Dirili Surxay - Wikipedia
Dirili_Surxay - Haqqında Məlumat
Dirili Surxay (1902–1945) — aşıq.
Dirili Surxay | |
---|---|
Surxay Bəyalı oğlu Fərəcov | |
Doğum tarixi | |
Doğum yeri | Xudayarlı, Cəbrayıl qəzası |
Vəfat tarixi | |
Vəfat yeri |
Xudayarlı, Cəbrayıl rayonu, SSRİ Azərbaycan SSR, |
Fəaliyyəti | şair |
Həyatı
redaktəAşıq Surxay Bəyalı oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul olub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yollarda ayaq döyüb, qoyun-quzu otarıb. Anası Tükəzban xanım Hacı Abbasəli bəy qızının fikri Surxayı molla, ruhani etmək idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq etdi.
Dirili Surxay 1945-ci ildə vəfat edib.
Ailəsi
redaktəDirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu. Sərxan adlı oğlu, Tükəz və Mələk adlı qızları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qarabağın Aran ağzı-Arazbar. Bakı: "Ozan", 1998.
- Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004.
- Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.41.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəVikimənbədə Müəllif:Dirili Surxay ilə əlaqəli mətnlər var.
- Dirili Aşıq Surxay [ölü keçid]
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.