Dosso Dossi - Wikipedia
Dosso Dossi (it. Dosso Dossi, əsl adı it. Giovanni di Niccolò de Luteri; ən tezi 1480 və ən geci 1490 – avqust 1542, Ferrara) — İntibah dövrünün italyan rəssam və qravür ustası, Ferrara məktəbinin ən görkəmli nümayəndəsi.
Dosso Dossi | |
---|---|
| |
Doğum adı | Covanni Françesko di Nikolo di Lüteri (Covanni Lüteri) |
Doğum tarixi | ətrafı |
Doğum yeri | San Covanni del Dosso, Mantuya |
Vəfat tarixi | |
Vəfat yeri | Ferrara |
Milliyyəti | italyan |
Fəaliyyəti | rəssam |
Təhsili | Lorenzo Kosta |
Janr |
Tarix rəssamlığı Peyzaj |
Stil | Ferrara rəssamlıq məktəbi |
Hamiləri | I Alfonso d'Este, II Erkole d'Este |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya və yaradıcılıq
redaktəDossi, Lorenzo Kostanın yanında və Corconenin emalatxanasında tələbə olub, Venesiya rəssamlarının təsiri altında rəssam kimi formalaşmışdı. Bellini, Tisian, Romanino ilə birgə işləmişdi. 1516-cı ildən — Ferrara sarayının saray rəssamı olmuşdu. Dossi demək olar ki, bütün ömrünü Este hersoqlarının — I Alfonso d'Este, II Erkole d'Estenin — xidmətində idi, amma bu xidmət yalnız rəsmlə kifayətlənmir, həm də diplomatik tapşırıqların yerinə yetirilməsini də nəzərdə tuturdu. Dosso, qardaşı Batista ilə birlikdə hersoqlar üçün mifoloji əsərlər, portretlər yaradır, saraylar, qalaların divarları üçün dekorativ freskalar çəkirdi. Rəssamın əsərləri və freskaları demək olar ki, günümüzə qədər qalmamışdır. Dossinin işinin ən maraqlı tərəfi onun bəzən rəsmdə hakim mövqe tutan genişlənmiş peyzaj fonuna olan marağıdır. ("Melissa", 1515, Borgeze Qalereyası). Dosso Dossi həmçinin o dövr üçün çox nadir olan bir sıra tamamlanmış mənzərə kompozisiyalarına da sahibdir ki, bunlara nümunə kimi "Müqəddəslərin fiqurları ilə peyzaj" əsərini göstərmək olar. (Moskva, Puşkin adına təsviri incəsənət muzeyi).
1520-ci ildə qardaşı ilə Romanı ziyarət etmiş və Rafael ilə görüşmüşdü. Daha sonra Modena və Ferraradaki kafedrallar üçün qurbangah üzərində işləyir. 1530-cu illərdə isə özünü bir peyzaj ustası kimi göstərməyə başlayır. Ferrara məktəbinin nümayəndələrindən biri olan Dosso, Ariostonun əsərlərinə illustrasiyalar çəkmişdi. Həmçinin onun adı "Qəzəbli Roland " poemasında da çəkilir.
Dossonun çəkdiyi Alfonso d'Estenin portretində Tisianın təsiri aydın şəkildə görünür. Daha sonra, venesiyalılar və Korrecconun rəsmlərinin təsiri altında Dossi qardaşlarının yaradıcılığına sirli, titrəyən şüalarla işıqlandırılan yarıfantastik peyzaj motivləri də daxil olur. Qardaşlara tərəfindən yaradılmış və Dossonun daha istedadlı olduğunu deməyimizə imkan verən dəzgah rəsmləri və portretləri günümüzə gəlib çıxıb (Dosso, Ferrara rəssamlıq məktəbinin aparıcı nümayəndələrindən biri sayılırdı) .
Dossi, Ferrara və Venesiya rəssamlıq məktəblərinin ənənələrini birləşdirirdi. Belə ki, o, yüksək emosionallıqlı və romantikalı mifoloji, alleqorik və dini süjetlər ilə bol olan rəsm əsərlərini yaratmışdı. Bu əsərlər əksər hallarda hərəkətli, poetik-fantastik peyzaj fonunda yerləşdirilirdi. ("Apollon və Dəfnə", 1530-cu illər, Borgeze Qalereyası, " Yupiter, Merkuri və Fəzilət", 1518, Sənət Tarixi Muzeyi, Vyana; "Baxus ", 1524, Şəxsi kolleksiya; "Şair və Muza", London Milli Qalereyası). Dossinin yetklinlik dövrünə aid kompozisiyalarının əksəriyyəti parlaq soyuqluq, bir neçə ağır fiqurun əzəməti və dekorativ detalların həddən artıq olması ilə seçilir. ("Ədalət", Drezden Rəsm Qalereyası, "Müqəddəs Sebastyan"; Brera Pinakotekası, Milan).
