Daslar Danisanda Film 1976 - Wikipedia
Daşlar_danışanda_(film,_1976) - Haqqında Məlumat
Daşlar danışanda | |
---|---|
Rejissor | Nicat Bəkirzadə |
Ssenari müəllifi | Anar |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Aydın Əzimzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1976 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1976 |
Texniki məlumatlar |
2 hissə 545 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəBu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Nicat Bəkirzadə
- Ssenari müəllifi: Anar
- Operator: Zaur Məhərrəmov
- Bəstəkar: Aydın Əzimzadə
- Elmi məsləhətçi: Rasim Əfəndiyev (sənətşünaslıq doktoru)
- Səs operatoru: Şamil Kərimov