Dschinghis Khan Mahni - Wikipedia
Dschinghis Khan ("Çingiz xan") — Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi mahnı. Bu mahnının motivləri əsasında 1997-ci ildə finlandiyalı müğənni Frederik, 1980-lərdə kantopop stilindəki ifaçı Corc Lam və 2008-ci ildə yapon Berryz Kobo qrupu tərəfindən kaver versiyalar ifa olunmuşdur,
"Dschinghis Khan" | |
---|---|
Dschinghis Khan qrupu tərəfindən Dschinghis Khan albomunda ifa olunmuş mahnı | |
Yayımlanıb | 1979 |
Yazılma tarixi | 1979 |
Janr | disko |
Dil | alman |
Müddət | 3:00 |
Bəstəkar | Ralf Zigel |
Sözlərin müəllifi | Bernd Maynunger |
Prodüser | Bernd Maynunger |
Studiya | Jupiter Records |
[[1979 Avroviziya Mahnı Müsabiqəsi Avroviziya Müsabiqəsi |1979 Avroviziya Mahnı Müsabiqəsi Avroviziya Müsabiqəsi ]] | ||
---|---|---|
Milli seçim | ||
Ölkə | Almaniya | |
Təmsilçi | Dschinghis Khan | |
Mahnı | Dschinghis Khan | |
Mahnının dili | alman | |
Musiqisi | Ralf Zigel | |
Sözləri | Bernd Maynunger | |
Nəticələr | ||
Final nəticəsi | 4 yer, 86 xal. |
Orijinal ifa
redaktəMahnı müsabiqədə doqquzuncu yerdə ifa edildi və səsvermənin nəticəsində 86 xalla 19 iştirakçı arasında 4-cü oldu[1]. Mahnının müəllifləri - bəstəkar Ralf Zigel və sözlərin müəllifi Bernd Maynunger bu mahnını disko-musiqisinin, xüsusilə Boney M qrupunun mahnılarının təsiri altında yazıblar. Mahnının adından göründüyü kimi, o monqol hökmdarı Çingiz xandan bəhs edir. Mahnının sözlərinə əsasən, Çingiz xan öz gücünə görə heç kimin ona qarşı qoya bilmədiyinə görə düşmənlərinə gülür və cinsi həyatının aktivliyi ilə qürrələnir (onu sevməyən qadın yoxdur, o bir gecədə yeddi uşaq atası olur)[2].
Çartlar
redaktəSinql | Çart | Yeri |
---|---|---|
Dschinghis Khan | Avstriya sinql-çartı[4] | 8 |
Almaniya sinql-çartı[5] | 1 | |
Norveç sinql-çartı[6] | 3 | |
İsveçrə sinql-çartı[7] | 3 |
Frederikin versiyası
redaktəFin ifaçısı Frederik Tsingis Khan adlı mahnısını özünün eyniadlı albomuna daxil edib. Fin dilindəki sözlər Yuxa Vaynio tərəfindən yazılıb. Müğənninin öz saytında verdiyi məlumata görə, mahnının bəstəkarı Ralf Zigel bu versiyanın orijinaldan daha yaxşı alındığını bildirib[8].
Digər versiyalar
redaktə1979-cu ildə Royal Sprites Tayland qrupu tərəfindən ifa olunmuşdur[9][10][11].
"Sin Amor" adlı ispan versiyasını 1979-cu ildə ifaçı Ivan oxumuşdur[12].
İstinadlar
redaktə- ↑ "Eurovision Song Contest 1979". 2012-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-24.
- ↑ «Dschinghis Khan» lyrics Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine, Diggiloo.net
- ↑ лучшая позиция
- ↑ "Австрийский сингл-чарт". Austria Top 40. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
- ↑ "Германский сингл-чарт". Charts-Surfer. 2004-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
- ↑ "Норвежский сингл-чарт". VG-lista. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
- ↑ "Швейцарский сингл-чарт". Schweizer Hitparade. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
- ↑ Bio Arxivləşdirilib 2018-05-15 at the Wayback Machine, Frederik official website(fin.)
- ↑ "Browse by Label: ZUDRANGMA (THAILAND)". 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
- ↑ โบ๊ท สมบูรณ์. "เจงกิสข่าน รอยัลสไปรท์ส2". 2014-12-25. 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- ↑ "Royal Sprites - เจงกิสข่าน". Discogs. 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- ↑ MERCA8083. "IVAN - SIN AMOR". 2009-04-03. 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
Xarici keçidlər
redaktə- Berryz Kobonun versiyaları
- Berryz Kobo «Dschinghis Khan» — YouTube platformasında
- Dschinghis Khan × Berryz Kobo «Dschinghis Khan Tartar Mix» (бета-версия) — YouTube platformasında
- Dschinghis Khan × Berryz Kobo «Dschinghis Khan Tartar Mix» — YouTube platformasında
- Berryz Kobo «Dschinghis Khan» (Dance Shot Ver.) — YouTube platformasında
- Berryz Kobo «Dschinghis Khan» (Mongolian Shot Ver.) — YouTube platformasında