Demokratiya Partiyasi Turkiye - Wikipedia
Demokratiya Partiyası (türk. Demokrasi Partisi, DEP, kürd. Partiya Demokrasiyê) — Türkiyədə kürdmeylli siyasi partiya. 7 may 1993-cü ildə təsis edilmişdir.[1]
Demokratiya Partiyası | |
---|---|
Quruluş tarixi | 7 may 1993 |
Dağılma tarixi | 16 iyun 1994 |
Tarixi
redaktəDemokratiya Partiyası 7 may 1993-cü ildə təsis edilmişdir. 27 iyun 1993-cü ildə keçirilən birinci partiya qurultayından sonra Xalq Əmək Partiyasının (XƏP) keçmiş sədri Əhməd Türk və XƏP-in əksər keçmiş millət vəkilləri partiyanın sıralarına daxil olmuşdular. Birinci partiya sədri kimi Yaşar Qaya seçilmişdir. Partiya 2 avqust 1993-cü ildən sentyabrın 1-dək davam edəcək Türkiyə–PKK münaqişəsinə yönəlmiş sülh kampaniyasına başlamaq qərarına gəlmişdir.[1] Kampaniya Türkiyə hakimiyyəti tərəfindən qadağan edilmiş, Diyarbəkir və Batmanda planlaşdırılan tədbirlər ləğv olunmuşdur. 17 sentyabr 1993-cü ildə Qaya Almaniyada ictimai tədbirdə və İraqda Kürdüstan Demokrat Partiyasının (KDP) qurultayında iştirak etdiyi üçün həbs edilmişdir. O, həmin il dekabrın 8-də azadlığa buraxılmış və Qaya Almaniyaya mühacirət etmişdir.[2] 12 dekabr 1993-cü ildə[3] Hatip Diclə yeni sədr seçilmişdir.[4] Diclə PKK-nın tanınmış tərəfdarı olmuş və onun terror təşkilatı deyil, siyasi partiya kimi mübarizə aparmasını tələb etmişdir. Partiyada PKK məsələsi ilə bağlı fikir ayrılığı yarnamış və iki fraksiya meydana çıxmışdır. Kürdlərin hüquqlarını dəstəklədiyi üçün XƏP və DEP üzvləri genişmiqyaslı təzyiqlərə məruz qalmışdır.[5]
1991–1994-cü illər arasında Demokratiya Partiyasının 50-dən çox üzvü öldürülmüşdür.[6] Nəticədə partiya 27 mart 1994-cü ildə keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərindən geri çəkilmək qərarına gəlmişdir. Partiya bu qərarı verdiyi itkilərlə əsaslandırmışdır, lakin bu qərardan əvvəl partiyanın seçkilərdə irəli sürdüyü namizədlərdən bir neçəsi həyatlarından qorxaraq namizədliyini geri çəkmişdi.[7]
2 mart 1994-cü ildə Türkiyə parlamenti DEP-dən olan iki deputatın toxunulmazlığını ləğv etmiş, Orxan Doğan və Hatip Diclə həbs olunmuşdur.[8] 2 aprel 1994-cü ildə İstanbul bazarında ölümcül hücum baş tutmuşdur. PKK bu hücumda iştirak etmədiyini bildirmişdi, lakin Türkiyə hökuməti hücuma görə PKK-n və DEP-i günahlandırmışdır. Hücuma reaksiya verən Türkiyənin Baş naziri Tansu Çillər DEP-i PKK-nın pərdəsi hesab etdiyini qeyd etmiş, Türkiyə Böyük Millət Məclisində PKK-nın varlığına son qoymağa çağırmışdır.[3] 16 iyun 1994-cü ilə qədər partiyanın altı üzvü həbs edilmiş və partiyanın fəaliyyəti qadağan olunmuşdur.[9]
2002-ci ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsi DEP-in ləğvini Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə (assosiasiya azadlığı) zidd hesab etmiş, Türkiyəni məbləğ partiya üzvləri arasında bölüşdürülsün deyə 200,000 avro cəriləmək qərarını vermişdir.[10]
İstinadlar
redaktə- ↑ 1 2 Cigerli, Sabri; Saout, Didier Le. Ocalan et le PKK: Les mutations de la question kurde en Turquie et au moyen-orient (fransız). Maisonneuve et Larose. 2005. 189. ISBN 978-2-7068-1885-1.
- ↑ Cigerli, Sabri; Saout, Didier Le (2005). p.190
- ↑ 1 2 Cigerli, Sabri; Saout, Didier Le (2005). p.191
- ↑ Watts, Nicole F. Activists in Office. University of Washington Press. 2010. 69. ISBN 9780295990491.
- ↑ Watts, Nicole F. Activists in Office: Kurdish Politics and Protest in Turkey (ingilis). University of Washington Press. 2010-11-18. 69. ISBN 978-0-295-99050-7.
- ↑ Gunes, Cengiz. The Kurdish National Movement in Turkey: From Protest to Resistance (ingilis). Routledge. 2013-01-11. 163. ISBN 9781136587986.
- ↑ Cigerli, Sabri; Saout, Didier Le (2005), p.192
- ↑ Cigerli, Sabri; Saout, Didier Le (2005). pp.192–193
- ↑ Gunes, Cengiz. The Kurdish National Movement in Turkey: From Protest to Resistance (ingilis). Routledge. 2013-01-11. 163–164. ISBN 9781136587986.
- ↑ "HUDOC - European Court of Human Rights". hudoc.echr.coe.int. 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
Əlavə ədəbiyyat
redaktə- Güney, Aylin. "The People's Democracy Party". Turkish Studies. 3 (1). 2002: 122–137. doi:10.1080/714005704. hdl:11693/48656.