Dunauyvaros - Wikipedia
Dunauyvaroş (macarca Dunaújváros) — Macarıstanın Feyer medyesində yerləşən sənaye şəhərlərindən biridir.
Şəhər | |
Dunauyvaroş | |
---|---|
mac. Dunaújváros | |
46°58′50″ şm. e. 18°54′45″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
Region | [[Feyer (medye)]] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 52,66 km² |
Mərkəzin hündürlüyü | 116 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 48.104 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 36 25 |
Poçt indeksi | 2400 |
Nəqliyyat kodu | 25 |
Digər | |
dunaujvaros.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəŞəhər Dunapentele adlı kəndi əvəz edib. Yeni sənaye şəhərinin tikilməsi 1949-cu ildə başladı və 1951-ci ildə kəndin adı dəyişilərək Stalinvaroş (« Stalinin şəhəri ») olaraq adlandırıldı. 1956-cı ildəki macar inqilabından sonra yeni hakimiyyət şəhərin adını 1961-ci ildə Dunayvaroşa dəyişdi (« Dunay üzərində yeni şəhər »).
İqlimi
redaktəŞəhərin iqlimi yumşaq və mülayimdir. Dunayvaroşda yağıntı gözəçarpanır, hətta quru aylar zamanı belə yağıntı olur. Orta temperatur 10.9 °C olur. İldə orta yağıntı 550 mm-ə çatır. Ən quru ay martdır (32 mm yağıntı). İyunda yağıntı pik həddinə çatır – 68 mm. İlin ən isti ayı iyuldur, temperatur orta hesabla 21.2 °C olur. Yanvar ayı ilin ən soyuq ayıdır.[1]
Yerləşməsi
redaktəDunayvaroş, Böyük Macarıstan Düzənliyinin (macarca Mezőföld) Transdunay hissəsində yerləşir. Şəhər Budapeştən 70 km cənubdadır və Dunayın sağ sahilindədir.
Nəqliyyat
redaktəŞəhərdən Budapeşt-Peç avtomagistralı, həmçinin Budapest-Pustasablç-Dunayvaroş-Paks elektrik qatarı keçir. Bundan başqa, Budapeşt-Kapoşvar dəmir yolunun bir qolu da Dunayvaroşa gedir.
Tarix
redaktəQərbi Macarıstan Pannoniya adı ilə Roma vilayəti ola zaman, burada vilayətin sərhədində İntersiza (“Intercisa ») adında hərbi üşərgə və şəhər salınmışdı. Macarlar 10-cu əsrin əvvəlində bu bölgəni zəbt etdilər. Müqəddəs Penteleonun adını daşıyan Pentele kəndinin qısa zaman sonra əsası qoyuldu. 1541-1688-ci illərdə şəhər Osmanlı imperiyasının tərkibində olub və 15 illik müharibə zamanı tamamilə dağıdıldı. Şahzadə Fransis II Rakotsinin azadlıq mübarizəsi zamanı bu yer tamamilə səhraya dönmüşdü. 18-ci əsrdə kənd yenidən özünə gəlməyə başlayır. 1830-cu ildə kəndə həftədə iki dəfə bazar günləri haqqı verilir. 1831-ci ildə şəhəri xolera xəstəliyi bürüdü və kəndçilər üsyan etdilər. 1833-cü ildə V-ci Ferdinand tərəfindən Penteleyə şəhər statusu verilir. 1848-1849-cu illərdə şəhər sakinlər azadlıq mübarizəsində iştirak etdilər. İkinci Dünya Müharibəsindən sonra kommunist hakimiyyət bir çox kədləri böyük sənaye şəhərlərinədək inkişaf etdirir və olan şəhərlərdə sənayeni gücləndirir. 1949-cu ildə qərara alını ki, böyük metal zavodu tikilsi. 1950-ci ildə Dunapentele yaxınlığında yeni şəhərin tikintisinə başlanılır. 1952-ci ildə şəhərə “Stalinvaroş” adı verilir. Stalinin vəfatından sonra şəhərdə iqtisadi böhran yaşanır. Bununla belə, 1954-cü ilə zavod tikilib qurtarır. 50-ci illərdə orada bir çox mədəniyyət və idman məkanları tikilir. 