Derya Hudayi - Wikipedia
Dərya Hüdayı (fars. دريا هدائى, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur. Dərya Hüdayı Azərbaycan dilini və mədəniyyətini dünyaya daha geniş tanıtmağı öz gələcək fəaliyyətinin əsas istiqaməti kimi müətyənləşdirib.[1][2][3][4][5][6][7][8] [1]
Dərya Hüdayı | |
---|---|
دريا هدائى | |
| |
Doğum tarixi | 21 sentyabr 1989 (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Amerikalı |
Milliyyəti | Amerikalı-İranlı |
Təhsili | Əczaçılıq həkimi |
Fəaliyyəti | Uşaq kitabı yazar və dil/kultur aktivist. Əczaçı |
Əsərlərinin dili | Azərbaycan Türkcəsi, İngiliscə |
İlk əsəri | Azərbaycan Türkcəsinin əlifbası və sayıları |
Tanınmış əsəri | Cırtdanın Hallovini |
daryahodaei.com |
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine
- ↑ Amerikanın Səsi ; "Jirtdan's Halloween çoxmədəniyyətli uşaqların nağılıdır" Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
- ↑ Amerikanın Səsi; Dərya Hüdayi: İrandan çıxandan sonra gördüm ki, ana dilinə dəyər verirlər Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
- ↑ Iran Wire; ‘Hold tight to your roots’: The Right to Learn in Mother Tongues Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
- ↑ The CaspianPost; Freedom in Florida – How an Azerbaijani-Turk from Iran Found New Ways to Give Voice to Her Native Language Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
- ↑ Coral Springs Talk; Children’s Book Author in Coral Springs Publishes Best-Selling Halloween Tale Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
- ↑ Opera News; Children’s Book Author in Coral Springs Publishes Best-Selling Halloween Tale Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine
- ↑ Iran Wire; کودکان ایرانی در خارج و زبان مادری غیرفارسی Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine