Dostluq Ucun Futbol - Wikipedia
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır[1]. Proqram çərçivəsində dünyanın[2] müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər[3]. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər[4]. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur[5].
Tarixçə
redaktəDostluq üçün futbol 2013
redaktə"Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib[6]. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər[7].
Forum zamanı uşaqlar başqa ölkələrdən olan yaşıdları, məşhur futbolçular ilə söhbət edib, həmçinin "Uembli" stadionunda 2012/2013 UEFA Çempionlar liqasının finalında iştirak ediblər[8]
Forumun nəticəsi olan açıq məktubda uşaqlar proqramın səkkiz dəyərini: dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə və ənənələri qeyd etdilər. Sonra məktub UEFA, FİFA və BOK rəhbərlərinə göndərildi[9]. 2013-cü ilin sentyabrında Vladimir Putinlə və Vitaliy Mutkoyla görüş zamanı, Yozef Blatter məktubun alınmasını təsdiq edib və bəyan edib ki, "Dostluq üçün futbol"u dəstəkləməyə hazırdır[9].
Dostluq üçün futbol 2014
redaktə"Dostluq üçün futbol" proqramının ikinci mövsümü 2014-cü ildə 23–25 mayda Lissabonda keçirildi və 16 ölkədən: Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Fransa və Xorvatiyadan 450-dən çox yeniyetmə topladı. Yeniyetmə futbolçular "Dostluq üçün futbol" beynəlxalq forumunda, küçə futbolu üzrə yarışda və 2013/2014 UEFA Çempionlar liqasının finalında iştirak etdilər[10].
2014-cü ildə küçə futbolu üzrə Beynəlxalq turnirin qalibi "Benfika" (Portuqaliya) yeniyetməyeniyetmə komandası oldu.
Proqramın ikinci mövsümünün nəticəsi kimi "Dostluq üçün futbol" hərəkatının liderinin seçilməsi zamanı Portuqaliyadan Filip Suares seçildi. 2014-cü ilin iyununda hərəkatın lideri kimi o, Yuriy Andreyeviç Morozovun xatirəsinə futbol üzrə doqquzuncu beynəlxalq yeniyetməyeniyetmə turnirində iştirak etdi[11].
Dostluq üçün futbol 2015
redaktə"Dostluq üçün futbol" Beynəlxalq sosial proqramın üçüncü mövsümü 2015-ci ilin iyununda Berlində keçirildi[12]. Asiya qitəsinin yeniyetmə nümayəndələri – Yaponiya, Çindən və Qazaxıstandan uşaq futbol komandaları ilk dəfə olaraq proqramın iştirakçıları oldular. Üçüncü mövsümdə 24 ölkədən 24 futbol klubunun yeniyetməyeniyetmə komandaları iştirak etdilər.
YeniyetməYeniyetmə futbolçular başqa ölkələrdən olan yaşıdları və dünya futbolunun ulduzlarıyla, həmçinin proqramın qlobal səfiri Frans Bekkenbauer ilə söhbət etdilər, həmçinin yeniyetmə komandalar arasında küçə futbolu üzrə Beynəlxalq yarışda iştirak etdilər. 2015-ci ildə küçə futbolu üzrə Beynəlxalq turnirin qalibi "Rapid" (Avstriya) yeniyetməyeniyetmər komandası oldu[12].
"Dostluq üçün futbol" proqramının üçüncü mövsümünün hadisələrini aparıcı dünya KİV-dən təxminən 200 jurnalist, həmçinin Beynəlxalq uşaq mətbuat mərkəzinin tərkibinə daxil olan, Avropa və Asiyadan 24 yeniyetmə müxbir işıqlandırırdı[12].
2015-ci ilin kulminasiya tədbiri "Doqquz dəyər" Kuboku ilə təltif etmə mərasimi oldu ki, Barselona (İspaniya) futbol klubu bu kubokun sahibi oldu[13]. Forum ərəfəsində 24 iştirakçı, ölkədə keçirilən qlobal səsvermədə iştirak edən uşaqlar, qalibi müəyyən etdilər[13].
Forumdan sonra bütün iştirakçılar ənənəvi olaraq Berlindəki Olimpiya stadionunda 2014/2015 UEFA Çempionlar liqasının finalında iştirak etdilər[5].
Dostluq üçün futbol 2016
redaktə2016-cı il "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının startı 24 martda, proqramın əsas səfiri Frans Bekkenbauerin[14] iştirakı ilə Münhendə[14] keçirilmiş onlayn Hangouts mətbuat konfransı çərçivəsində verildi[15].
Proqramın dördüncü mövsümündə ona Azərbaycan, Əlcəzair, Ermənistan, Argentina, Braziliya, Vyetnam, Qırğızıstan, həmçinin Suriyadan[16] 8 yeni yeniyetməyeniyetmə[16] komandası qoşuldu, beləliklə, proqramın iştirakçı ölkələrinin ümumi sayı 32-yə çatdı[17].
5 aprel 2016-cı ildə unikal trofey – "Doqquz dəyər" Kuboku üçün səsvermə başlandı[18]. Qalibin seçilməsində bütün dünyadan azarkeşlər iştirak edirdilər, lakin son qərarı səsvermə yolu ilə, "Dostluq üçün Futbol" proqramının iştirakçıları verdilər. Kubokun sahibi "Bavariya" (Münhen) Futbol klubu oldu[19]. "Dostluq üçün futbol" proqramının iştirakçıları klubun xüsusi ehtiyaclı uşaqlara dəstək göstərilməsi sahəsində fəaliyyətini, həmçinin müxtəlif ölkələrdə uşaqların müalicəsi və ehtiyacı olanlara kömək sahəsində təşəbbüslərini qeyd etdilər[19].
"Dostluq üçün futbol" dördüncü beynəlxalq uşaq forumu və küçə futbolu üzrə uşaq beynəlxalq turnirinin final oyunu 2016-cı ildə 27–28 mayda Milanda keçirildi. Turnirin qalibi Sloveniyadan olan "Maribor" komandası oldu[20]. Forumdan sonra bütün iştirakçılar ənənəvi olaraq UEFA Çempionlar liqasının final matçında iştirak etdilər[21]. Forumun hadisələrini aparıcı dünya KİV-dən təxminən 200 jurnalist, həmçinin proqramın iştirakçı ölkələrinin yeniyetməyeniyetmə jurnalistlərinin daxil olduğu uşaq beynəlxalq mətbuat mərkəzi işıqlandırırdı[22].
