Dekameron Film 1971 - Wikipedia
"Dekameron" (it. Il Decamerone) — Covanni Bokkaççonun eyniadlı əsəri əsasında 1971-ci ildə rejissor Pyer Paolo Pazolininin çəkdiyi film. Janrına görə poetik-fəlsəfi retro komediyadır.[2] Rejissorun "Həyat trilogiyası"na daxil olan birinci filmdir.[3] Həmin trilogiyaya həmçinin "Kenterberi hekayələri" (1972) və "Min bir gecənin gülü" (1974) filmləri də daxildir.
Dekameron | |
---|---|
it. Il Decamerone | |
Janr |
komediya dram |
Rejissor | Pyer Paolo Pazolini |
Prodüser | Alberto Qrimaldi |
Əsərin müəllifi | Covanni Bokkaçço |
Ssenari müəllifi | Pyer Paolo Pazolini |
Baş rollarda |
Franko Çitti Ninetto Davoli Yovan Yovanoviç Angela Lüçe Pyer Paolo Pazolini Silvana Manqano Vinçenso Kristo Qabriella Frankel Vinçenso Amato Qvido Alberti |
Operator | Tonino Delli Kolli |
Bəstəkar | Ennio Morrikone |
Rəssam | Dante Ferretti |
İstehsalçılar |
Produzioni Europee Associati Les Productions Artistes Associés Artemis Film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 29 iyun 1971[1], Qərbi Almaniya (Berlin Film Festivalı) |
Filmin növü | bədii film |
Müddət | 111 dəqiqə |
Ölkələr |
İtaliya Fransa Almaniya |
Dillər |
italyan dili ispan dili |
İl | 1971 |
Rəng | rəngli |
Çəkiliş yeri | Sentr |
IMDb | ID0065622 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəFilm bir-birilə heç bir bağlılığı olmayan yeddi novelladan ibarətdir. Filmdə parlaq, istehzalı və komik əhvalatlarla dərin səmimiyyət doğuran, fəlsəfi-lirik epizodlar birləşir. Birinci misala tacir Andreuçço və monastırdakı bağban haqqında əhvalatı, ikinciyə isə zadəgan qadınla nökərin sevgisi və ölən adamın öz dostunun yanına gəlməsini aid etmək olar. Burada Bokaççonun əsərinin uğurlu təqdimatı ilə yanaşı, orta əsrlər İtaliyasının məişəti və adətlərini də görmək mümkündür.
Filmdəki kəndli, sənətkar və rahibə obrazları olduqca koloritli və realdır. Rejissor Pyer Paolo Pazolini özü burada təxəyyül məhsulu olan, kilsədə işləməyə gəlmiş rəssam Cotto rolunu ifa edir. Ədəbi nümunədə belə bir qəhrəman olmasa da, əsərdə onun yaradıcılığı haqqında məlumat verilir.
Pazolininin "Dekameron"u elə Bokaççonun "Dekameron"u kimidir. Bu əsər insanpərvərlik himni, insanın tərənnümü və onun həyatının incə, hərtərəfli təsviri deməkdir.
Filmdə istifadə olunmuş novellaların siyahısı:[4]
- Birinci gün; Birinci novella
- İkinci gün; Beşinci novella
- Üçüncü gün; Birinci novella
- Dördüncü gün; Beşinci novella
- Beşinci gün; Dördüncü novella
- Altıncı gün; Beşinci novella
- Yeddinci gün; İkinci novella
- Yeddinci gün; Onuncu novella
- Doqquzuncu gün; Onuncu novella
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Covanni Bokkaçço
- Ssenari müəllifi: Pyer Paolo Pazolini
- Rejissor: Pyer Paolo Pazolini
- Operator: Tonino Delli Kolli
- Rəssam: Dante Ferretti
- Bəstəkar: Ennio Morrikone
- Geyim rəssamı: Danilo Donati
- Prodüser: Alberto Qrimaldi
Rollarda
redaktə- Franko Çitti — Çappelletto
- Ninetto Davoli — Andruçço
- Yovan Yovanoviç — Rustiko
- Angela Lüçe — Peronella
- Pyer Paolo Pazolini — Cotto
- Silvana Manqano — Madonna
- Vinçenso Kristo
- Qabriella Frankel
- Vinçenso Amato
- Qvido Alberti
Mükafatlar
redaktəFilm Berlin Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.[5]
İstinadlar
redaktə- ↑ Kinolexx. "Декамерон (1971) Описание, новости, обзоры, трейлеры" (rus). Kinolexx.ru. 20.11.2013. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
- ↑ KinoVoid. "«Декамерон», Режиссёр Пьер Паоло Пазолини" (rus). Kinovoid.com. 28.05.2016. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
- ↑ Алена Сычева. "Трилогия жизни Пьера Паоло Пазолини" (rus). Re-Movie. 03.03.2016. 2018-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
- ↑ Kinoproektor. "Кинопроектор: о хорошем кино" (rus). Kinoproektor.wordpress.com. 05.03.2012. İstifadə tarixi: 2018-07-04.[ölü keçid]
- ↑ KinoPoisk. "Награды и премии: Берлинский кинофестиваль 1971 — КиноПоиск" (rus). Kinopoisk.ru. 16.06.2017. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
Xarici keçidlər
redaktə- The Decameron — Internet Movie Database saytında
- Decameron, The TCM Movie Database saytında
- Il Decameron Rotten Tomatoes saytında (ing.)
- The Decameron AllMovie saytında