Daxili Qosunlarin Herbi Institutu - Wikipedia
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmış, zabit və mütəxəssis kadrları hazırlayan ali hərbi məktəbi.[1]
Daxili Qoşunların Hərbi İnstitutu | |
---|---|
Əsası qoyulub | 1994 |
Tip | Jandarmeriya |
Rektor | Elçin Məmmədov |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Xəzər rayonu, Qala qəsəbəsi |
Sayt | dq.mia.gov.az/?/az/menu/… |
Strukturu
redaktəTarixi
redaktəDaxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmışdır.
Azərbaycan və Türkiyə dövləti 31.10.1997-ci ildə Türkiyə Jandarm təşkilatı tərəfindən DQBİ-nin şəxsi heyətinə Təlim-tədris və Arxa cəbhə üzrə göstəriləcək yardıma dair imzalanmış Protokolun tələblərinə uyğun olaraq, Daxili Qoşunlarda müasir tələblərə cavab verən Tədris müəssisəsinin yaradılmasına start verilmişdir.[1]
05 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə Tədris Mərkəzi kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılmışdır.
04 iyul 2008-ci ildə Azərbaycan Respublikası Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunmuşdur.
Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta Ixtisas Hərbi məktəbinin bazasında yaradılmışdı.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.[1]
22 may 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılıb.[2]
11 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.[3]
Qəbul
redaktəDaxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.
Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – 6 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılılıb-endirilməsi – 18 dəfə, gövdənin döşəmədən qaldırılılıb-endirilməsi – 18 dəfə).[1]
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.
Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə imtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.[1]
Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara "İctimai təhlükəsizlik və idarəetmə" ixtisası və "Leytenant" hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2020-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "http://m.dq.mia.gov.az" (az.). http://m.dq.mia.gov.az. Archived from the original on 2022-07-05.
- ↑ "Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib". Apa.az (az.). 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
- ↑ "E.Ə.Məmmədovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "ALİ HƏRBİ MƏKTƏBİN STRUKTURU" (az.). http://m.dq.mia.gov.az. 05.01.2023 tarixində arxivləşdirilib.
- "Daxili Qoşunların Ali Hərbi Məktəbində oxumaq istəyənlərin nəzərinə" (az.). https://news.milli.az. 05.01.2023 tarixində arxivləşdirilib.