"Dostluq üçün futbol" proqramının dördüncü mövsümünün tədbirlərində Suriyanın "Al-Vaxda" klubunun yeniyetməyeniyetmə futbolçuları iştirak etdilər ki, bu da misilsiz bir hadisə oldu. Suriya komandasının proqramın iştirakçılarının siyahısına daxil edilməsi və Suriyadan olan uşaqların Milanda keçirilən tədbirlərdə ölkənin humanitar təcrid olunmasının aradan qaldırılması yolunda əhəmiyyətli addım oldu[23]. "Russia Today" beynəlxalq telekanalının ərəb idman redaksiyası Suriyanın Futbol federasiyasının dəstəyi ilə layihənin iştirakçıları olan uşaqlar haqqında "Müharibəsiz üç gün" adlı sənədli film çəkdi. 2016-cı ilin 14 sentyabrında filmin Dəməşqdə keçirilən təqdimatına 7 mindən çox insan gəldi[23].
Dostluq üçün futbol 2017
redaktə2017-ci ildə "Dostluq üçün Futbol" Beynəlxalq uşaq sosial layihəsinin keçirilmə yeri Sankt-Peterburq (Rusiya) seçildi, final tədbirləri burada 26 iyundan 3 iyula qədər keçirildi[24].
2017-ci ildə iştirakçı ölkələrin sayı 32-dən 64-ə qədər artdı[25]. İlk dəfə olaraq "Dostluq üçün futbol" proqramında Meksikadan[26] və ABŞ-dən[27] uşaqlar iştirak etdilər. Beləliklə, layihə dörd qitədən— Afrika, Avrasiya, Şimali Amerika və Cənubi Amerikadan yeniyetmə futbolçuları birləşdirdi[27].
Beşinci mövsümdə[28] proqram yeni konsepsiyaya uyğun olaraq həyata keçirildi: hər ölkədən öz ölkəsini təmsil edən 1 yeniyetmə futbolçu seçildi. Uşaqlar həmçinin əlilliyi olan, 12 yaşlı oğlanlardan və qızlardan ibarət səkkiz beynəlmiləl "Dostluq Yığmasına" birləşdilər[29].
Açıq püşk atma zamanı yığmaların ölkə tərkibi və iştirakçı ölkələrin nümayəndələri üçün oyun mövqeləri müəyyən edildi. Püşk atma internet-konfrans rejimində keçirildi. Səkkiz dostluq komandasının rəhbərləri yeniyetmə məşqçilər oldular: Rene Lampert (Sloveniya), Stefan Maksimoviç (Serbiya), Brendon Şabani (Böyük Britaniya), Çarli Suy (Çin), Anatoli Çentuloyev (Rusiya), Boqdan Kroleveskiy (Rusiya), Anton İvanov (Rusiya), Emme Xenşen (Niderlandl). Püşk atmada həmçinin "Dostluq üçün futbol" beynəlxalq mətbuat mərkəzinin nümayəndəsi Liliya Masumoto (Yaponiya) iştirak etdi[30].
2017-ci ildə "Dostluq üçün futbol" üzrə Dünya çempionatının qalibi doqquz ölkədən gənc məşqçi və yeniyetmə futbolçuların daxil olduğu "narıncı" komanda oldu: Rene Lampert (Sloveniya), Xonq Cun Marvin Tue (Sinqapur), Pol Puiq İ Montana (İspaniya), Qabriyel Mendosa (Boliviya), Rəvan Kazımov (Azərbaycan), Xrisimir Stanimirov Stançev (Bolqarıstan), İvan Aqustin Kasko (Argentina), Roman Xorak (Çexiya), Həmzə Yusuf Nuri Alxavvat (Liviya)[30].
"Dostluq üçün futbol" 2017 Beynəlxalq uşaq Forumunda[31] Viktor Zubkov ("Qazprom" İSC-nin direktorlar şurasının sədri)[38], Fatma Samura (FIFA-nın birinci katibi), Filipp Le Flok (FIFA-nın baş kommersiya direktoru), Culio Baptista (Braziliya futbolçusu), İvan Zamorano (Çili hücumçusu), Aleksandr Kerjakov (Rusiya futbolçusu) və başqa qonaqlar, əsas insan dəyərlərini yeniyetmə nəsil arasında təbliğ etməyə çağırdılar[31].
2017-ci ildə layihə 600 mindən çox insanı birləşdirdi, Sankt-Peterburqda final tədbirlərində dünyanın 64 ölkəsindən 1000-dən çox uşaq və böyüklər iştirak edib[32].
Dostluq üçün futbol 2018
redaktə2018-ci ildə "Dostluq üçün futbol" proqramının altıncı mövsümü 15 fevraldan 15 iyuna qədər keçirilmişdir. Final tədbirlər Moskvada FİFA 2018 Dünya çempionatından
qabaq keçirilmişdir. Dünyanın 211 ölkə və regionunu təmsil edən yeniyetmə futbolçular və jurnalistlər proqramın iştirakçısı oldular[33]. "Dostluq üçün futbolun" canlı yayımda açıq püşk atma 2018-ci il üçün proqrama rəsmi start verdi və bunun nəticələrinə əsasən 32 beynəlxalq futbol komandası – "Dostluq yığmaları" təşkil edildi[34]. Ekoloji missiya "Dostluq üçün futbol" proqramının yeni hissəsi oldu – 2018-ci ildə Beynəlxalq futbol "Dostluq yığmaları" nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şərəfinə adlandırılmışdı.