60-cı illərdə orada olan Endre Saqvari İbtidai məktəbi Mərkəzi Avropanın ən böyük məktəbi idi. 1956-cı ildə şəhərin tikintisi zəlzələ və daşqınlar nəticəsində dayanır və oktyabrın 23-də inqilab başlayır. İnqilab zamanı şəhər öz tarixi adı olan Dunapentele adını qaytarır. Baxmayaraq ki, şəhər sakiləri şəhəri qorumağa çalışdılar, Sovet ordusu noyabrın 7-sində şəhəri zəbt etdi. Şəhərdə hərbi vəziyyət elan edildi, rus tankları hər yerdə idilər. İnqilaban sonra şəhər yenidən inkişaf etməyə başladı. Hələ də, sosializmin nişan şəhəri idi Macarıstanda və əcnəbilərə tez-tez göstərilirdi. Şəhəri Yuri Qaqarin və İndoneziya prezidenti Sukarno ziyarət etmişdi. 1960-cı ildə 10 yaşlı şəhərdə 31 min insan yaşayırdı. 26 noyabr 1961-ci ildə şəhərn adı dəyişilərək Dunayvaroş oldu. 1990-cı ildə əhalisi 50 mindən çox olan şəhərlərə geniş hüquqlar verildi. Dunayvaroş da beş bu şəhərdin biri idi.[2]
Əhalisi
redaktəŞəhərin əhalisi təxmnən 45 mindən çoxdur.[3] Bu, Macarıstanın ümumi əhalisinin 0.467%-dır.[4] Əhalinin 93%-ni macarlar təşkil edir. Az sayda qaraçılar və almanlar da yaşayırlar. Dinlərə gəlincə, böyük üstünlük Roma Katoliklərindədir (38.9%). Həmçinin, kalvinistlər, lüteranlar, atesitlər şəhərdə mövcuddular.
Təhsil
redaktəDunauyvaroş Universiteti Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir.[5] 2016-cı ilədək təhsil ocağı Dunayvaroş Kolleci kimi adlandırılırdı. Bu kollec Macarıstanda ali təhsil müəsissələri arasında ilk dəfə AB qaydalarına cavab verən ISO 9001-200 keyfiyyət sertifikatı alan ilk təhsil ocağı idi.[6]
Şəhərdə yaşayış xərcləri
redaktəPaytaxt Budapeştlə müqayisə etsək, Dunayvaroşun Budapeştdən ucuz şəhər olmasını görə bilərik. Məsələn, Budapeşt qidaya görə Dunayvaroşdan 4% bahalıdır. Paltarların qiymətlərində də paytaxt Dunayvaroşdan 11% bahalı şəhərdir. Vaxtın səmərəli və əyləncəli keçməsi üçün (pab, kafe, kinoteatr, teatr, idman zalı,) Dunayvaroş Budapeştdən 18% ucuz şəhərdir.[7]
Bəzi qida məhsullarının fərqi (mötərizədə Budapeşt qiyməti): 500 qr toyuq döş əti - 749 forint (832 forint), 1 litr süd - 239 forint (300 forint), 1 kq pomidor - 536 forint, 12 ədəd yumurta - 316 forint (596 forint), 1 kq kartof - 207 forint (243 forint), iki nəfərlik çörək - 64 forint (139 forint). Başqa fərqlər: kinoteatra 2 bilet - 1,980 forint (3,457 forint), bir aylıq idman zalı bileti - 5,500 forint (13,087 forint).[7]
Mədəniyyət
redaktə- Dunafer Dəmir Zavodun kolleksiya və tarixi sərgisi – açıq havada olan 1920-1980-ci illərdə sənaye irs muzeyi və sərgisi. Burada Dunay Dəmirçilərinin 1950-ci ildən bizim zamandək texnlogiyasını görmək olar.[8]
- Dunayvaroş Kağız Zavodunun kağız kolleksiyası – açıq havada kağız zavodunun sərgisi, e.ə. 105-ci ildən bəri olan kağız eksponatlar.[9]
- Dunayın sahilində açıq havada Dəmir Heykəl Parkı – həmçinin burada müxtəlif növ ağaclar və qeyri-adi torpaq divarları da var [10]
- İntersisa muzeyi - Dunayvaroşda və ətraf ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən nəticələri bu muzeydə yerləşir.[11]
- Müasir İncəsənət İnstitutu,[12]
- Bartok Teatr Kamerası,
- Rəqs teatrı,
- İncəsənət Evi,
Həmçinin, şəhərdə bir çox kitabxanalar, mədəniyyət mərkəzləri, incəsənət qalereyaları, kinoteatr və fərqli əyləncəli yerlər də fəaliyyət göstərir.[13]
Turistik yerləri
redaktə- 48 Monumeti - bu monument 1990-cı ildə qoyulub və 1948-1949-cu illərdəki inqilabın xatirəsinədir [14]
- Taxılbiçən monumenti – Dunayın sahilindədir [15]
- Monbax-Frankl sarayı və dəyirmanı – 1700-cü illərdə tikilib [16]
- Arboretum – meşəlik və park məqsədi ilə salınan yer, nadir ağacların məkanı.[17]
