Dissernet - Wikipedia
Dissernet — öz əməklərini fırıldaqçıların, saxtakarların və yalançıların ifşa edilməsinə həsr etmiş ekspertlərin, tədqiqatçıların və reportyorların azad şəbəkə cəmiyyətidir Cəmiyyətin fəaliyyəti əsasən Rusiya elm və təhsil müəssisələrində müdafiə edilmiş fəlsəfə və elmlər doktoru dissertasiyalarının içtimai ekspertizasının keçirilməsindən ibarətdir.
Dissernet | |
---|---|
Andrey Rostovtsev | |
Dissernetin baniləri
redaktəDissernetin baniləri aşağıdakılardır:
- Mixail Qelfand
- Andrey Zayakin
- Sergey Parxomenko
- Andrey Rostovsev
Dissernetin tarixi
redaktəDissernet cəmiyyəti 2013-cü ilin yanvarında yaranmışdı. Layihənin əsası kimi Almaniyadakı oxşar VroniPlag layihəsi götürülmüşdü. Cəmiyyətin araşdırmalarının nəticələri əvvəlcə əsasən Parxomenko və Rostevsevin bloqlarında nəşr olunurdu. 20 fevral 2013-cü ildə dissernet.org saytı açıldı.
Dissernetin məqsədi
redaktəDissernetin məqsədi elmi işçilərin qanunla təsbit edilmiş attestasiya qaydalarının, həmçinin elmi dərəcələrin verilməsi qaydaları və reqlamentlərinin kobud şəkildə, müəyyən məqsədlə pozulması hallarının aşkarlanmasıdır.
Dissernet, ekspertiza nəticəsində bu cür pozuntular aşkarlanan dissertasiyaları saxtalaşdırılmış və bu dissertasiyaların müdafiəsi nəticəsində alınmış diplomları isə qanunsuz sayır və ləğv olunmalı olduğunu bildirir.
Dissernetin fəaliyyəti
redaktəDissernetin tədqiqatları və ifşaları Rusiyanın bütün kateqoriyadan olan vətəndaşlarına bərabər şəkildə tətbiq edilir, o cümlədən:
- peşəkar alimlərə və yaxud özlərini əsassız şəkildə bu cür sayan insanlara;
- dissertasiya müdafiə etməklə və rəsmi diplom almaqla öz şöhrətlərini artırmaq istəyən siyasi və ictimai xadimlərə.