Deyteraqonist - Wikipedia
Deyteraqonist və ya devteraqonist (q.yun. δευτεραγωνιστής – ikinci aktyor; δευτερος – «ikinci» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj.[1] Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər.
Tarix
redaktəQədim Yunanıstan dramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. Aristotel Poetika əsərində yazır:
Beləliklə, aktyor sayını birdən ikiyə artıran Esxil olmuşdu. O, xoru da azaltmışdır və dialoqu əsas hissəyə çevirmişdir.[2] |
Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir.[3]
Dramda
redaktəQədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, Sofoklun Şah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi.[4]
Ədəbiyyatda
redaktəƏdəbiyyatda, deyteraqonist adətən protaqonistin "köməkçi"i rolunu daşıyır. Mark Tvenin Heklberri Finnin macəraları əsərində protaqonist Hek, deyteraqonist isə Cimdir.[5] Bu nümunənin əksinə, deyteraqonist antaqonist ola da bilər. Bəzi hallarda, deyteraqonist köməkçi rolunu oynayır, bu isə protaqonistin gücünü artırmaq üçün istifadə olunur. Nümunə olaraq, Ser Artur Konan Doylun Şerlok Holms seriyasındakı Doktor Con Uotson savadlı və ziyalı bir centlmendir. O, özəl detektiv Şerlok Holmsun yaxın köməkçisidir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Deuteragonist". Dictionary.com. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
- ↑ Aristotel. "Poetics". Perseus Digital Library. 2006. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
- ↑ "Aeschylus and his Tragedies". TheatreHistory.com. 2001. 2001-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
- ↑ S. Terni, Ueyn. "Sophokles, Oedipus Rex". 2003. 12 May 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
- ↑ Kip Uiler, L. "Literary Terms and Definitions: D". Literary Vocabulary. 2003-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
Ədəbiyyat
redaktə- Kuddon, C. A. The Penguin Dictionary of Literary Terms and Literary Theory (3rd). New York: Penguin Books. 1991. ISBN 0140512276.