Dimetoka - Wikipedia
Dimetoka (Yunanca: Διδυμότειχο / Didymóteicho; 1974-ci ilə qədər Katharevousa Yunancası ilə: Διδυμότειχον, Didymóteichon; Bolqar dili: Димотика)- Yunanıstanda, Qərbi Trakyada, Evros ilinin sərhədləri içində yerləşən bir mahaldır.
Şəhər | |
Dimetoka | |
---|---|
41°21′ şm. e. 26°30′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
Region | Qərbi Trakiya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 335.9 km² |
Mərkəzin hündürlüyü | 31 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 18.998 nəfər (2001) |
Sıxlığı | 57 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +30 25530 |
Poçt indeksi | 683 00 |
Nəqliyyat kodu | EB |
Digər | |
didymoteicho.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəEvros ilinin sərhədləri içindən keçən Qızılçayın ərazisindən keçdiyi bir mahaldır. Türkiyə sərhədindən 12 kilometr məsafədə, Sofulunun 20, Dedeağaçın 90 kilometr şimalındadır. 2001-ci il hesablamlarına görə mahal mərkəzinin azalma meyli göstərən əhalisi 8.000, ümumilikdə mahalın əhalisi isə 19.300-dür.
Tarixi
redaktəƏvvəlcə Plotinopolis olaraq adlandırılan Dimetoka Bizans İmperiyası dövründən etibarən bölgəsində əhəmiyyət qazanmış, imperiyanın son xanədanı Bizans imperatorlarına arvadının vasitəçiliyi ilə qohum olmaqla xanədana bir mənada çöldən girən rəqib imperator VI. Yannis Kantakuzenos 26 Oktyabr 1341-ci ildə tərəftarları ilə birlikdə burada imperator elan edildi və uzun bir vətəndaş müharibəsi müddətindən sonra 16 May 1346-cı ildə burada tac qoydu.[1] 1343-cü ildə Kantakuzenosun arvadı Yerenenin burada bolqarlar tərəfindən mühasirəyə alınmasına görə köməyə çağırılan Aydınoğlu Qazi Umur bəy 380 gəmi və 29,000 əsgərlə bölgəyə gələrək bolqarları Dimetokadan uzaqlaşdırmağı bacardı. 1345-ci ildə yenə Aydınoğlu Qazi Umur bəy yanında Sarıxanoğulları bəyliyi xanədanından Saruhanoğlu Süleyman Bəy olduğu halda 20,000 süvari ilə Orxan Qazinin əvvəlcə buraya göndərdiyi birliklərə qatılmış və üç bəyliyin müştərək qüvvəsi Dimetoka bölgəsini suverenliyi uğrunda başlayan Bolqar şakı Momçilonu 7 İyun 1345-ci ildə məğlub etməyi bacarmışlar.[2]
1361-ci ildə Osmanlı imperiyası torpaqlarına daxil edilməsinin ardından Dimetoka dövründə Balkanların əhəmiyyətli mərkəzlərindən oldu. Osmanlı padşahı I Murad Ədirnədə Köhnə Saray inşa edilərkən 5 il burada qalmış, oğlu İldırım Bəyazid burada doğulmuşdur.[3] Əhəmiyyətli bir Osmanlı memarlıq əsəri olan (hələ də xaraba vəziyyətdə) I Mehmed Məscidi ( Dimetoka Bəyazid Məscidi də deyilir) bu dövrdə tikilmişdir. Kara Timurtaş Paşa oğlu Oruc Paşanın 1398, Firidun Əhməd bəyin 1571-ci il tarixli hamamları da burada yerləşir.[4]
Bu mənada Dimetokanın qısa bir müddət üçün Osmanlı imperiyasına (Bursada daxil olmaqla Ədirnəyə qədər) paytaxtlıq etdiyi deyilə bilər.
18-ci əsrdə isə Rusiyaya qarşı mübarizə apardığı Poltava döyüşünü itirərək Osmanlı imperiyasına sığınan İsveç kralı Dəmirbaş Karl 1713 - 1714-cü illərdə burada məskunlaşmışdır.[5]
Dimetoka əsasən 2-ci Balkan müharibəsində Ənvər Paşa tərəfindən Ədirnə ilə birlikdə geri alınan bölgənin içərisində idi. 1913-cü ilin avqustunda Buxarest sülh müqaviləsi ilə Bolqarıstan sərhədləri içində qalan Qərbi Trakiya dəmiryolu xəttinin 50 km-lik bir qismi Meriçin qərb sahil xəttini təqib edərək buradan keçməkdə idi. Bu da Bolqarıstanın daxili bölgələri ilə Qərbi Trakiya limanları arasındakı nəqliyyatın qismən Türkiyə ərazisindən keçməsini təmin edirdi. 1915-ci ilin payızında Çanaqqala müharibəsinin kritik dövrlərini keçdikdən sonra yeni hücumlara qarşı Almaniyadan aparılacaq vəsaitin Türkiyəyə çata bilməsi üçün Bolqarıstanın Almaniya - Avstriya - Osmanlı imperiyası ittifaqı içində döyüşə girməsi çox əhəmiyyətli idi. Döyüşün hər iki ittifaq qrupunun da uzun bir müddət lobbiçilik etdiyi Bolqarıstan bu kritik bölgəni (döyüşün sonunu gözləmədən) dərhal tərk etməyi qəbul edən İttihad və Tərəqqi Partiyasının siyasəti ilə cəlb edildi. Beləcə Dimetoka bölgəsi 1915-ci ildə Bolqarıstana verilərək bu ölkənin İttifaq Dövlətləri tərəfində döyüşə girişinin rüşvəti oldu.[6]
Birinci Dünya Müharibəsinin sonra Lozanna müqaviləsi (1923) ilə Yunanıstana verilmişdir.[7]) but a European union project has been initiated to restore them.[8]
Əhali
redaktəİllərə görə şəhər əhalisi | |
---|---|
1991 | 8,336 |
1981 | 8,571 |
I Sultan Mehmet Məscidi
redaktə-
I Bəyazid Mehmet Məscidi - ümüumi görünüş.
-
I Bəyazid Mehmet Camisi.
-
I Bəyazid Mehmet Camisi.
-
I Bəyazid Mehmet Camisi.
-
I Bəyazid Mehmet Camisi.
-
I Bəyazid Mehmet Camisi.
-
I Bəyazid Mehmet Camisi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ Kallikratis law Arxivləşdirilib 2020-09-11 at the Wayback Machine Greece Ministry of Interior
- ↑ Detailed census results 1991PDF (39 MB)
- ↑ D. C. Samsaris, Historical Geography of Western Thrace during the Roman Antiquity (in Greek), Thessaloniki 2005, p. 114-120
- ↑ Babinger, Franz. Dimetoḳa // The Encyclopedia of Islam, New Edition, Volume II: C–G. Leiden and New York: BRILL. 1991. 291–292. ISBN 90-04-07026-5. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ "Treaty of Neuilly, article 27 (3), 48". 2006-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ Eleni Kanetaki. "The still existing ottoman hamams in the Greek territory" (PDF). Middle East Technical University / Faculty of Architecture. 2005. 2013-01-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-06-06.
- ↑ "JOVAPROB / Joint valorisation and promotion of the old baths in the trans border area". European Territorial Cooperation – Greece Bulgaria 2007–2013. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-06.