Dializ Geoloji Termin - Wikipedia
Dializ_(geoloji_termin) - Haqqında Məlumat
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır.
Həmçinin bax
redaktəMənbə
redaktəGeologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.