Dnestr Kanyonu - Wikipedia
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski.
Dnestr Kanyonu | |
---|---|
ukr. Дністро́вський каньйо́н | |
Ölkə | Ukrayna |
Uzunluğu | 250 km |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur.[1] 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur.[2]
Ümumi məlumat
redaktəKanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir. Sol qolları isə daha uzun və bol suludur.
Kanyon özünəməxsus mikroiqlimə məxsusdur. Qış yumşaq və az günəşlidir. Yamaclarda və sahil boyunda qar tez əriyir. Kanyonda temperatur düzənlik əraziyə nisbətən bir neçə dərəcə yüksək olur. Yaz vadidə 1-2 həftə daha tez gəlir, yay fəsli mülayim-isti keçir.
Dnestr kanyonu Ukraynanın qərbində yerləşir, sağ və sol sahillər müxtəlif vilayətlərə aiddir: sol sahil - Ternopol və Xmelnitski, sağ sahil - İvano-Frankovsk və Çernovtsı. Ternopol vilayəti ərazisində "Dnestr kanyonu" Milli Parkı yaradılmışdır. Kanyon ərazisində ölkə əhəmiyyətli 4 geoloji, 1 hidroloji abidə, eləcə də 20 bitki növü qorunur. Çay vadisi enliyarpaqlı və iynəyarpaqlı meşələrlə zəngindir. Çayda 40-dan çox balıq növü var və Dnestr bu bölgənin ən təmiz çaylarından biri hesab olunur.
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ "Днестровский каньон". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
- ↑ "7 чудес Украины. Днестровский каньон". 2016-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
Ədəbiyyat
redaktə- Дністровський каньйон очима допитливих : [фотоальбом] / Й. М. Свинко. — Тернопіль : Підручники і посібники, 2013. — 64 с. : кольор. фот. — 500 пр. — ISBN 978-966-07-2461-7
- Кривень Юрій. Панорами Дністровського каньйону — з палуби «Юрія»: На Дністрі курсує унікальний корабель // Галичина. — 2015. — 2 липня.
- Чайковський М. П. Дністровський каньйон: Природознавчий нарис. — Л.: Каменяр, 1981. — 64 с., іл.
- Z biegiem Dniestru (red. J. Gudowski). — Warszawa: Wyd-wo Akademickie Dialog, 2007. — 150 s., ill.