Domra - Wikipedia
Domra (rus. до́мра)[1] — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra.[2] Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur.
Domra | |
---|---|
| |
Hornbostel–Zaks təsnifatı | 321.321-6 |
Diapazon |
Kiçik domranın 24 lada ilə diapazonu və onun quruluşu |
Əlaqəli alətlər | |
Mənşə ölkəsi |
Belarus Ukrayna Rusiya |
Vikianbarda əlaqəli mediafayllar |
Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır.
Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır. 1896–1898-ci illərdə bu musiqi alətinin əsasında Frans Stanislavoviç Perserski, Semyon İvanoviç Nalimov, Fomin Nikolay Petroviç və Karkin Pyotr Petroviç domra üzrə bir orkestr təsis etmidir. 1908-ci ildə Qriqori Pavloviç Lyubimov[3][4] və S. F. Burovun səyi nəticəsində dördsimli domra qurulmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Dal, Vladimir İvanoviç. Домра // Толковый словарь живого великорусского языка : в 4 т. (rus) (2-е изд). Sankt-Peterburq: Типография М. О. Вольфа. 1880—1882.
- ↑ Çunin, V.S. Русская домра — проводник в мир музыки. Избранные труды (rus). Moskva: Rusiya Musiqi Akademiyası. 2011. səh. 12—13. ISBN 978-5-8269-0178-6.
- ↑ Novoselski, А. А. Очерки по истории русских народных музыкальных инструментов (rus). Moskva: «Музгиз». 1931. səh. 3—6.
- ↑ A S. Şirikov. Рассказы о русских народных инструментах (rus). Moskva: «Советский композитор». 1986. səh. 88.
Xarici keçidlər
redaktə- Domra — domrist.ru saytında. (rus.)