Deymedagli Qax - Wikipedia
Dəymədağlı — Azərbaycan Respublikasının Qax rayonunda kənd.
Dəymədağlı | |
---|---|
41°20′10″ şm. e. 46°45′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəOykonim dəymədağlı tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlı (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və dağ komponentlərinin birləşməsi kimi qəbul edirlər.[1]
Coğrafiyası və iqlimi
redaktəKənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin ərazisindən Muxaxçay və çoxlu sayda suvarma arxları keçir. Torpaqları əkinçilik üçün yararlı, ərazisi maldarlıq üçün əlverişlidir.
Əhalisi
redaktə1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 178 təsərrüfatda hər iki cinsdən toplam 781 nəfər əhali yaşayır.[2]
İstinadlar
redaktə- ↑ Dəymədağlı (Qax) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Həmçinin bax
redaktə Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |