Dag Bilici - Wikipedia
Dağ Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Dağ Bilici kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Dağ Bilici | |
---|---|
41°12′42″ şm. e. 48°50′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 567 m |
Saat qurşağı | |
Toponimikası
redaktəOykonimin birinci komponenti (dağ) onu digər eyniadlı oykonimdən (Düz Bilici) fərqləndirməyə xidmət edir, ikinci komponent isə kəngərlilərin bilici tayfasının adını əks etdirir, "dağlıq ərazidə olan Bilici kəndi" deməkdir.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd dağlıq ərazidə yerləşir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.[3]
Əhalisi
redaktəKəndin əhalisi 696 nəfər təşkil edir. Əhalisi tamamilə tatlardan ibarətdir. Əsas ünsiyyət vasitəsi tat dilidir. Bu kənd tat adət-ənənəsini yaşadan nadir kəndlərdəndir.
Mədəniyyəti
redaktəDağ Bilici kəndində tat xalqının mədəniyyətini yaşatmaq və təbliğ etmək məqsədilə Xınayaxdı folklor ansamblı fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
- ↑ Dağ Bilici // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir". president.az. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.06.2014. (az.)
Həmçinin bax
redaktə Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |