Derbendiler - Wikipedia
Şah sülalələri
Knyaz sülalələri
Xan sülalələri
|
Dərbəndilər — Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.[1]
Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.
Nümayəndələri
redaktəRəsm/Pul | Adı | Hakimiyyət dövrü | Əvvəlki şahlarla əlaqəsi |
---|---|---|---|
I İbrahim | 1382 - 15 sentyabr 1417 | Sultan Məhəmməd Dərbəndinin oğlu | |
I Xəlilullah | 1417 - 1465 | I İbrahimin oğlu | |
I Fərrux Yasar | 1465 - 1500 | I Xəlilullahın oğlu | |
Bəhram bəy | 1500 - 1501 | I Fərrux Yasarın oğlu | |
Qazi bəy | 1501 | I Fərrux Yasarın oğlu | |
Sultan Mahmud | 1501 - 1502 | Qazi bəyin oğlu | |
II İbrahim | 1502 - 1524 | I Fərrux Yasarın oğlu | |
II Xəlilullah | 1524 - 1535 | II İbrahimin oğlu | |
II Fərrux Yasar | 1527 - 1535 | II İbrahimin oğlu | |
Şahruh | 1535 - 1539 | II Fərrux Yasarın oğlu | |
| |||
Burhan Əli | 1548 - 1549 | II Xəlilullahın oğlu[2]yaxud | |
Mehrab | 1550 | Əlaqəsi bilinmir | |
Qurban Əli | 1550 | Əlaqəsi bilinmir | |
Qasım Mirzə | 1554 | Əlaqəsi bilinmir | |
Kavus Mirzə | 1577 - 1578 | Bürhan Əlinin bacısı oğlu | |
Əbubəkr Mirzə | 1578 - 1583 | Bürhan Əlinin oğlu |
İstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası. Məqalə: Dərbəndilər
- ↑ Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 134
- ↑ Abbasqulu ağa Bakıxanov, Gülüstani İrəm, səh. 43