abbreviatura olan bu ad Evren Günay və Mehmet Alı sözlərinin baş hərflərindən ibarətdir.
İstinadlar
redaktə- ↑ "WORLDS DEEPEST CAVES Compiled by: Bob Gulden - Dec. 01, 2014". 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
- ↑ "Peynirlikönü Düdeni". 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
- ↑ "EGMA (Peynirlikönü) Düdeni". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
Xarici keçidlər
redaktə- ÇUKURPINAR MAĞARASI ARAŞTIRMASI BASIN BÜLTENİ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- EGMA 2004