David Qareci Lavrasi - Wikipedia
David Qareci lavrası (gürc. დავითის ლავრა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında Müqəddəs David Qarecinin rəhbərliyi ilə inşa edilmişdir.
David Qareci lavrası | |
---|---|
gürc. დავითის ლავრა | |
41°17′55″ şm. e. 45°42′17″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Saqareco |
Yerləşir | Kaxeti |
Aidiyyatı | Gürcü Ortodoks Kilsəsi |
Sifarişçi | David Qareci |
Tikilmə tarixi | VI əsr |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Memarlıq xüsusiyyətləri
redaktəKompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur.
Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir.
Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır. Əfsanəyə əsasən bu mağara "Davidin göz yaşı" adlandırılır.
Həvari İohann kilsəsi
redaktəKompleksin ən böyük və mühüm tikilisi Həvari İohann kilsəsidir. Kompleksin özəyini təşkil edən bu kilsə XII əsrdə əsasən qırmızı tufdan istifadə edilməklə tikilmişdir.
Kilsənin XVII əsrdə bərpa edilmiş şimal divarını David Qarecinin həyatının müxtəlif dövrlərini təsvir edən divar rəsmləri bəzəyir.
-
Kilsənin əsas girişi
-
Kompleksin aşağı hissəsindən kilsənin görünüşü
Monastır rəhbərləri
redaktə- VI əsr - David Qareci
- 1881 - arximandrit Qriqori Dadiani[1]
İstinadlar
redaktə- ↑ მ. საბინინი, „საქართველოსსა მოთხე“, 1882, გვ. 637
Ədəbiyyat
redaktə- Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948. (rus.)