2018-ci ildə ekoloji missiyasının çərçivəsində Beynəlxalq futbol "Dostluq yığmaları" nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şərəfinə adlandırılmışdı: Afrika fili, Komodo çöl kərtənkələsi, Kipunci meymunu, Nəhəng tısbağa, Saxara ceyranı, Gepard, Kərgədan, Yastıbədən köpək balığı, Ağ ayı, Lemur, Qrizli ayısı, Balina köpək balığı, Üçbarmaqlı tənbəl, Kral kobrası, Şimpanze, Qanq qavialı, Qərb qorillası, İmperator ağacdələni, Sayqa, Alnıağ kapusin, Koala, Sibir pələngi, Qrevi zebri, Oranqutan, Böyük panda, Magellan pinqvini, Rotşild zürafəsi, Donqar balina, Goreşənə bənzər it, Şir, Begemot, Qalapaqos dənizi şiri.
Həmçinin 2018 ilin ekoloji missiyasının çərçivəsində mayın 30, dünya ictimayətini nadir növlü heyvanların xilasetmə təşkilatlara dəstək verilməsinə çağıran, Happy Buzz Day beynəlxalq aksiyasına strat verildi. Aksiyaya Ruiyanın, ABŞ-nin, Nepalın və Böuük Britaniyanın milli parkları və qoruqları qoşulublar[35]. Həmçinin "Dostluq üçün Futbol" proqramının final tədbirləri zamanı iştirakçılar Moskvada təbii qazda olan yancağlı ekoloji avtobuslardan istifadə edirdilər[36].
2018-ci ildə "Dostluq üçün Futbol" proqramında iştirak edən ölkələr və regionlar:
1. Avstraliya ittifaqı
2. Avstriya Respublikası
3. Azərbaycan Respublikası
4. Əlcəzair Xalq Demokratik Respublikası
5. Amerika Vircin Adaları
6. Amerika Samoası
7. Angilya
8. Antiqua və Barbuda
9. Misir Ərəb Respublikası
10. Arqentina Respublikası
11. Aruba
12. Barbados
13. Beliz
14. Bermud adaları
15. Venesuela Bolivar Respublikası
16. Bosniya və Herseqovina
17. Britaniya Virciniya adaları
18. Burkina- Faso
19. Lüksemburq Böyük Hersoqluğu
20. Macarıstan
21. Uruqvay Şərq Respublikası
22. Qabon Respublikası
23. Qvineya Respublikası
24. Cəbəli-Tariq
25. Bruney-Darussalam Dövləti
26. İsrail dövləti
27. Qətər dövləti
28. Küveyt dövləti
29. Liviya dövləti
30. Fələstin dövləti
31. Qrenada
32. Yunan Respublikası
33. Gürcüstan
34. Şərqi Timor Demokratik Respublikası
35. Konqo Demokratik Respublikası
36. San-Tome və Prinsipe Demokratik Respublikası
37. Şri-Lanka Demokratik Sosialist Respublikası
38. Dominikan Respublikası
39. İordaniya Həşimilər Krallığı
40. Əfqanıstan İslam Respublikası
41. İran Islam Respublikası
42. Mavritaniya İslam Respublikası
43. İtaliya Respublikası
44. Yəmən Respublikası
45. Kayman Adaları
46. Kanada
47. Çin Xalq Respublikası
48. Çin Taybeyi (Tayvan)
49. Andorra Knyazlığı
50. Lixtenşteyn Knyazlığı
51. Qayana Kooperativ Respublikası
52. Koreya Xalq Demokratik Respublikası
53. Bəhreyn krallığı
54. Belçika krallığı
55. Butan krallığı
56. Danimarka krallığı
57. İspaniya krallığı
58. Kamboca krallığı
59. Lesoto krallığı
60. Mərakeş krallığı
61. Niderland krallığı
62. Norveç krallığı
63. Səudiyyə Ərəbistanı krallığı
64. Esvatini krallığı
65. Tayland krallığı
66. Tonqa krallığı
67. İsveç krallığı
68. Qırğız Respublikası
69. Kyurasao
70. Laos Xalq Demokratik Respublikası
71. Latviya Respublikası
72. Livan Respublikası
73. Litva Respublikası
74. Malayziya
75. Maldiv Respublikası
76. Meksika Birləşmiş Ştatları
77. Çoxmillətli Boliviya Dövləti
78. Monqolustan
79. Montserrat
80. Banqladeş Xalq Respublikası
81. Papua Yeni Qvineya Müstəqil Dövləti
82. Samoa Müstəqil Dövləti
83. Yeni Zelandiya
84. Yeni Kaledoniya
85. Tanzaniya Birləşmiş Respublikası
86. Birləşmiş Ərəb Əmirlikləri
87. Kuk adaları
88. Terks və Kaykos adaları
89. Albaniya Respublikası
90. Anqola Respublikası
91. Ermənistan Respublikası
92. Belarus Respublikası
93. Benin Respublikası
94. Bolqarıstan Respublikası
95. Botsvana Respublikası
96. Burundi Respublikası
97. Vanuatu Respublikası
98. Haiti Respublikası
99. Qambiya Respublikası
100. Qana Respublikası
101. Qvatemala Respublikası
102. Qvineya-Bisau Respublikası
103. Honduras Respublikası
104. Cibuti Respublikası
105. Zambiya Respublikası
106. Zimbabve Respublikası
107. Hindistan Respublikası
108. İndoneziya Respublikası
109. İraq Respublikası
110. İrlandiya Respublikası
111. İslandiya Respublikası
112. Qazaxıstan Respublikası
113. Keniya Respublikası
114. Kipr Respublikası
115. Kolumbiya Respublikası
116. Konqo Respublikası
