Darunnedve - Wikipedia
Darunnədvə - Haqqında Məlumat
Darunnədvə (ərəbcə: دار الندوة , Azərbaycanca: əsilzadələr məclisi) Qureyş qəbiləsinin vacib məsələləri müzakirə edib, qərar qəbul etdikləri toplantı məkanının adıdır.
Təqribən 440-cı ildə Qusay Kəbənin şimalında, təvafə başlanılan yerin arxa tərəfinə Darunnədvə adlanan toplantı yerini inşa etdirdi və qapısını da Kəbəyə doğru açdırdı.
Darunnədvədə yetkinliyə giriş ayini, müharibə etmək və sülh bağlamaq, evlilik mərasimi kimi mühüm mərasim və toplantılar keçirilirdi. Bundan əvvəl isə bütün bu mərasim və toplantılar Qusayın edində keçrilərdi.[1]
İstinadlar:
redaktə- ↑ İbni, Hişam. "Sirət", cild I, (ərəbcə). 132.