- Qızlarquşu kolonu – təxminən 25 cüt tapmaq olar.[18]
- Roma xarabalıqları – 3-cü əsrdən qalan Roma xarabalıqları [19]
- Dunayvaroş adaları – qoruq [20]
Şəhərdə 21-ci əsrdə tikilən baptist kilsəsi, 1994-1996-cı illərdə monumental stildə və qüllə ilə tikilən evanqelik kilsəsi, 1768-ci ildən barokko stilində tikilən ortodoks kilsəsi, 1747-1748-ci illərdə tikilən köhnə və 1862-1864-cü illərdə tikilən yeni Roma katolik kilsəsi.[21]
İdman
redaktəŞəhərdə buzüstü hokkey və futbol populyar dman növləridir. Burada buüstü hokkey üzrə “Steel Bulls” adlı komanda da fəaliyyət göstərir. Ölkənn əsas futbol liqasında şəhəri Dunayvarş PASE komandası təmsil edir.[22] Bir vaxtlar şəhərdə Dunayvaroş FK da yerləşirdi və 1999-2000 mövsüündə ölkə çempionu da olmuşdu.
Tanınmışlar
redaktə- Kinondroj Qalanis (1988), buzüstü hokkey oyunçusu
- Marton Vaş (1980), buzüstü hokkey oyunçusu
- Yanos Vaş (1983), buzüstü hokkey oyunçusu
- Balaş Ladanyi (1976), buzüstü hokkey oyunçusu
- İmre Peterdi (1980), buzüstü hokkey oyunçusu
- Viktor Tokayi (1977), buzüstü hokkey oyunçusu
- Viktor Seliq (1975), buzüstü hokkey oyunçusu
- Mikloş Rayna (1991), buzüstü hokkey oyunçusu
- Qerqö Nad (1989), buzüstü hokkey oyunçusu
- Balint Maqoşi (1989), buzüstü hokkey oyunçusu
- Çanad Erdey (1996), ibuzüstü hokkey oyunçusu
- Anita Bulat (1983), həndbol oyunçusu
- Viktor Horvat ( 1978), Mmüasir beşnövçü
- Karoy Bezdek (1955), riyaziyyat professoru
Qardaşlaşmış şəhərləri
redaktəDunauyvaroş aşağıdakı şəhərlərlə qardaşlaşıb:
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "CLIMATE: DUNAÚJVÁROS". 2014-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Dunaujvaros in Hungary". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "DUNAÚJVÁROS (Dunaújváros)". 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "About Our Institution". 2017-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "INTERNATIONAL QUALITY CERTIFICATE". 2017-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ 1 2 "Cost of living in Budapest, Hungary compared to Dunaújváros". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ Collection and history of the Dunaferr Iron Factory[ölü keçid]
- ↑ Paper mill collection of the Dunaújvaros's Paper Factory[ölü keçid]
- ↑ Statue Park in Dunaújváros[ölü keçid]
- ↑ Museum Intercisa[ölü keçid]
- ↑ Institute of Contemporary Art[ölü keçid]
- ↑ "The City of Dunaújváros". 2017-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ Memorial of '48[ölü keçid]
- ↑ Harvester monumental[ölü keçid]
- ↑ Mansion Montbach-Frankl and Mill[ölü keçid]
- ↑ Arboretum[ölü keçid]
- ↑ Colony of Bee-Eaters[ölü keçid]
- ↑ Roman Ruins[ölü keçid]
- ↑ Dunaújváros Islands[ölü keçid]
- ↑ Sights[ölü keçid]
- ↑ "Dunaújváros PASE". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ Griffin, Mary. "Coventry's twin towns". Coventry Telegraph. 2011-08-02. 2013-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-06.
- ↑ "Coventry - Twin towns and cities". Coventry City Council. 2013-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-06.
- ↑ "Partnerstwo Samorządów Siłą Europy". Europa Miast (Polish). 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ "Umbria - Town Twinning". Comuni-Italiani.it. 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.