Dossi həmçinin monumental və dekorativ rəssamlıq sahəsində də işləyirdi (Pezaro yaxınlığındakı Villa Imperialenin divar naxışları, 1530).
Əsərləri
redaktə- Müqəddəslərin fiqurları ilə peyzaj, Puşkin Muzeyi, Moskva;
- Cadugərlik, Pitti Qalereyası, Florensiya.
- Müqəddəs Ailə və İki Donor (1514, Filadelfiya İncəsənət Muzeyi)
- Eney Yelisey çöllərində (1518–1521, Kanada Milli Qalereyası, Ottava)
- Müqəddəs Məryəmin Vəftizçi İohann və Müjdəçi İohanna müjdələnməsi (1520-ci illər, Uffizi Qalereyası, Florensiya)
- Yupiter, Merkuri və Fəzilət, (1524, Vavel qalası, Krakov)
- Mifoloji səhnə, 1524 ətrafı; Kətan üzərində yağ, 164 x 145 sm, Qetti Muzeyi, Los-Anceles
- Fortuna alleqoriyası, 1530 ətrafı; Kətan üzərində yağ, 178 x 216.5 sm, Qetty Muzeyi, Los-Anceles
- Kənd idilliyası ; 77.5 x 11.8 sm, Metropoliten İncəsənət Muzeyi, Nyu-York
- Eney, Barbera İncəsənət İnstitutu, Birminqem
- Herakl və Piqmeylər, Köhnə Yohanneum Qalereyası, Qrats
- Musiqi Alleqoriyası, Horn Muzeyi, Florensiya
- Heraklın Günah və Fəzilət Arasında Seçimi, Uffizi Qalereyası, Florensiya
- Arxangel Mixail, (Rəsm qalereyası, Drezden)
- Müqəddəs Georqiy və Əjdaha, (Rəsm qalereyası, Drezden)
- Döyüşçünün Portreti, Uffizi Qalereyası, Florensiya
- Qızın Portreti, Lukresiya Borcanın Portreti, Viktoriya Milli Qalereyası
- Sivilla, Ermitaj
-
Sirseya və onun sevimliləri təbiətdə, Vaşinqton, Milli Sənət Qalereyası
-
"Yupiter, Merkuri və Fəzilət", Sənət Tarixi Muzeyi, Vyana
-
Dosso Dossi, Sirseya, təq. 1507
-
Dosso Dossi, Herakl və Omfala, təx. 1535
-
Eney və Akat Liviya sahillərində, təx. 1520
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Puppi L. Dosso Dossi. Milano: Fabbri, 1965
- Humfrey P. a.o. Dosso Dossi: pittore di corte a Ferrara nel Rinascimento. Ferrara: Ferrara arte, 1998
- Campbell S. J., Welch E. S. Artists at court: image-making and identity, 1300–1550. Boston: Isabella Stewart Gardner Museum, 2004
- Macioce S. L’incantesimo di Circe: temi di magia nella pittura da Dosso Dossi a Salvator Rosa. Roma: Logart Press, 2004
- Алешин П.А. "Пейзаж со сценами из жизни святых" Доссо Досси из ГМИИ им. А.С. Пушкина // Искусствознание 3\4. 2013. С.336–353: http://sias.ru/upload/art/2013_3-4_336-353-aleshin.pdf
Xarici keçidlər
redaktə- Vikianbarda Доссо Досси ilə əlaqəli mediafayllar var.
- Работы в музеях мира
- Доссо Досси на Census of Ferrarese Paintings and Drawings
- Gibbons, Felton. Dosso and Battista Dossi; court painters at Ferrara. Princeton, NJ: Princeton University Press. 1968.
- Francis P. Smyth and John P. O'Neill (Editors in Chief. The Age of Correggio and the Carracci: Emilian Painting of the 16th and 17th Centuries. 1986.
- Freedberg, Sydney J. Painting in Italy, 1500–1600. 1993.
- Ciammitti, Luisa; Steven F. Ostrow; Salvatore Settis. Dosso's fate: painting and court culture in Renaissance Italy. Los Angeles: Getty Research Institute[ing.] for the History of Art and the Humanities. 1998.