Dolf Lundqren - Wikipedia
Dolf Lundqren (isv. Dolph Lundgren, 3 noyabr 1957[1], Stokholm[2]) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren karatenin kyokuşinkay növü üzrə üçüncü dərəcəli qara kəmər mükafatçısıdır.
Dolf Lundqren | |
---|---|
isv. Dolf Lungren | |
Doğum adı | isv. Hans Lungren |
Doğum tarixi | |
Doğum yeri | İsveç |
Vətəndaşlığı |
İsveç ABŞ |
Həyat yoldaşı | Anette Qviberq (1994–2011) |
Fəaliyyəti | kimyaçı, aktyor, kinorejissor, film prodüseri, mühəndis, cüdoçu, ssenarist, model[d], boksçu, karateçi, kino aktyoru, bodibilder, rejissor |
Fəaliyyət illəri | 1978-ci ildən |
Təhsili | |
IMDb | ID0000185 |
www.dolphlundgren.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaqlıq illəri və idman karyerası
redaktəDolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur.[3][4] Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atasını yenə də çox istəyirdi:
"Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi"[5]
— Dolf Lundqren
Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi. Buna baxmayaraq Lundqren idmanla maraqlanır. Əvvəlcə 16 yaşında Dzü-do, sonra Qodzyu-ryu, daha sonra Kyokuşinkay ilə məşğul olur. 1977-ci ildə İsveçdə Karate üzrə çempion adına layiq görülür və bu çempionluğunu 3 il davam etdirir. 1979-cu ildə çempionata qatılan Lundqren bu müddətdə Yaşıl kəmərə sahib idi. Amma turnir üçün ona Qəhvəyi kəmər lazım idi. Bu səbəbdən Lundqren dostlarından birinin kəmərini mənimsəyərək turnirə qatılmışdır. Lundqren turnirdə iştirak edir və ilk iki rəqibini nokauta uğradır. Lakin üçüncü rəqibi Qara kəmərə sahib olan yaponiyalı Makuto Nakamura, Lundqreni çox çətinliklə olsa da, məğlub edir və hakimlərin qərarı ilə turnirin qalibi olur. Buna baxmayaraq Lundqren çıxışı ilə tam razı idi və bu hadisədən bir il keçdikdən sonra İsveç Karate komandasının kapitanı olur. Lundqren 1980-cı ildə Böyük Britaniyada açıq karate üzrə çempionatda Karate üzrə çempion olur və bu titulu Avstraliyada 1982-ci ildə qoruyur.
Hərbi xidmət və təhsil
redaktəDolf Lundqren məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə yollanaraq, Vaşinqton və Klemson Universitetlərində kimya bölməsi üzrə oxumağa başlayır. Lakin hərbi xidmətə çağırışı ilə əlaqədar olaraq Dolf Lundqren İsveçə geri dönür. 1979-cu ildə hərbi çağırışa yollanan Dolf Lundqren "İsveçin 1-ci polk üzrə dəniz qoşunları" (isv. Amfibieregementet) kateqoriyasının "Hərbi dənizçilər" bölməsi isv. Kustjägare) üzrə oxuyur. Lakin Dolf Lundqren fiziki zədə aldıqdan sonra kapral vəzifəsini alaraq, sahildə çalışmağa başlayır.[6] Fiziki zədə almasına baxmayaraq Dolf Lundqren hərbi müddətini müvəffəqiyyətlə bitirir. Ardınca Stokholmda İsveç Kral Universitetində təhsil alır. Burada "Kimyəvi maşınqayırma" üzrə bakalavr dərəcəsində diplom alır. 1982-ci ildə Sidney Universitetində "Kimyəvi maşınqayırma" üzrə magistr dərəcəsində diplom qazanır. Daha sonra Massaçusets Universitetində oxumağa başlayır. Burada təhsil alan zaman Lundqren gecə klublarında işləməyə başlayır. Qreys Cons adlı müğənni onu burada görür və öz cangüdəni təyin edir. Lundqren və onun arasında sevgi münasibəti yaranır. Bu səbəbdən Lundqren Bostona getmək əvəzinə, Nyu-Yorka yollanır. Burada Dolf Lundqren Manhettendə yerləşən «The Limelight» (hal-hazırda bu gecə klubu fəaliyyət göstərmir) adlı gecə klubunda çalışmağa başlayır.
