Daban Sumuyu - Wikipedia
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat. sulcus tendinis musculi flexoris hallucis longi (sulcus musculi flexoris hallucis longi — BNA) vardır. Arxa oynaq aşıq səthi — lat. facies articularis talaris posterior (facies articularis posterior — BNA) ən böyüyü olub iki əvvəlincidən daban şırımı — lat. sulcus calcanei vasitəsilə ayrılır. Bu şırım aşıq sümüyündə olan lat. sulcus tali ilə bir cib — lat. sinus tarsi əmələ gətirir. Daban sümüyünün qabarı — lat. tuber calcanei iki hissəyə bölünür: bayır və içəri çıxıntı — lat. processus lateralis et medialis tuberis calcanei. Daban sümüyünün önündə olan oynaq səth — lat. facies articularis cuboidea kubabənzər sümük ilə calanır və arxasındakı qabar aşıq vətərinin bağlanmasına məxsusdur. Daban sümüyünün bayır səthində blokabənzər çıxıntı — lat. trochlea peronealis s. fibularis (processus trochlearis — BNA) vardır; bu çıxıntının ön və arxasında qısa və uzun incik əzələləri vətərlərinə məxsus şırımlar keçir.
Daban sümüyü | |
---|---|
| |
MeSH | Calcaneus |
Vikianbarda əlaqəli mediafayllar |