Detroit Become Human - Wikipedia
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir.
Detroit: Become Human | |
---|---|
Hazırlayanlar | Quantic Dream |
Yayımlayanlar | Sony Interactive Entertainment, Quantic Dream |
Buraxılış tarixləri | 25 may 2018, 12 dekabr 2019 |
Janrlar | Macəra |
Rejissor | Devid Keyc |
Prodüserlər | Sofi Bul |
Dizayner | Simon Vaselin |
Ssenarist |
|
Proqramçılar | Cin-Çarls Perier |
Bəstəkar | |
Texniki məlumat | |
Platformalar | |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[5], fransız dili[5], italyan dili[5], alman dili[5], ispan dili[5], ərəb dili[5], çex dili[5], Danimarka dili[5], fin dili[5], yunan dili[5], Macar dili[5], yapon dili[5], koreya dili[5], Norveç dili[5], polyak dili[5], portuqal dili[5], braziliya portuqal dili[5], isveç dili[5], türk dili[5], niderland dili[5], rus dili[5], ənənəvi Çin dili[d][5], sadələşdirilmiş Çin dili[d][5] |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı Rəsmi saytı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün müsiqi bəstələmişlər. Oyun 2018-ci ilin May ayında PlayStation 4, 2019-cu ilin Dekabr ayında isə Microsoft Windows platforması üçün buraxılmışdır.
Detroit: Become Human tənqidçilər tərəfindən ümumən çox yaxşı rəy almışdır. Təndiqçilər oyunun mühitini, vizual effektlərini, hekayəsini, əsas xarakterlərini, xarakterləri səsləndirənləri, oyundakı seçimlərin hekayəyə olan təsirini və blok-sxem özəlliyini tərifləməklə paralel hərəkət nəzarətini, tarixi və tematik alleqoriyaların yanlış idarə olunmasını və süjet və personajların aspektlərini tənqid etmişlər. Oyun, Quantic Dream şirkətinin ən uğurlu buraxılışı olmaqla yanaşı, həm də 6 milyonu keçməklə ən çox satılan oyunu olmuşdur.
Gameplay
redaktəDetroit: Become Human üçüncü şəxs baxış bucağı ilə oynanılan bir macəra oyunudur,[6][7][8] hansı ki, müəyyən edilmiş və idarə oluna bilən perspektivə tabe olur.[9] Oyunda oynanıla bilən 3 xarakter mövcuddur. Əgər xarakterlərdən biri ölərsə, hekayə onsuz davam edir.[10][11] Buna görə də oyunda hər hansı bir xarakter öldükdə "Game Over" (oyun bitdi) mesajı göstərilmir.[12] DualShock kontrollerindəki sağ analoq çubuq obyektlərlə qarşılıqlı əlaqədə olmaq və ətrafı müşahidə etmək üçün istifadə olunur, sol tərəf hərəkət üçün, R2 isə mümkün hərəkətlər üçün mühiti skan edir; hərəkət idarəetmələri və toxunma paneli də istifadə olunur. Sürətli vaxt hadisələri və dialoq qərarları vasitəsilə hekayə hansı seçimlərin edildiyindən asılı olaraq budaqlanır.
Həmçinin bax
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Esteves-Nov2017
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;McFerran-May2018
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Brotherson-May2018
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Opening
adlı istinad üçün mətn göstərilməyib - ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Steam. 2003.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;PlayStation
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;neo
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;third person
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;perspective
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;multiple
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;deviated
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;game over
adlı istinad üçün mətn göstərilməyib