Film karyerası
redaktə1985-ci ildə müğənni Qreys Cons Lundqrenə "Öldürmək üçün təsvir" filmində kiçik rola çəkilməsinə kömək edir. Lundqren Rocer Murun baş rol aldığı "Ceyms Bond" seriyalarından olan bu filmdə KQB agenti rolunu canlandırmışdır. 1985-ci ildə Rokki 4 filmində İvan Draqo rolunu ifa etmək üçün aktyor tələb olunur. Bu zaman Lundqren öz şəklini və videosunu film üçün göndərir və 5000 nəfər arasından bu rol üçün seçilir. Silvestr Stallone ona filmdə həqiqi döyüşməyi təklif edir. Əvvəlcə Lundqren imtina etsə də, sonradan razılaşır. Filmin sonunda Dolf Stallonenin iki diz qapağını sındırır və Stallone xəstəxanaya göndərilir.[7] Bir müddət keçdikdən sonra Stallone sağalır və filmin son səhnəsi yenidən çəkilir. Filmin tam çəkilişi bitdikdən sonra Dolf "İvan Draqo" ilə populyarlıq qazanır. 1987-ci il istehsalı olan "Kainatın sahibləri" filmində dövrün kult halına gələn televiziya cizgi film qəhrəmanı olan "He-Men" rolunu canlandıran Lundqren, bu film ilə az populyarlıq əldə edir. Qırmızı əqrəb[8] filmi ilə məşhurluğunu daha da artırır. Ardından "Marvel" komiks jurnalının cizgi roman qrupuna aid olan bir intiqam sui-qəsdçisi olan Cəzalandırıcı filminin[9] eyniadlı personajını canlandırmışdı. Kiçik Tokioda mübahisə filmində Brüs Linin oğlu Brendon Li və əvvəllər kiçik rolları ilə tanınan Yapon əsilli ABŞ aktyoru Keri-Hiroyuki Taqava ilə birgə çəkilir.[10] ABŞ-nin gündəlik jurnalı olan "Varyete", səhifələrin birində dərc etmişdir ki, əgər Dolf Lunqrenin əzələdən çox, aktyorluq karyerasına daha çox vaxt ayırsaydı, Jan-Klod Van Damm kimi məşhur aktyor olardı.[11] "Los Angeles Times" jurnalının tənqidçilərindən biri olan Devid Foks, bu filmi yüksək qiymətləndirmişdir.[12]
Jan-Klod Van Damm ilə oynadığı Universal əsgər filmində Vyetnamda öldükdən sonra ordu əməliyyatlarına göndərilən Kiborq rolunu oynayarkən, döyüş sənətlərindən bəslənən pis xarakterləri canlandırmağa davam etdi. Döyüş-qorxu tərzində olan Qaranlıq mələyi[13] filmində insanları öldürən yadplanetlini tutmağa çalışan agenti, Kianu Rivz ilə çəkildiyi "Conni Mnemonik" filmində özünü İisus Xristos adlandıran dəli qatil rolları adını hər kino tamaşaçı kütləsinə çatdırmış və tanıtmağı bacarmışdır. Karyerasının sonlarına doğru gedərək daha keyfiyyətsiz filmlərdə görünməyə başlayan Lundqren, bu vəziyyətdən narahat olduğu üçün 2002-ci ildə kino karyerasına fasilə verərək, ailəsinə daha çox zaman ayırmaq qayğısı ilə bu qərarı aldığını ifadə etdi. Dolf Lundqren bundan sonra filmlərdə çox az görünürdü. 2010-cu ildə "Qabağıalınmazlar" filminə çəkilərək Yansen rolunu canlandırmışdır. Bu film Lundqrenin uzun fasilədən sonra çəkildiyi ən yaxşı filmi idi. 2012-ci ildə isə filmin ardı olan "Qabağıalınmazlar 2" filmində yenidən Yansen rolunu canlandırmış və populyarlıq əldə etmişdir.
