Deniz Xalqlari - Wikipedia
Dəniz xalqı (nȝ ḫȝt.w n pȝ ym) Heroqliflərdə | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
|
Dəniz xalqı — Tunc dövrünün sonunda, e.ə. XIII əsrdə Şərqi Anadolu bölgəsi bölgəsi, Suriya, Fələstin, Kipr və Misiri işğal edən, Aralıq dənizində yaranmış xalqlardır. Misir ərazisinə 2 dəfə hücum etmişdilər. Birinci hücumları nisbətən uğurlu olsa da, ikinci hücumunda Misir fironu III Ramzes onları məğlub etmişdir. Bu məğlubiyyətdən sonra onlar Aralıq dənizinə köç etmişlər. Dəniz xalqı tərəfindən Het dövləti süquta uğradılmışdır. Dəniz xalqı təxminən e.ə. 1450 və e.ə. 1150-ci illər arasında mövcud olmuşdu.
Kontekst
redaktəXX əsrdə "Dəniz xalqı"nın vətənini Dorilər tərəfindən süqut edən "Mikeniya sivilizasiyası"nı hesab edirdilər:
"Beləliklə, XIII və XI əsrlər arasına Mikeniya sivilizasiyası ağır məğlubiyyətə uğradıldı, hansı ki, bu məğlubiyyətdən sonra bir daha qüdrətini bərpa edə bilmədi".
Müasir tədqiqatçılar isə onların miqrasiyasını Troya müharibəsi[1][2][3][4][5][6][7][8] nəticəsində təsir göstərdiyini bildirirlər.Tarixdə bu köç, adətən, "Dəniz xalqının köçü" , "Dəniz Budunlarının köçü", "Dəniz Qövmləri Köçü", "Egey Köçləri", "Egey Xalqları – Budunları, Qövmləri – Köçü" və ya yalnız "Qövmlər Köçü" adlandırılır.
İlk dəfə "Dəniz xalqı" termini fransız tarixçisi Qaston Maspero tərəfindən 1881-ci ildə işlədilmişdir. Misir mənbələrində isə bu xalqların adalardan və ya dənizin ortasından gəldiyi göstərilir. Bu mənbələrdə Dəniz xalqının hər bir xalqı adlarda göstərilmişdir. Dəniz xalqı haqqında məlumatlar Misir mənbələrindən, Hettlərin axtarışından və arxeoloji qazıntıların tapılmışdır.
Mikeniya sivilizasiyası və Dəniz xalqı
redaktəMiken (Mykēnai) mədəniyyəti tunc silahlı Hind–Avropa köçəri birliklərindən Axeylərin, təxminən e.ə.1900-cü illdə Yunanıstanı zəbt edərək, yerli neolit cütçülər üzərində feodal-əsgəri bir suverenlik qurmasıyla başlayan bir mədəniyyətdir. Onlara "Axey Yunanlar" da deyirlər. Müxtəlif zamanlarda Yunanıstan yarımadasının bütün hakimiyyətini ələ keçərən Miken sivilizasiyasının ən parlaq dövrü e.ə. 1400-cü illərlə e.ə. 1100-cü illər arasında olmuşdur. Bu dövrdən başlayaraq Mikeniya kralları Krit adasındakı Minos sivilizasiyasını, həmçinin, bütün Şərqi Aralıq dənizindəki Minos ticarətini də idarə altına almışlar.
Miken sivilizasiyasının yazısı Miken yazısı və ya Miken yunancası kimi bilinir. Homerin İliada əsərində mövzu edilən Troya müharibəsi əsnasında Miken döyüşçüləri Qərbi Anadolu bölgəsi ərazisində məskunlaşmalarına axınlar təşkil etmişlər. Bunun nəticəsində bütün Qərbi Anadoluda məskunlaşmaları Troyaya birlik göndərərək dəstək olmuşlar. Miken sivlizasiyasının siyasi varlığı, təxminən e.ə. 1100-cü ildə Makedoniyadan gələn dəmir silahlı Dorilərin axınlarıyla sona çatmışdır.
Müasir tədqiqatçılara görə, "Dəniz xalqı"nın vətəni məhz Mikeniya sivilizasiyasıdır. Onların axınları Troya müharibəsindən sonra başlamışdır.Sonra Təxminən e.ə. 1100-cü ildə Mikeniya sivilizasiyasının Dorilər tərəfindən süqut etməsindən sonra "Dəniz xalqı" dənizn ortasında və adalarda məskunlaşaraq "Dəniz xalqı" adı altında tayfa birliyi yaratmışlar. Onlar 9 tayfadan ibarət idilər.
