Dmitri Peskov - Wikipedia
Dmitri Sergeyeviç Peskov (17 oktyabr 1967, Moskva, SSRİ) — Rusiyanın dövlət xadimi. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir (2005). Rusiya Federasiyası Hökuməti sədrinin mətbuat katibi (2008-2012). Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib.
Dmitri Peskov | |
---|---|
rus. Дмитрий Сергеевич Песков | |
Rusiya Prezidentinin mətbuat katibi[d] | |
Vəzifədədir | |
22 may 2012-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1967 (57 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Atası | Sergey Peskov[d] |
Uşaqları | 3 (Nikolay Peskov daxil olmaqla) |
Dini | Rus Pravoslav Kilsəsi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. 1983-cü ildə Moskvadakı 1243 nömrəli xüsusi məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra ikinci cəhddə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutuna daxil olub. 1989-cu ildə “tarixçi-şərqşünas, köməkçi-tərcüməçi” ixtisası üzrə institutu bitirmişdir[1].
İstinadlar
redaktə- ↑ "Песков признался, что был разгильдяем - Газета.Ru | Новости". Газета.Ru. 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.