Şəxsi həyatı
redaktəDolf Lundqren Qreys Cons, Pola Baryeri, Cenis Dikinson, Stefani Adams, Samanta Filips və Lesli Enn Vudvord kimi aktrisa və modellər ilə görüşürdü.[14] Sonda İsveçli dizayner Anett Kviberq ilə 1990-cı ildə görüşərək onunla evlənməyi 1993-cü ildə planlaşdırır.[15] Dolf Lundqren ilə Anett Kviberqin toyları 1994-cü ildə İspaniyada olur. Bal ayıları isə Mərakeşdə keçir. Onların bir qızı və bir oğul övladları olur. Rəsmi məlumatlara, əsasən, 2011-ci ildə Lundqren və Anett boşanırlar. Dolf Lundqren boşandıqdan sonra başqası ilə görüşməyə başlamışdır.[16]
2010-cu ildə Dolf Lundqrenin İspaniyanın Marbelye şəhərindəki evi silahlı cinayətkarların hücumuna məruz qalıb. «Daily Mail» qəzetinin məlumatına görə, üzlərində maska olan üç silahlı şəxs onun malikanəsinə daxil olaraq həyat yoldaşı Anettin əl-qolunu bağlayandan sonra pul və zinət əşyalarını tələb ediblər. Cinayətkarlardan biri təsadüfən masanın üzərindəki ailə şəklini görüb və onlar kimin evinə gəldiklərini anlayıblar.[17] Bundan sonra onlar dərhal aradan çıxıblar. Anett isə bir qədər sonra əl-qolunu açaraq polis çağırıb və həyat yoldaşına zəng edib. Qəzet yazır ki, cinayətkarlar evin kişisi ilə üzləşməyə əvvəlcədən düşünməyiblər. Bu görüş onlar üçün faciə ilə nəticələnə bilərmiş. Çünki Lundqren karate üzrə qara kəmər sahibidir. Qeyd olunur ki, Rokki 4 filminin çəkilişləri zaman Lundqren zərbəsinin gücünü düzgün hesablamayaraq Silvestr Stalloneni nokauta göndərib. Stalloneni ayıltmaq üçün həkimlərin müdaxiləsi tələb olunub. Lundqrenin evinə girən oğruları tapmaq üçün polislər dərhal təhqiqata başlayıb. Lundqrenin qonşularından biri olan Antonio Banderas evinin mühafizəsini gücləndirmişdir. Bu müddətdə Dolf Lundqren iki film çəkilişində olmuşdur. Lundqren Jan-Klod Van Dammla birlikdə «Universal əsgər» filminin üçüncü hissəsində və Silvestr Stallonenin çəkdiyi Qabağıalınmazlar filmində iştirak edirdi.
Həmin ildə Dolf Lundqren Ceyson Stethem və Silvestr Stallone ilə Kiyevdəki əyləncəsi qanqaraldıcı hadisə ilə müşayiət olunmuşdur. Ukrayna KİV-inə istinadən xəbər vermiş ki, Dolf Lundqrenin cibindən içərisində kredit kartları və 3000 dollar olan pulqabı oğurlanmışdır. "Qabağıalınmazlar" filminin premyerası ilə əlaqədar 80-cı illərin döyüş filmləri ulduzlarının Kiyevə səfərinin təşkilatçıları hadisənin baş verdiyini təsdiqləyib. Onlar bildirmişlər ki, Dolf Lundqren Kiyevdəki əyləncə mərkəzlərindən birində əylənərkən qarət edilib. Gecə klubunun meneceri isə bunları söyləmişdir: "Aktyorların masasına çoxlu sayda adam yaxınlaşmışdı. Onların hamısı Silvestr Stallone ilə içki içmək istəyirdi və qarışıqlıq yaranmışdı. Gecə məlum oldu ki, aktyorlardan birinin pul kisəsi oğurlanıb". Lakin Dolf Lundqren hadisəni şişirtməyib və Ukrayna milisinə müraciət etməyib. Lundqren bank kartlarını bağlatdırıb, nağd vəsaiti isə təşkilatçılar ödəmişlər.
Filmoqrafiya
redaktəİl | Film adı | Orijinal adı | Rolu | Qeydlər |
---|---|---|---|---|
1985 | Öldürməyə baxış | ing. A View to Kill | Vents | |
1985 | Rokki 4 | ing. Rocky IV | İvan Draqo | |
1987 | Kainatın ustaları | ing. He-Man and the Masters of the Universe | He-Men | |
1989 | Qırmızı əqrəb | ing. Red Scorpion | Nikolay | |
1989 | Cəzalandırıcı | ing. The Punisher | Frenk Kastl | |
1990 | Qaranlıq mələyi | ing. Dark Angel | Cek Keyn | |
1991 | Gizlədilən | ing. Cover-up | Mayk Anderson | |
1991 | Kiçik Tokioda mübahisə | ing. Showdown in Little Tokyo | Kris Kenner | |
1992 | Universal əsgər | ing. The Universal Soldier | Endryu Skott / GR13 | |
1993 | Coşua kəndi | ing. The Joshua Tree | ||
1994 | Beşnövçü | ing. Pentathlon | ||
1995 | Conni-Mnemonik | ing. Johnny-Mnemonic | Karl Honik | |
1996 | Hədəf altında | ing. Silent Trigger | ||
1997 | Sülh qoruyan | ing. The Peacekeeper | ||
1998 | Minyon | ing. The Minion | Lukas Sadorov | |
1998 | Təmizləyici | ing. Sweepers | ||
1998 | Blekcek | ing. Blackjack | Cek Devlin | |
1999 | Əjdahaların körpüsü | ing. Bridge of Dragons | Varçayld | |
2000 | Gözlənilməz zərbə | ing. Storm Catcher | ||
2000 | Sonuncu patrul | ing. The Last Patrol | ||
