Dolgin Siyeneyi - Wikipedia
Dolgin siyənəyi (lat. Alosa braschnikowi) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Dolgin siyənəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Dolgin siyənəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
redaktəOrta və Cənubi Xəzərdə yayılıb. Buzaçi yarıçıxışının ətrafında və Prorva-Çilov dili adaları ətrafında da rast gəlinir.
Morfoloji əlamətləri
redaktəDigər siyənəklərlə müqayisədə iri olub uzunluğu 45-47 sm-ə çatır. Böyük ağzı vardır. Yuxarı çənə şaquli istiqamətdə gözün kənarlarına kimi uzanır. Dişləri yaxşı inkişaf edib. Belində 15-19 şüa üzgəci (ilk 3-4 şüa şaxəsizdir), anal 19-23 (ilk 3-4 şüa şaxəsizdir), yan xətt pulcuqlarının sayı 51-54-dür. Bədəni üstdən yaşıl rəngə çalır.
Yaşayış yeri və həyat tərzi
redaktəŞortəhərsu balığı olub, güclü şirinləşmiş sulardan qaçır. Dənizin orta hissəsində şimala doğru hərəkət edərək şərq sahili boyunca daha böyük miqdarda, qərb sahillərində isə bir qədər az rast gəlinir. Yetkin dolgin siyənəkləri xırda kilkələrlə, aterinlərlə, xullarla, qismən xərçəngkimilərlə qidalanır.
Çoxalması
redaktəKürü verən balıqların əksəriyyətinin uzunluğu 25-33 sm, kütləsi isə 243-584 q olur. Dolgin siyənəyi Xəzər dənizinin şirinsulu hissələrindən başqa dənizin hər yerində yayılmışdır. İsti keçən qış fəsillərində Orta və Cənubi Xəzərdə, soyuq keçən qış dövründə isə əsasən Cənubi Xəzərdə yaşayır. Cənubi Xəzərdə qışlayan dolgin siyənəkləri yazda martın axırı, aprelin əvvəlində suda temperatur 6-8°C çatdıqda Orta Xəzərin qərb sahili ilə çoxalmaq üçün Şimali Xəzərə kütləvi miqrasiya edir. Dolgin siyənəyinin erkəyi 2 yaşında cinsi yetişkənliyə çatır, ancaq tam inkişaf erkəklərdə 3 yaşında, dişilərdə isə 3-4 yaşında olur. Dolgin siyənəyinin kürü verməsi balığın inkişafı və yaşının artması ilə əlaqədar 67 mindən 360 min ədədə qədər olur. O, kürüsünü dənizin 1-3 m dərinliyində, suda temperatur 14-16°C, duzluluq isə 4,8-10,7 % olduqda tökür.Kürü tökdükdən sonra siyənəklər Orta Xəzərin qərb sahilləri boyu əks istiqamətdə miqrasiya edir. Bu dövrdə siyənəklər 9-25 m dərinliyə və 15-20°C temperaturu olan sulara üstünlük verir.
Təsərrüfat əhəmiyyəti
redaktəMüasir şəraitdə dolgin siyənəklərini atma torlar vasitəsilə Orta Xəzərin qərb sahillərində (Xudat, Yalama və Dağıstan) ovlayırlar. Son vaxtlarda hər il 80-100 ton dolgin siyənəyi ovlanır. Xəzərdə siyənəklərin ovu ənənəvi üsulla aparıldıqda, çoxlu sayda nərə körpələri və karplar tutulduğuna görə, qadağan olunub. Bununla əlaqədar dənizdə siyənəklərin selektiv ov üsullarının tapılması istiqamətində tədqiqat işləri aparılır.[2]
Yarımnövləri
redaktəAşağıdakı yarımnövlərə bölünür:
- A. b. agrachanica (Mikhailovskaya,1941), Qərbi Xəzər, qışda cənub-şərq
- A. b. autumnalis (Berg, 1915), Cənubi Xəzər
- A. b. brashnikovi (Borodin, 1904), Bütün Xəzər, yazda Şimali xəzər
- A. b. grimmi (Borodin, 1904), Xəzərin şərqi ilə cənubu arasında.
- A. b. kisselevitshi (Bulgakov, 1926)
- A. b. nirchi (Morosov, 1928), Türkmənbaşı körfəzi[3]
- A. b. orientalis (Mikhailovskaya,1941), Xəzərin şərqi ilə cənubu arasında.
- A. b. sarensis (Mikhailovskaya,1941), Xəzərin qərbi ilə cənubu arasında.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2002.
- ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z. «Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh49.
- ↑ Igor S. Zonn, Aleksey N Kosarev, Michael H. Glantz & Andrey G. Kostianoy, The Caspian Sea Encyclopedia, p. K 256
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 75.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 .