Destcan - Wikipedia
Dəstcan (fars. دستجان; azərb. Dəsgan) — İranda, Mərkəzi ostanında, Fərahan şəhristanının Mərkəz bəxşinin Fərməhin dehestanında kənd.[3] Ərak şəhərindən 70 km, Fərməhin şəhərindən isə 25 km şimal–qərbdə, dəniz səviyyəsindən təqribən 1860–1870[K 2] metr hündürlükdə yerləşir. Adı tarixi məxəzlərdə ilk dəfə X əsrdə, "Dəsgan" kimi qeyd edilmişdir.[K 3] Sakinləri indi də kəndi bu adla adlandırırlar.[5]
Kənd | |
Dəstcan | |
---|---|
fars. دستجان | |
34°35′12″ şm. e. 49°30′07″ ş. u.HGYO | |
Ölkə | İran |
Ostan | [[Mərkəzi]] |
Şəhristan | [[Fərahan şəhristanı]] |
Bəxş | [[Mərkəz bəxşi]] |
Bəxş | [[Mərkəz bəxşi]] |
Tarixi və coğrafiyası | |
İlk məlumat | X əsr |
Əvvəlki adları | Dəsgan, Dostkənd |
Mərkəzin hündürlüyü | 1 863.7[K 1] |
Saat qurşağı | UTC+3.30 , yayda UTC+4.3 |
Əhalisi | |
Əhalisi | 1 240[3] nəfər (2011) |
Milli tərkibi | Azərbaycanlılar |
Etnoxronim | Dəsganlılar |
Rəsmi dili | Fars dili |
İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران Fərhəng-i cuğrafiya-yi İran)[6][7] verilən rəsmi məlumata əsasən Birinci ostanda, Ərak şəhristanının Fərməhin bəxşinin Yuxarı Fərahan dehestanına daxil olan Dəstcan kəndinin türkcə – farsca danışan və şiə olan əhalisi 607 nəfərdən ibarət idi.[8] 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 377 ailədə 664 nəfəri kişilər və 576 nəfəri qadınlar olmaqla cəmi 1.240 nəfərdir.[3] Kəndin əhalisini türklər təşkil edir ki, onlardan əsas nəsillər Fərəcli, Əkbərli, Əsgərli, Mirzəxanlı, Cavadlı, Minaxanlı, Çırağəli, Hacıabbaslı soylarıdır.[5] Türkcə danışırlar və şiə müsəlmandırlar.[9]
Şərhlər
redaktə- ↑ Yaşayış məntəqəsinin mərkəzinin kordinatlarına (34.586809°00′ şm. e. 49.502166°00′ ş. u.) əsasən hesablanılıb. Digər məlumatlara görə isə 1864[1] metr və ya 1844[2] metrdir.
- ↑ Yaşayış məntəqəsinin bütün ərazisinin kordinatlarına əsasən hesablanılıb.
- ↑ Sahib ibn İbadın yaşadığı dövrdə (hicri təqvimlə d. 326 – ö. 385; miladi təqvimlə d. 937/938 – ö. 995/996) Həsən ibn Məhəmməd ibn Həsən Qumminin ərəb dilində yazdığı "Tarix–i Qum"[fars.] əsəri İbrahim ibn Mahmud ibn Məhəmməd ibn Əli Səfinin istəyi ilə hicri təqvimlə 805–806–cı (miladi təqvimlə 1402/1403–1403/1404–cü) illərdə Həsən ibn Əli ibn Həsən ibn Əbülməlik Qumi tərəfindən fars dilinə tərcümə edildi. Əsərin ərəbcə əlyazma nüsxələri müasir dövrə gəlib çatmamışdır. Qeyd edilən farsca tərcümənin əlyazması 1926–cı ildə Cəlal əd–Din Tehrani[fars.] tərəfindən nəşr etdirilmişdir. Həmin kitabın 119–cu səhifəsində yazılıb:[4]
متن موجود تاریخ قم را نخستین بار جلال الدین طهرانی از روی نسخة تحریرشده در ۱۰۰۱ق، در ۱۳۱۳ش در تهران منتشر کرد.
İstinadlar
redaktə- ↑ "Dastjān" (ingilis). GeoNames. 2015-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
- ↑ "Dastjan, Iran Page" (ingilis). Fallingrain Global Gazetteer. 2015-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- ↑ 1 2 3 Statistical Centre of Iran. "Results of the National Housing and Population Census 2011: Markazi Province" (fars). Princeton University. 2015-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- ↑ "مرداد ۱۳۰۵ (۱۹۲۶ میلادی) — تاریخ قم". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- ↑ 1 2 "روستاهای ایران - دستجان - فراهان - مركزي" (fars). www.iranvillage.ir. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
- ↑ "Farhang-i jughrāfiyāʼī-i Irān : ābādīhā". 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
- ↑ "Farhang-i ǧuġrāfiyāʼī-i Īrān". 2015-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
- ↑ فرهنگ جغرافیایی ملی ترکان ایران زمین. جلد ۱. نویسنده: ژنرال دکتر محمود پناهیان تبریزی. عراق, شهر و ناشر نامشخص است, مرداد ۱۳۵۱ (۱۹۷۲ میلادی), صفحه ۲۶۷.
- ↑ "ناحیه کمیجان" (fars). شرکت گاز استان مرکزی. 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.