117. Koreya Respublikası
118. Kosovo Respublikası
119. Kosta-Rika Respublikası
120. Kot-d'İvuar Respublikası
121. Kuba Respublikası
122. Liberiya Respublikası
123. Mavrikiy Respublikası
124. Madaqaskar Respublikası
125. Makedoniya Respublikası
126. Malavi Respublikası
127. Mali Respublikası
128. Malta Respublikası
129. Mozambik Respublikası
130. Moldova Respublikası
131. Namibiya Respublikası
132. Niger Respublikası
133. Nikaraqua Respublikası
134. Yaşıl Burun Adaları Respublikası
135. Pakistan Respublikası
136. Panama Respublikası
137. Paraqvay Respublikası
138. Peru Respublikası
139. Polşa Respublikası
140. Portuqaliya Respublikası
141. Ruanda Respublikası
142. San-Marino Respublikası
143. Seyşel adaları Respublikası
144. Seneqal Respublikası
145. Serbiya Respublikası
146. Sinqapur Respublikası
147. Sloveniya Respublikası
148. Myanma İttifaqı Respublikası
149. Sudan Respublikası
150. Surinam Respublikası
151. Syerra Leone Respublikası
152. Tacikistan Respublikası
153. Trinidad və Tobaqo Respublikası
154. Türkmənistan Respublikası
155. Uqanda Respublikası
156. Özbəkistan Respublikası
157. Fici Respublikası
158. Filippin Respublikası
159. Xorvatiya Respublikası
160. Çad Respublikası
161. Monteneqro Respublikası
162. Çili Respublikası
163. Ekvador Respublikası
164. Ekvatorial Qvineya Respublikası
165. El Salvador Respublikası
166. Cənubi Sudan Respublikası
167. Kamerun Respublikası
168. Rusiya Federasiyası
169. Rumıniya
170. Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Regionu
171. Puerto-Riko azad əlaqəli dövləti
172. Şimali İrlandiya
173. Sent-Vinsent və Qrenadinlər
174. Sent-Lusiya
175. Suriya Ərəb Respublikası
176. Slovak Respublikası
177. Baham Adaları Birliyi
178. Dominika Birliyi
179. Böyük Britaniya və Şimali İrlandiyan Birləşmiş Krallığı
180. Amerika Birləşmiş Ştatları
181. Solomon Adaları
182. Vyetnam Sosialist Respublikası
183. Komor Adaları İttifaqı
184. Çin Xalq Respublikasının Makao Xüsusi İnzibati Regionu
185. Oman Sultanlığı
186. Taiti
187. Quam Ərazisi
188. Toqo Respublikası
189. Tunis Respublikası
190. Türkiyə Respublikası
191. Ukrayna
192. Uels
193. Farer adaları
194. Nepal Federativ Demokratik Respublikası
195. Efiopiya Federativ Demokratik Respublikası
196. Braziliya Federativ Respublikası
197. Almaniya Federativ Respublikası
198. Nigeriya Federativ Respublikası
199. Somali Federativ Respublikası
200. Sent-Kits və Nevis Federasiyası
201. Finlandiya Respublikası
202. Fransa Respublikası
203. Mərkəzi Afrika Respublikası
204. Çexiya Respublikası
205. İsveçrə Konfederasiyası
206. Şotlandiya
207. Eritreya
208. Estoniya Respublikası
209. Cənubi-Afrika Respublikası
210. Yamayka
211. Yaponiya
2018 ildə "Dostluq üçün futbol" Dünya çempionatında 32 Beynəlxalq Dostluq yığımları iştirak ediblər. Layihənin tarixində ilk olaraq final oyununu Suriyadan olan Gənc icmalçısı Yazn Taxta[37] icmal edirdi, matçın hakimi isə Rusiyadan olan Gənc referi Boqdan Batalin[38] idi . 2018 ildə "Dostluq üçün futbol" Dünya çempionatının qalibi "Şimpanze" komandası oldu, hansına ki, Dominikadan, Sent-Kits və Nevisdən, Malaviyadan, Kolumbiyadan, Benindən və Konqo Demokratik Respublikasından Gənc futbolçular daxil idi. Yığmanın məşqçisi Saranskdan gənc iştirakçı Vladislav Polyakov olmuşdur[39]. Proqramın altıncı mövsümnün final tədbiri, iyunun 13 "Moskvarium" okeanoqrafiya və dəniz biologiyası Mərkəzində keçirilən, "Dostluq üçün furbol" uşaq forumu olmuşdur. Tədbiri Viktor Zubkov ("Qazprom" İSC-ın direktorlar şurasının sədri), Olqa Qolodets (Rusiya Federasiyasının nazirlər kabinetinin müavini), İker Kasilyas (ispaniya futbolisti, milli yığmanın sabit məşqçisi), Aleksandr Kerjakov (rusiya futbolisti, Rusiyanın futbol üzrə gənclər yığmanın məşqçisi), həmçinin bütün dünya üzrə 54 səfirliklərin nümayəndələri və başqa qonaqlar ziyarət[40].
Forumda altıncı mövsümun ən yaxşı Gənc futbolçular mükafatlandırılıb: Konqo Demokratik Respublikasından Deo Kalenqa Mvenze (ən yaxşı hücumçu), Benindən Yamiru Ouru (ən yaxşı yarımmüdafiəçi), Uelsdən İvan Volınkin (ən yaxşı qapıçı) və Braziliyadan Qustavo Sintra Roça[37].
