Dra Dra Goyceqarga - Wikipedia
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü.
Dra-dra göycəqarğa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Dra-dra göycəqarğa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Genefond əhəmiyyəti
redaktəAzərbaycan faunasında fəsilənin tək növüdür.
Qısa təsviri
redaktəSığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Yayılması
redaktəAvropa, Asiya və Afrikanın şimal-qərb hissəsində yayılıb. Qışlamaq üçün hamısı Afrikaya köçür. Azərbaycana reproduksiya üçün gəlir. Aranda və dağətəyində məskunlaşır.
Yaşayış yeri və həyat tərzi
redaktəPolibiont quşdur. Seyrək meşəni, köhnə ağac olan meyvə bağlarını, yarğan və qobular olan yarımsəhra və bozqırları, eləcə də seliteb sahələri mənimsəyir. Örtülü şəraitdə nəsil verir (ağac koğuşunda, yarğanda və tirələrdə, torpaqda qazılmış boş dəliklərdə, tikililərin çardağı altında və s.). May ayında 4-5 ağ yumurta verir, 18-19 gün kürt yatıb bala çıxarır, onları 27-28 gün yuvada yemləyib pərvaz edir. Əsas yemi çəyirtkə, şala, böcək və b. həşəratdır. Müəyyən qədər kərtənkələ, qurbağa və siçan da yeyir. Faydalı quşdur.
Sayı
redaktəAdi saylıdır. XIX əsrin axırı, XX əsrin əvvəllərində düzənlik rayonlarda çoxsaylı olub dağa tərəf getdikcə azalıb. Hazırkı vaxtda düzənlikdə çox yerdə adi saylı, bəzi sahədə isə hətta nadirdir.
Məhdudlaşdırıcı amillər
redaktəKürqırağı tuqay meşələrinin 1950-ci illərdən sonra kəskin azalması (əsas yuva yeri), meyvə bağlarında köhnə (koğuşlu) ağacların qırılması və quruyub aradan çıxması, aqrar təsərrüfat sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizənin intensiv tətbiq edilməsi. Ona görə də indiki dövrdə yarğanlarda nəsil verən qruplar üstünlük təşkil edir.
Əhali üçün əhəmiyyəti
redaktəHəşərat və siçan yeməsi fayda verir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəİUCN-in, Bern və Bonn konvensiyalarının siyahısına daxildir. Lakin Azərbaycanda xüsusi mühafizə statusu yoxdur, yalnız "faydalı fauna"ya daxildir. Əhali tərəfindən qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəAzərbaycanın "Qırmızı Kitab"ına daxil edilməli, zooloji maarifçilik daha çox yayılmalıdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3