Dikson Adasi - Wikipedia
Dikson adası (rus. Ди́ксон) — Kara dənizində, Rusiyanın Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonunda (rus. Таймы́рский Долга́но-Не́нецкий райо́н), Yenisey çayının mənsəbinin yaxınlığında yerləşən ada. Adanın yaxınlığında Dikson şəhərtipli yaşayış məntəqəsi yerləşir və bu ərazidəki əsas liman və hidrometeorologiya mərkəzidir. Burada Dikson Hava Limanı fəaliyyət göstərir.
Dikson | |
---|---|
rus. Ди́ксон | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 25 km² |
Uzunluğu |
|
Eni | 6 km |
Hündür nöqtəsi | 48 m |
Əhalisi | 1.100 nəfər |
Yerləşməsi | |
73°30′25″ şm. e. 80°32′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Rayon | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəDikson adası və yaxınlığında yerləşən eyniadlı yaşayış məntəqəsi isveçli Artika maqnatı Oskar Diksonun şərəfinə adlanıdırılmışdır.[1] Ada pomorlar tərəfindən keç edilməsindən sonra XVII əsrdə Dolqi ("uzun") və Kuzkin adları ilə tanınmışdır. 1875-ci ildə fin səyyah Adolf Erik Nordenşöld adaya əslən şotland olan, varlı İsveç maqnatı Oskar Diksonun adını vermişdir.[1] İngiliscə Oskar Dikson "Oscar Dickson" şəklində yazılsa da, daha sonra "c" hərfi düşmüş[1] və ingiliscə "Dikson" adından istifadə olunmağa başlanmışdır. 1884-cü ildə bu ad adanın rəsmi adı kimi qəbul olunmuşdur.[1] Oskar Dikson və Aleksandr Sibiryakov bir çox Artika ekspedisiyasının, eləcə də Nordenşöldün ekspedisiyasının da himayəçiləri idilər.
1915-ci ildə ada Rusiyanın Artikadakı ilk radio stansiyası olmuşdur. 1935-ci ildə burada dəniz limanı tikilmişdir, 1957-ci ildə buraya iki yaşayış məntəqəsi birləşdirilmişdir.[1]
Ada İkinci dünya müharibəsində, 1942-ci ilin avqustunda Vunderland əməliyyatı çərçivəsində "Admiral Scheer" kruyseri tərəfindən bombardman edilmişdir.
1965-ci ildə Dikson şəhərtipli yaşayış məntəqəsinin 50 illiyi münasibətilə SSRİ-də poçt markası buraxılmışdır.
İqlim
redaktəDikson adasında Artika iqlimi hakimdir. (Keppenin iqlimlər təsnifatına görə ET) İqlim (ən isti dövr avqust ayına təsadüf edir) çox xoşagəlməzdir. Diksonda qış 10 ay çəkir və 2 ay gün çıxmır.
Dikson adasının iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | −21,2 | −21,7 | −18,1 | −13,3 | −5,3 | 2,3 | 7,9 | 7,9 | 3,3 | −5,3 | −14,2 | −19,4 | −8,1 |
Orta temperatur, °C | −24,8 | −25,4 | −22,1 | −17,2 | −7,8 | 0,4 | 4,9 | 5,5 | 1,6 | −7,5 | −17,5 | −22,9 | −11,1 |
Minimum orta, °C | −28,1 | −28,8 | −25,6 | −20,6 | −10,1 | −1,2 | 2,7 | 3,7 | 0,1 | −9,8 | −20,7 | −26,2 | −13,7 |
Yağıntı norması, mm | 38 | 27 | 25 | 20 | 21 | 28 | 33 | 40 | 44 | 36 | 27 | 37 | 376 |
Mənbə: İqlim (1981-2010) |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 The Darkness of Dikson Island Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, Author unknown, russia-channel.com
Xarici keçidlər
redaktə- Yeri Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine
- Edwards, Rob (September 9, 1995). Northern exposure. Yeni Alim.
- Vilyam Barr, The Last Journey of Peter Tessem and Paul Knutsen, 1919.
- Şəkil Arxivləşdirilib 2008-10-06 at the Wayback Machine
- Artika ekspediyasiyalarında rusların rolu Arxivləşdirilib 2004-07-03 at Archive.today