Daxili Qulaq - Wikipedia
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır. Bundan aşağı və dala ilbiz pəncərəsi - lat. fenestra cochleae (fenistra rotunda-BNA) yerləşmişdirki bu da ilbiz başlanğıcına açılır və özü də ikinci qulaq pərdəsi - lat. membrana tympani secundaria deyilən zar ilə örtülmüşdür. Həmin hündürlüyün yuxarısında dəhliz pəncərəsi (oval pəncərə) - lat. fenestra vestibuli (fenestra ovalis-BNA) yerləşmişdir; bu pəncərə dəhliz labirintinə açılır və qulaq sümükcüklərindən üzəngi əsası ilə tutulmuşdur. Dəhliz pəncərəsindən yuxarı və bir qədər dala üz siniri kanalının divarı tərəfindən əmələ gəlmiş hündürlük - lat. prominentia canalis fascialis yerləşmişdir.
Daxili qulaq | |
---|---|
Latınca | auris interna et labyrinthus osseus |
Qrey | subyekt 232 1047 |
Sistem | Duyğu-hissiyyat |
Üzv | Müvazinət-eşitmə |
Arteriya | lat. arteria labyrinthi, arteria auditiva interna |
MeSH | Inner+ear |
Vikianbarda əlaqəli mediafayllar |
Sümük labirint
redaktəSümük labirint (lat. labyrinthus osseus) bir-birilə birləşmiş bir neçə boşluqdan ibarətdir; divarları sərt sümük maddədən təşkil olmuşdur. Sümük labirint üç hissədən ibarətdir: dəhliz-lat. vestibulum, ilbiz-lat. cochlea və üç ədəd yarımdairəvi sümük kanallar-lat. canales semicirculares ossei Dəhliz labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir.
Zarlı labirint
redaktəZarlı labirint (lat. labyrinthus membranacesus) sümük labirintin daxilində yerləşərək, forma cəhətcə ona müvafiqdir. Burada üç yarımdairəvi axacaq, mərkəzi hissə (dəhlizə müvafiq hissə) və ilbiz axacağı ayırd edilir. Zarlı labirintin divarları yarımşəffaf birləşdirici toxuma zarından təşkil olunmuşdur və boşluğu endolimfa-lat. endolympha deyilən şəffaf maye (limfa) ilə doludur. Zarlı labirint sümük labirintdən kiçik olduğu üçün perilimfa sahəsi-lat. spatium perilymphaticum qalıe; bu da perilimfa-lat. perilympha adlanan maye ilə doludur. Perilimfa sahəsinin divarları yastı epitel ilə örtülüdür. Zarlı labirintin mərkəzi iki hissəyə bölünür: bir qədər böyük ellipsəbənzər kisəcik-lat. utriculus və bir qədər kişik kürəvi kisəcik-lat. sacculus.
Mənbələr
redaktə- İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999, (az.)