Dagliq Qarabag Respublikasinin Musteqilliyi Haqqinda Referendum - Wikipedia
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir:
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Siz razısınızmı ki, elan edilmiş Dağlıq Qarabağ Respublikası müstəqil dövlət olmalıdır, müstəqil olaraq digər dövlətlər və icmalar ilə əməkdaşlıq formalarını müəyyən etməlidir? | ||||||||||||||||||||||
Yer | DMQV və Şaumyan rayonu | |||||||||||||||||||||
Tarix | 10 dekabr 1991 | |||||||||||||||||||||
|
Siz razısınızmı ki, elan edilmiş Dağlıq Qarabağ Respublikası müstəqil dövlət olmalıdır, müstəqil olaraq digər dövlətlər və icmalar ilə əməkdaşlıq formalarını müəyyən etməlidir?[a] |
Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir.[1][2] Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər.[3] Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı.
Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır.
Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "ДА" və "НЕТ" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi.
Qeydlər
redaktə- ↑ Orijinalı belədir:
Համաձա՞յն եք Դուք, որպեսզի հռչակված Լեռնային Ղարաբաղի Հանրապետությունը լինի անկախ պետություն, ինքնուրույն որոշելով համագործակցության ձևը ուրիշ պետությունների և ընկերակցությունների հետ?
İstinadlar
redaktə- ↑ Арутюнян А. Г., Петикян С. Г.. Роль референдума о независимости Республики Арцах (Нагорно-Карабахской Республики) в деле построения государственности // Кавказ в геополитических интересах региональных и мировых держав (сборник научных статей). Ростов-на-Дону – Степанакерт: ДГТУ-Принт. 2018. 52–67. ISBN 9785604150719.
- ↑ "Акт о результатах референдума о независимости Нагорно-Карабахской республики". Наша среда. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
- ↑ Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine Демоскоп