2000 | Universal agent | ing. Agent Red | ||
2001 | Gizli plan | ing. Hidden Agenda | ||
2004 | Qoruyucu | ing. The Defender | Lans Rokford | Rejissor |
2005 | Mexanik | ing. The Mechanic | Nikolay Çerenko | Rejissor |
2007 | Brilliantlı itlər | ing. Diamond Dogs | Ksander Ronson | |
2009 | Universal əsgər 3: Regenerasiya | ing. Universal Soldier: Regeneration | Endryu Skott | |
2010 | Qabağıalınmazlar | ing. The Expendables | Qunnar Yensen | |
2010 | Çak | ing. Chuck | Marko | TV serial: "Çak il dönümünün əleyhinə" epizodu |
2011 | Kralın adına 2: İki dünya | ing. In the Name of the King 2: Two Worlds | Qranqer | |
2012 | Universal əsgər 4: Yeni ölçü | ing. Universal Soldier: A New Dimension | Endryu Skott | |
2012 | Bir palatada | ing. One in the Chamber | Aleksey Andreyev | ləqəbi: Canavar |
2012 | Qabağıalınmazlar 2 | ing. The Expendables 2 | Qunnar Yensen | |
2013 | Əfsanəvi: Əjdahanın qəbri | ing. Legendary: Tomb of the Dragon | Harker | |
2013 | Lənətlənmişlərin döyüşü | ing. Battle of the Damned | Maks Qetlinq | |
2013 | Tələyə salınan | ing. Ambushed | Maksvell | |
2014 | Qabağıalınmazlar 3 | ing. The Expendables 3 | Qunnar Yensen |
Maraqlı faktlar
redaktə- Dolf Lundqren 3 dil bilir: İngilis, Alman və İspan. Həmçinin Fransız, Yapon, İtalyan, Veps və rus dillərində də müəyyən səviyyədə bilir.
- Dolf Lundqrenin boy ölçüsü 193 sm-dir.
İstinadlar
redaktə- ↑ Dolph Lundgren // filmportal.de. 2005.
- ↑ Catalog of the German National Library (alm.).
- ↑ "Tell me about Dolph Lundgren of «Masters of the..." Chicago Tribune. 11 June 1989. 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-06.
- ↑ "Dolph Lundgren Biography — Yahoo! Movies". Movies.yahoo.com. 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-06.
- ↑ "Biography". Dolph Lundgren.com (Official website). 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-22.
- ↑ "Dolph Lundgren. Biography (ing.)". M&C People. 2012-01-27 tarixində arxivləşdirilib.
- ↑ Bierly, Mandi. "Why 'Rocky IV' is the best fight—Ever!". 22 December 2006. 27 February 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 November 2009.
This accident is not in keeping with boxing. Usually this kind of pericardial swelling is the result of head on collisions, when the steering wheel hits you in the chest.
- ↑ Holden, Stephen. "Red Scorpion". The New York Times. 1989-04-29. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21. (#apostrophe_markup)
- ↑ Christopher Null. "The Punisher (1989)". filmcritic.com. 2004. 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21. (#apostrophe_markup)
- ↑ Canby, Vincent. "Review/Film; 'Showdown In Little Tokyo'". The New York Times. 22 September 1991. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.
- ↑ "Showdown in Little Tokyo". Variety. August 31, 1991. 2012-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.
- ↑ Fox, David J. "Weekend Box Office : List-Toppers Are Listless". Los Angeles Times. 27 August 1991. 2012-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.
- ↑ Hardy, Phil. The Overlook film encyclopedia: Science fiction. Overlook Press. 1995-10-01. səh. 476. ISBN 9780879516260. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.
- ↑ "Who's Dated Who feature on Dolph Lundgren". 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-27.
- ↑ "Дольф Лундгрен". 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.
- ↑ "Дольф Лундгрен пустил под откос брак и карьеру". 2011-03-10. 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-31.
- ↑ Couzens, Gerard. "Burglars tie up woman-but flee the house when they realised she's married to action hero actor Dolph Lundgren". Daily Mail. London. 2011-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-02.
Xarici keçidlər
redaktə- Dolf Lundqren — IMDb səhifəsi
- DOLPH: Ultimate səhifəsi
- Dolph Lundqrenin rəsmi səhifəsi
- Dolf Lundqren Mosquito.net
- Dolph Lundgren göre "Command Performance"
- BBC UK 2008 Olympics Interview
- Bodybuilding.com Reportaj Arxivləşdirilib 2008-12-24 at the Wayback Machine
- Dolph Lundgren Fan Club: Hamburg Chapter