2018 ildə "Dostluq üçün futbol" proqramının ən yaxşı Gənc jurnalist Arubadan Şeykali Asensyon oldu. Qız, Okeanianın gəncləri ekoloji şüurluğa çağıraraq, bloq aparır[37]. Forumda keçmiş mövsümun iştirakçısı Hindistandan Ananya Kamboj kitabinin təqdimatı və avtoqraf-sessiyası baş verdi[41]. 2017 ildə "Dostluq üçün futbol"un beşinci mövsümun bitməsindən sonra Ananya Gənc jurnalist qismində iştirakın təcrübəsi haqqında "My journey from Mohali to St. Petersburg" kitabı yazdı. Kitabda o, dünyanı yaxşılığa doğru dəyişməyə kömək edən, Doqquz dəyərlər haqqında danışdı. İyunun 14, "Dostluq üçün futbol" Beynəlxalq uşaq forumunun bitməsindən sonra, Gənc futbolistlər və jurnalistlər Rusiyada FİFA 2018 Dünya çempionatının açılışı mərasimində iştirak etdilər. "Lujniki" stadionunda uşaqlar, bu il proqramda iştirak etmiş, bütün 211 ölkələrin və regionların bayraqlarını təntənəli şəkildə qaldırdılar[41]. Bundan sonra "Dostluq üçün futbol"un gənc iştirakçıları Rusiya və Səudi Ərəbistan yığmaların açılış matçına tamaşa etdilər. Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Dostluq üçün futbol"un Rusiyadan Gənc səfiri olan Albert Zinnatovu açılış-matçına birlikdə tamaşa etmək üçün öz lojasına dəvət etdi. Orada gənc Braziliyadan futbol üzrə dünya çempionu Roberto Karlos, həmçinin ispan futbolçusu olan İker Kasilyas ilə əlaqə saxladı[42]. Moskvadaki final tədbirlərin iştirakçıları 211 olkələrdən və regionlardan 1500 nəfərdən artıq uşaqlar və yeniyetmələr oldu. Cəmi Altıncı mövsümun çərçivəsində dünyanın müxtəlif regionlarında 180-dan artıq tədbirlər keçirildi, tədbirlərdə 240 mindən çox uşaqlar iştirak etdilər[43]. 2018 ildə layihəni hakimiyyət nümayəndələri dəstəklədilər. RF Nazirlər kabinetinin sədrin müavini Olqa Qolodets Beynəlxalq uşaq forumunun iştirakçılarına və qonaqlarına Rusiyanın Prezidenti Vladimir Putinin müraciətini oxudu[44]. Rusiya Federasiyasının Nazirlər kabinetinin Baş naziri Dmitriy Medvedev "Dostluq üçün futbol" altıncı Beynəlxalq uşaq forumunun iştirakçılarına və qonaqlarına təbrik teleqramini ünvaladı[45]. 23 may tarixində brifinq zamanı Rusiyanın XİN rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etdi ki, что bu gün "Dostluq üçün futbol" proqramı dünya cəmiyyətində Rusiyanın beynəlxalq sosial siyasətinin əhəmiyyətli humanitar təşkil hissəsi kimi qəbul edilir[46]. Ənənəvi olaraq "Dostluq üçün futbol" proqramını FİFA-da dətəklədilər. Təşkilatda qeyd etdilər ki, Moskvada final tədbirlərin iştirakçıların və qonaqların sayı 5000 nəfərə qədər çatdı[47].
Dostluq üçün futbol 2019
redaktə"Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının yeddinci mövsümü 18 mart 2019-cu ildə start götürdmüşdür, proqramın final tədbirləri 28 may-2 iyun tarixlərində Madriddə keçirilmişdir.[48]
Aprelin 25-də Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 50-dən çox ölkəsində Beynəlxalq Futbol və Dostluq Günü qeyd edilmişdir. Rusiya Futbol İttifaqı (RFİ) da bayrama qatılmışdır.[49]
Mayın 30-da Madrid şəhəri "Qazprom" PSC-nin "Dostluq üçün Futbol" 2019 uşaq sosial proqramının beynəlxalq forumuna ev sahibliyi etmişdir. Forum futbol məşqçiləri, uşaq komandalarının həkimləri, ulduzlar, aparıcı beynəlxalq KİV-lərin jurnalistləri, beynəlxalq futbol akademiyalarının və federasiyalarının nümayəndələri kimi dünyanın hər yerindən olan mütəxəssisləri bir araya gətirmişdir.[50]
Mayın 31-də Madriddə dünyanın ən çoxmillətli futbol məşqi baş tutmuşdur. Məşqin nəticələrinə görə "Dostluq üçün futbol" GUINNESS WORLD RECORDS®-un rəsmi sertifikatına layiq görülmüşdür.[51]
Yeddinci mövsüm çərçivəsində Avropa, Afrika, Asiya, Şimali və Cənubi Amerikadan olan 32 gənc jurnalist "Dostluq üçün futbol" proqramının Beynəlxalq uşaq mətbuat mərkəzinin tərkibini formalaşdırmışdır. Bu mərkəz proqramın final tədbirlərini işıqlandırır və beynəlxalq və milli KİV-lər ilə birgə materialların hazırlanmasında iştirak edir.[52]
Yeddinci mövsümün iştirakçıları "Doqquz dəyər" kubokunu ("Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının mükafatını) ən sosial-məsuliyyətli komanda adına layiq görülən "Liverpul" futbol klubuna təqdim etmişdilər.[53]
İyunun 1-də Madriddə yerləşən UEFA Pitch futbol meydançasında yeddinci mövsümün kulminasiyası – "Dostluq üçün futbol" üzrə Dünya Çempionatının final oyunu keçirilmişdir. Onun nəticələrinə görə "Tasmaniya İblisi" ilə əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa vuran "Antiqua Bağailanı" yığma komandası penalti zərbələri seriyasının nəticələrinə görə qalib gələrək əsas mükafata layiq görülmüşdür.[54]
Dostluq üçün futbol 2020
redaktə2020-ci ildə "Dostluq üçün futbol" proqramının səkkizinci mövsümünün final tədbirləri 27 noyabr-9 dekabr 2020-ci il tarixlərində rəqəmsal platformada onlayn keçirilmişdir. Dünyanın 100-dən çox ölkəsindən olan 10000-dən çox iştirakçı əsas tədbirlərə qatılmışdır.[55]
Dünya üzrə "Dostluq üçün futbol" 2020 onlayn çempionatı proqramın səkkizinci mövsümü üçün hazırlanmış çoxistifadəçili "Football for Friendship World" onlayn futbol simulyatorunun əsasında baş tutmuşdur. Dünya futbol gününün qeyd olunduğu 10 dekabr 2020-ci ildən etibarən oyunu bütün dünya üzrə yükləmək mümkündür. İstifadəçilər beynəlxalq yığma komandalar yaradaraq "Dostluq üçün futbol" qaydalarına əsasən oyunlarda iştirak etmək imkanı qazanmışlar. Çoxistifadəçili oyun proqramın dostluq, sülh və bərabərlik kimi ən əhəmiyyətli dəyərlərinə əsaslanır.[56]
