Daxma - Wikipedia
Daxma - Haqqında Məlumat
Bu məqalə yaşayış yeri haqqındadır. Tibbi vəziyyət üçün baxın: Koma.
Daxma və ya koma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir.
Tərtibatı
redaktəBirgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu.
Yaşayış
redaktəBu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər.
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh. 344