Deyanet Isleri Uzre Rehberlik Turkiye - Wikipedia
Dəyanət_işləri_üzrə_rəhbərlik_(Türkiyə) - Haqqında Məlumat
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi.[1]
Dəyanət işleri üzrə rəhbərlik | |
---|---|
| |
(DİB) | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Türkiyə |
Yaradılma tarixi | 3 mart 1924 |
Əvvəlki qurum | Şəriət və Vəqflər Nazirliyi |
Tabelik | Türkiyə prezidentinə |
Baş qərargah | |
Ünvan | Üniversiteler Mahallesi, Dumlupınar Bulvarı No:147/A 06800 Çankaya / Ankara |
Rəhbərlik | |
Əli Erbaş | |
|
|
Rəsmi saytı | www.diyanet.gov.tr |
Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: [2]
"Ümumi idarəyə daxil olan Dəyanət işleri üzrə rəhbərlik, dünyəvilik prinsipinə uyğun olaraq, bütün siyasi baxış və fikirlərdən kənarda qalmaqla milli həmrəylik və inteqrasiya məqsədi ilə xüsusi qanunda göstərilən vəzifələri yerinə yetirir" |
2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir. [3]
Təşkilat sturukturu
redaktəDaimi formullar
redaktə- Din İşləri üzrə Ali Komitəsi;
- Quranın araşdırılması və Qiraət Şurası
Xidmət bölmələri
redaktə- Dəyanət Xidmətləri üzrə ümumi müdirlik;
- Təhsil Xidmətləri üzrə ümumi müdirlik;
- Həcc və Ümrə Xidmətləri üzrə ümumi müdirlik;
- Dini Nəşrlər üzrə ümumi müdirlik;
- Xarici Əlaqələr üzrə ümumi müdirlik;
- İnsan Resursları üzrə ümumi müdirlik;
- İdarəetmə Xidmətləri üzrə ümumi müdirlik;
- Rəhbərlik və Araşdırma şöbəsi;
- Strateji İnkişaf üzrə müdirlik;
- Hüquq məsləhətçisi;
- Xüsusi katiblik;
- Mətbuat və İctimaiyyətlə Əlaqələr məsləhətçiliyi şöbəsi
Qurumun rəhbərləri
redaktə# | Ad | Başlama tarixi | Çıxma tarixi |
---|---|---|---|
1 | Mehmet Rüfət Börəkçi | 1 aprel 1924 | 5 mart 1941[4] |
2 | Mehmet Şərafeddin Yaltkaya | 14 yanvar 1942 | 23 aprel 1947 |
3 | Əhməd Hamdi Akseki | 29 aprel 1947 | 9 yanvar 1951[5] |
4 | Eyyub Səbri Hayırlıoğlu | 17 aprel 1951 | 10 iyun 1960 |
5 | Ömər Nəsuhi Bilmən | 30 iyun 1960 | 6 aprel 1961 |
6 | Həsən Hüsnü Ərdəm | 6 aprel 1961 | 13 oktyabr 1964 |
7 | Mehmet Tevfik Gerçeker | 15 oktyabr 1964 | 16 dekabr 1965 |
8 | İbrahim Bədrəddin Almalılı | 17 dekabr 1965 | 25 oktyabr 1966 |
9 | Əlirza Haqsəs | 25 oktyabr 1966 | 25 yanvar 1966 |
10 | Lütfi Doğan | 15 yanvar 1968 | 25 avqust 1972 |
11 | Lütfi Doğan | 26 avqust 1972 | 26 iyul 1976 |
12 | Süleyman Atəş | 28 iyul 1976 | 7 fevral 1978 |
13 | Təyyar Altıkulac | 9 fevral 1978 | 10 noyabr 1986 |
14 | Mustafa Səid Yazıçıoğlu | 17 iyun 1987 | 2 yanvar 1992 |
15 | Mehmet Nuri Yılmaz | 3 yanvar 1992 | 13 mart 2003 |
16 | Əli Bardakoğlu | 28 mart 2003 | 11 noyabr 2010 |
17 | Mehmet Görməz | 11 noyabr 2010 | 31 iyul 2017 |
- | Əkrəm Keleş | 31 iyul 2017 | 15 sentyabr 2017 |
18 | Əli Erbaş | 16 sentyabr 2017[6] | hal-hazıradək |
İstinadlar
redaktə- ↑ "Kuruluş ve Tarihi Gelişim". 3 Nov 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
- ↑ "Diyanet İşleri Başkanlığı Kuruluş ve Görevleri hakkında kanun". 4 Oct 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
- ↑ "2020 YILI MERKEZİ YÖNETİM BÜTÇE KANUN TEKLİFİ VE BAĞLI CETVELLER" (PDF). 1 Nov 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
- ↑ "Börekçi, Rifat". 17 Jul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
- ↑ "Ahmet Hamdi Akseki". 2 Oct 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
- ↑ "Diyanet İşleri Başkanı Ali Erbaş oldu! Ali Erbaş kimdir". 17 Sep 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
Xarici keçidlər
redaktə- Dəyanət işləri üzrə rəhbərlik — Facebook səhifəsi
- Dəyanət işləri üzrə rəhbərlik — Twitter səhifəsi
- Video — YouTube platformasında
- Teleqram'da [1]