Noyabrın 27-də "Dostluq üçün futbol" 2020 üzrə onlayn dünya çümpionatının püşkatma mərasimi baş tutmuşdur.[57]
Noyabrın 28-dən dekabrın 6-dək uşaqlar üçün humanitar və idman təhsil proqramları ilə beynəlxalq onlayn dostluq düşərgəsi keçirilmişdir.[58]
30 noyabr-4 dekabr tarixlərində "Dostluq üçün futbol" Beynəlxalq onlayn forumunun sessiyaları baş tutmuşdur. Burada uşaq idmanının inkişafı ilə bağlı layihələr təqdim olunmuşdur. Ekspert münsiflər heyəti "Dostluq üçün futbol" Beynəlxalq mükafatı almaq iddiasında olan layihələrin təqdimatlarını qiymətləndirmişdir.[59]
7–8 dekabrda "Dostluq üçün futbol" onlayn çempionatı keçirilmişdir. Bu ilki çempionat rəqəmsal platforma bazasında onlayn formatda keçirilmişdir. Bunun üçün xüsusi olaraq çoxistifadəçili "Football for Friendship" onlayn futbol simulyatoru hazırlanmışdır.[60]
Dekabrın 9-da "Dostluq üçün futbol" proqramının möhtəşəm finalı baş tutmuşdur.[61]
BMT-nin 75 illik yubileyinə dəstək məqsədilə təşkil olunmuş və müxtəlif ölkələrdən olan uşaqlar üçün keçirilən vebinarlar seriyası proqramın səkkizinci mövsümü ərzində baş tutmuşdur.[62]
Proqramın səkkizinci mövsümü zamanı dünyanın hər yerindən olan futbol fristaylerləri ilə birgə həftəlik "Mən olduğum yer stadiondur" şousu başlamışdır. Şounun hər buraxılışında fristaylerlər proqramın gənc səfirlərini fəndlər yerinə yetirməyə öyrədirdilər, hər epizodun sonunda isə ən yaxşı fənd yerinə yetirmək üzrə müsabiqə elan edilirdi. Şou qlobal onlayn master-klassla yekunlaşmışdır. Burada "Dostluq üçün futbol" proqramı iştirak etdiyi iştirakçılarının sayına görə Ginnesin dünya rekordçusu adına ikinci dəfə layiq görülmüşdür (6 dekabr 2020).[63]
Yaxşı xəbərlər redaksiyası – "Dostluq üçün futbol" proqramının gənc jurnalistləri tərəfindən yaradılmış həftəlik şou idi. Burada uşaqlar dünyanın hər yerindən olan pozitiv xəbərləri izləyicilər ilə bölüşürdülər.[64]
"Dostluq üçün Futbol" üzrə dünya çempionatı
redaktəBeynəlxalq uşaq futbol turniri "Dostluq üçün futbol" proqramı çərçivəsində keçirilir[65]. Çempionatın iştirakçı komandaları – "Dostluq yığmaları" – Açıq püşk atmanın gedişatında yaradılır[66]. Yığmalar "Dostluq üçün futbol" prinsipi üzrə təşkil olunacaq: bir komandada müxtəlif milliyyətli, cinsli və fiziki imkanlı idmançılar oynayırlar[67].
"Dostluq üçün Futbol" Beynəlxalq uşaq forumu
redaktəİllik "Dostluq üçün Futbol" Beynəlxalq uşaq forumunda layihənin yeniyetmə iştirakçıları böyüklərlə birlikdə bütün dünyada proqramın dəyərlərinin təbliği və inkişafı məsələlərini müzakirə edirlər. Forum zamanı uşaqlar başqa ölkələrdən olan yaşıdları, məşhur futbolçular, jurnalistlər və ictimai xadimlərlə görüşürlər və söhbət edirlər, həmçinin yeniyetmə səfir olurlar və sonra səfir qismində öz yaşıdları arasında ümumbəşər dəyərlərini müstəqil təbliğ edirlər[68].
Beynəlxalq uşaq mətbuat mərkəzi
redaktə"Dostluq üçün futbol" proqramının əsas üstünlüyü fərdi Beynəlxalq uşaq mətbuat mərkəzidir[69]. İlk dəfə o 2014-cü ildə "Dostluq üçün futbol" proqramı çərçivəsində təşkil edilib[70]. Mətbuat mərkəzinin yeniyetmə jurnalistləri proqramın hadisələrini öz ölkələrində işıqlandırırlar[71]: milli və beynəlxalq idman KİV üçün xəbərlər hazırlayır, "Dostluq üçün futbol" TV-kanalı, Football for Friendship uşaq qəzeti və proqramın rəsmi radiostansiyası üçün materialların yaradılmasında iştirak edirlər[72]. Beynəlxalq uşaq mətbuat mərkəzi "Ən yaxşı yeniyetmə jurnalist"[73] milli müsabiqələrin qaliblərini, yeniyetmə bloqerləri, fotoqrafları və yazıçıları özündə birləşdirir. Mətbuat mərkəzinin yeniyetmə jurnalistləri "Uşaqlar haqqında uşaqlar" formatını reallaşdıraraq, proqramın içindəki baxışlarını[74] təqdim edirlər[75].
Beynəlxalq futbol və dostluq günü
redaktə"Dostluq üçün futbol" proqramı çərçivəsində 25 apreldə Beynəlxalq futbol və dostluq günü qeyd edilir[76]. İlk dəfə bayram 2014-cü ildə 16 ölkədə qeyd edilib[77]. Həmin gün dostluq matçları[78], fleşmoblar, radiomarafonlar, ustad dərslər, teleşou, açıq məşqlər və s. keçirildi[79]. Bayram tədbirlərində 50 000-dən çox insan iştirak etdi[79].
2015-ci ildə futbol və dostluq Günü 24 ölkədə qeyd edilib[80]. Bayram çərçivəsində dostluq futbol matçları və başqa tədbirlər keçirilib. Almaniyada "Şalke 04" klubunun futbolçuları açıq məşq keçirdilər[81], Serbiyada TV-şou keçirildi, Ukraynada – "Volın" FK yeniyetmələr komandası və Lutski şəhərinin ailə, uşaqlar və yeniyetmələr üçün sosial xidmətlər mərkəzində qeydiyyatda olan uşaqlar arasında matç keçirildi[82].
Rusiyada futbol və dostluq Günü 25 apreldə 11 şəhərdə qeyd edilib. Vladivostokda, Novosibirskdə, Yekaterinburqda, Krasnoyarskda, Barnaulda, Sankt-Peterburqda və Saranskda proqramın əsas dəyərlərini təbliğ edən dostluq futbol matçları keçirildi. Krasnoyarskda, Soçidə və Rostov – Donda Olimpiya Məşəli 2014 Estafetinin məşəl aparanlarının iştirakıyla "Dostluq estafeti" keçirildi. Moskvada İdman Korlar Federasiyasının dəstəyi ilə "Bərabər imkanlar yarışı" təşkil edildi. 5 mayda futbol və dostluq Günü Nijniy Novqorodda və Kazanda qeyd edildi[82].
2016-cı ildə futbol və dostluq Günü 32 ölkədə qeyd edilib. Rusiyada bu doqquz şəhərdə: Moskva, Sankt-Peterburq, Novosibirsk, Barnaul, Birobican, İrkutsk, Krasnodar, Nijniy Novqorod və Rostov – Donda qeyd edildi. Nijniy Novqorodda "Volqa" yeniyetmə futbolçularının dostluq matçı keçirildi, klubun böyük futbolçuları isə uşaqlar üçün idman məşqləri keçirdilər. Novosibirskdə dostluq matçında əlil uşaqlar – Novosibirsk vilayətinin "Yermak-Sibir" yığması iştirak etdi.[82]
2017-ci ildə futbol və dostluq Günü 64 ölkədə qeyd edildi. Bütün dünyada keçirilən tədbirlərdə məşhur futbolçular, həmçinin serbiyalı müdafiəçi Branislav İvanoviç, hollandiyalı hücumçu Dirk Kyuyt iştirak etdi. Yunanıstandakı tədbirdə ölkənin milli yığmasının tərkibində, 2004-cü ilin futbol üzrə Avropa çempionatının qalibi — Teodoras Zaqorakis iştirak etdi. Rusiyada 2017-ci ildə "Zenit" FK əsasında "Dostluq üçün futbol" proqramının yeniyetmə səfiri Zaxar Badyukun xüsusi məşqi keçirildi, məşqdə "Zenit" FK-nin qapıçısı Yuriy Lodıqin Zaxarın qabiliyyətlərinə yüksək qiymətləndirdi və onunla qapıçı sənətinin sirləriylə bölüşdü.[82]
"Dostluq üçün futbol"un doqquz dəyəri
redaktə25 may 2013 ildə keçirilən Birinci Beynəlxalq uşaq forumu zamanı, Boyük Britaniyadan, Almaniyadan, Sloveniyadan, Macarıstandan, Serbiyadan, Bolqarıstandan, Yunanıstandan və Rusiyadan gənc səfirləri birinci səkkiz dəyərləri formallaşdırdılar — dostluq, bərabərlik, ədalətlilik, sağlamlıq, sülh, sadiqlik, qələbə və adətlər — və onları Açıq məktubda təqdim etdilər. Məktub beynəlxalq idman təşkilatların başçılarına göndərilmişdir: Beynəlxalq futbol federasiyası (FIFA), Avropa futbol assosiyasiyaların ittifaqı və Beynəlxalq Olimpiya komitəsi. 2013 ilin senyabrında Yozef Blatter Vladimir Putin və Vitaliy Mutko olə görüş zamanı məktubun alınmasını təsdiq etdi və bəyan etdiki, "Dostluq üçün futbol"u dəstəkləməyə hazırdır[11]. 2015 ildə "Dostluq üçün futbol" proqramına, doqquzncu dəyəri – qeyrət, əlavə edilməsini təklif edən Cindən, yaponiyadan və Qazaxıstandan iştirakçılar qoşuldu[83].
"Doqquz dəyər" kuboku
redaktə"Doqquz dəyər" kuboku – "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının xüsusi mükafatıdır. "Doqquz dəyər" kuboku ilə "Dostluq üçün futbol" proqramının bütün dəyərlərinə: dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfə ən böyük sədaqətə görə mükafatlandırırlar.
Qalibin seçilməsində bütün dünyadan azarkeşlər iştirak edirlər, lakin son qərarı "Dostluq üçün futbol" layihəsinin iştirakçıları səsvermə yolu ilə qəbul edirlər. "Doqquz dəyər" Kubokunun sahibləri olan futbol klubları –: "Barselona" (2015), "Münhen Bavariyası" (2016), "Al-Vaxda" (Xüsusi mükafat), "Real Madrid" (2017)[84].
Dostluq bilərziyi
redaktə"Dostluq üçün futbol" proqramının bütün tədbirləri bərabərlik və sağlam həyat tərzi simvolu olan Dostluq bilərziklərinin bir-birilərinə təqdim edilməsi ilə başlanır. Qolbaq iki rəngli – göy və yaşıl sapdan ibarətdir, onu proqramın dəyərlərini bölüşdürən hər bir kəs gəzdirə bilər[78].
Frans Bekkenbauerin sözlərinə görə
"Hərəkatın simvolu olan ikirəngli bilərzik, "Dostluq üçün futbol" proqramının dəyərləri kimi sadə və aydındır".
Proqramın yeniyetmə iştirakçıları Dostluq Bilərziklərini məşhur idmançılara və ictimai xadimlərə[85] bağladılar, onların arasında: Dik Advokat[86], Anatoli Timoşuk[87] və Luiş Netu, Frans Bekkenbauer[88], Luis Fernandev, Didye Droqba, Maks Mayer, Fatma Samura, Leon Qoreska, Domeniko Krişito, Miçel Salqado, Aleksandr Kerjakov, Dimas Pirros, Miodraq Bojoviç, Adelina Sotnikova, Yuri Kamenets var idi.
Mövsümlər arasında iştirakçıların fəallığı
redaktə"Dostluq üçün Futbol" proqramının yeniyetmə futbolçuları rəsmi mövsümdən kənar müxtəlif tədbirlərdə iştirak edirlər. 2013-cü ilin mayında "Maribor" (Sloveniya) futbol klubunun gənclərdən ibarət oyunçuları Kambocadan olan uşaqlarla xeyriyyə dostluq matçı keçirdilər[89]. 2014-cü il 14 sentyabrda Soçidə proqramın rusiyalı iştirakçıları Rusiya Federasiyası Prezidenti Vladimir Putinin FİFA prezidenti Yozef Blatter ilə görüşü çərçivəsində Prezidentlə söhbət ediblər[90]. 2014-cü ilin iyununda Fransa prezidenti Fransua Olland "Dostluq üçün futbol" proqramının iştirakçısı olan "Taverni" komandasını 2014-cü ildə futbol üzrə "Fransa — Nigeriya" dünya çempionatının matçına birgə baxmaq üçün Yelisey sarayına dəvət etdi[91]. 2016-cı ilin aprelində "Dostluq üçün futbol" proqramının səfiri Yuriy Vaşuk layihədə öz iştirak təcrübəsiylə bölüşmək üçün 2015-ci ildə, Belarusun ən güclü insanı Kiril Şimkoyla və BATE FK-nun yeniyetmə futbolçuları ilə görüşdü. Yuriy Vaşuk Kiril Şimkoya simvolik Dostluq Bilərziyini hədiyyə etdi və bununla layihənin – dostluq, ədalət, sağlam həyat tərzi ideyalarının təbliğ edilməsi estafetini ona ötürdü[91].
Təltif və mükafatlar
redaktə"Dostluq üçün futbol" proqramı müxtəlif müsabiqələrin qalibi və bir sıra Rusiya və beynəlxalq mükafatların sahibi oldu. Həmçinin: "Beynəlxalq əməkdaşlığın inkişafı" nominasiyasında "Rusiyanın ən yaxşı sosial layihələri", "Korporativ sosial məsuliyyət" nominasiyasında "Beynəlxalq biznes-kommunikatorları assosiasiyası (IABC) Gold Quill Awards (2016), "Planetin ən yaxşı sosial layihəsi" nominasiyasında Sabre Awards(2016), "Ən yaxşı beynəlxalq strategiya" nominasiyasında The Drum Social Buzz Awards (2017)[92], "Ən yaxşı mediastrateqiya" nominasiyada The Internationalist Awards for Innovative Digital Marketing Solutions(2017)[93], "Rusiyanın ən yaxşı sosial layihəsi" nominasiyasında (2018) "Serebryanıy Luçnik", " Serebryanıy Luçnik " Qran prisi (2018)[93].
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
- ↑ inserbia.info/today/2014/04/gazproms-football-for-friendship-2014
- ↑ "Arxivlənmiş surət". 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ https://web.archive.org/web/20150522172830/http://www.london24.com/sport/football/clubs/chelsea/chelsea_and_minister_for_sport_hugh_robertson_back_football_for_friendship_programme_1_2192621
- ↑ https://archive.today/20150515191023/http://fcbusiness.co.uk/news/article/newsitem=2379/title=franz+beckenbauer+kicks+off+gazprom%92s+%91football+for+friendship%92+campaign
- ↑ "Arxivlənmiş surət". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
- ↑ https://web.archive.org/web/20150522173321/http://www.epochtimes.de/service/vladimir-putin-und-fifa-praesident-joseph-s-blatte-bei-football-for-friendship-222
- ↑ "Arxivlənmiş surət". 2017-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 3 sputniknews.com/sport/20150610/1023169435.html
- ↑ 1 2 "Arxivlənmiş surət". 2016-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
- ↑ 1 2 rbth.com/sport/2016/06/01/gazprom-brings-soccer-crazy-kids-to-milan-for-uefa-champions-league-final_599353
- ↑ "Arxivlənmiş surət". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 finance.dailyherald.com/dailyherald/news/read/33918303/Fifth_Season_of_Gazprom's_Football_for_Friendship_International_Children's_Project_Launched
- ↑ "Arxivlənmiş surət". 2017-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ stomp.straitstimes.com/singapore-seen/12-year-old-sporean-messi-wins-global-football-contest-in-russia
- ↑ "Arxivlənmiş surət". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2018-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ http://www.mid.ru/ru/press_service/spokesman/briefings/-/asset_publisher/D2wHaWMCU6Od/content/id/3231268# Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine#23
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ https://www.prnewswire.com/news-releases/international-day-of-football-and-friendship-celebrated-in-schools-around-the-world-300837486.html#:~:text=Gazprom%20Football%20for%20Friendship&text=MOSCOW%2C%20April%2025%2C%202019%20%2F,Africa%2C%20North%20and%20South%20America Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine.
- ↑ "Arxivlənmiş surət". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2019-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2019-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2016-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ https://youtu.be/LZhV_4u6xDk
- ↑ "Arxivlənmiş surət". 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Arxivlənmiş surət". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ rbth.com/sport/2014/05/30/big_soccer_for_little_europeans_37075.html
- ↑ "Arxivlənmiş surət". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2016-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ https://web.archive.org/web/20140708202936/http://www.vanluyken.nl/artikel/37-nederlands-voetbaltalent-scoort-tijdens-football-for-friendship-beste-jonge-journalist-uit-nederland-interviewt-franz-beckenbauer-
- ↑ https://web.archive.org/web/20160304111738/http://www.getbucks.co.uk/news/local-news/12-year-old-bucks-boy-best-young-9095138
- ↑ sputniknews.com/art_living/20150519/1022329716.html
- ↑ "Arxivlənmiş surət". 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ https://web.archive.org/web/20150522194216/http://theindependent.sg/blog/2015/04/27/kids-from-24-countries-in-europe-and-asia-are-celebrating-international-day-of-football-and-friendship/
- ↑ rbth.com/sport/2015/05/15/children_from_24_countries_celebrate_day_of_football_and_friendship_46087.html
- ↑ 1 2 sputniknews.com/art_living/20150512/1022037520.html
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
- ↑ rbth.com/multimedia/2015/05/12/the-international-day-of-football-and-friendship_95713?crid=325359
- ↑ instagify.com/media/979016253229007447_641360799
- ↑ 1 2 3 4 business-center.amchamchina.org/news/?dir=17&doc=201504262030PR_NEWS_ASPR_____EN90314&andorquestion=OR&&ok=1&passDir=0
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
- ↑ "Arxivlənmiş surət". 2018-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2015-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ "Arxivlənmiş surət". 2015-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ https://web.archive.org/web/20141223203736/http://bigpicture.ru/?p=516227
- ↑ "Arxivlənmiş surət". 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ sport.rbc.ru/article/172216/
- ↑ en.kremlin.ru/events/president/news/19222
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
- ↑ "Arxivlənmiş surət". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.