Uqarit dövlətinə hücumlar
redaktəSuriyanın qədim dövlətləindən biri olan Uqarit dövləti Aralıq dənizi ətrafında, Ras-Şamra təpəsində ətrafında yaranmışdı. Təxminən e.ə. 6000-ci ildə burada ilk şəhərlər meydana gəlir. Onların təxminən 200-ə yaxın allah və ilahələri var idi. Uqarit dövləti e.ə. XIV əsrdə Hett dövlətinin tərkibinə qatılır. Hett dövləti "Dəniz xalqı" tərəfindən hücuma məruz qaldıqda Hettlər Uqarit dövlətinin ordusundan da istifadə edirdilər. E.ə. XIII əsrin sonlarından başlayaraq "Dəniz xalqı"nın Uqarit dövlətinə hücumları başlayır. E.ə.1192-cü ildə "Dəniz xalqı" Uqarit dövlətini məğlub edir. Bu məğlubiyyətdən sonra Uqarit dövləti süqut edir. "Dəniz xalqı" demək olar ki, bütün yaşayış evlərini dağıdır. Uqarit dövlətinin "Dəniz xalqı" tərəfindən dağılmasından sonra ondan yalnız 20 metr 25 hektar sahə qalıqları qalmışdır.
Misirə hücumlar
redaktəE.ə.1243-cü ildən başlayaraq "Dəniz xalqı"nın Misirə hücumları başlayır. E.ə. 1219-cu ildə "Dəniz xalqı" Nil çayının deltasına hücum edirlər. Lakin hücum uğursuz olur. "Dəniz xalqı" ilə Misir arasında baş verən 6 saatlıq döyüşdə Dəniz xalqının qoşunu məğlub olur. Geri çəkildikdən sonra "Dəniz xalqı" Finikiyaya hücum edirlər. Onların ikinci hücumları da uğursuz olur. "Dəniz xalqı" yenidən geri çəkilməyə məcbur olurlar. Lakin buna baxmayaraq "Dəniz xalqı" Misirə ağır zərbə vurur. Misir xalqı əvvəlkinə nisbətən ağır böhran həyatı sürür. Misir fironu Merneptaxın Karnak əlyazmasında yazılırdı:
" Dəniz xalqı" bir sıra dövlətləri zəbt etdilər.Onlar arasında Shardanes, Shekelesh, Aqwesh, Lukka, Turesh kimi tayfalar vuruşurdular ... "Dəniz xalqı" artıq Misirin qərb ərazilərinə çatmışdılar."
"Dəniz xalqı" e.ə. 1173-cü ildə Misirə ikinci dəfə hücum edir. Lakin onların yürüşlərində əvvəlkindən fərqli olaraq ailələri də var idi. Döyüşçülər öz arvad və uşaqlarını gəmi ilə Misirə yürüşə aparırdılar. Bu dəfə "Dəniz xalqı"nın tayfaları əvvəlkinə nisbətən çox idi. Onlar Misirə həm sudan, həm də qurudan hücum etməyə hazırlaşırdılar. Misir ilə "Dəniz xalqı" arasında baş vermiş döyüş Finikiya ərazisində e.ə. 1173-cü ildə (bəzi mənbələrə görə e.ə. 1177) baş vermişdir. Nəhayət, döyüşün sonunda "Dəniz xalqı" III Ramzesin qoşunu tərəfindən darmadağın edilir. Bu zaman "Dəniz xalqı" bir neçə tayfaya dağılaraq, Aralıq dənizi sahilinə köç edirlər. Lakin yeganə donanma qalmışdır ki, o da Nil ətrafında hərəkət edirdi. Sonda onlar Misir qoşunu ilə qarşılaşdı. Döyüşdə III Ramzesin qoşunu qələbə qazandı. Misir qoşunu "Dəniz xalqı"na onların başqa sivilizasiyalara etdiyi vəhşilikləri edirdilər. Sağ qalan tayfaları, həmçinin, arvad və uşaqları qul etdilər. "Dəniz xalqı" bir daha əvvəlki qüdrətlərini bərpa edə bilmirlər. Bu döyüşdən sonra "Dəniz xalqı" haqqında demək olar ki, məlumat yoxdur. Yalnız qulların Aralıq dənizinə köçərək özlərini Fələstinlilər adlandırdıqları məlumdur. Qalan tayfaların yerləşdiyi ərazilər və onlar haqqında məlumatlar hələ də ziddiyyətlidir. "Dəniz xalqı"nın Misir ilə döyüşü III Ramzesin əmri ilə Mədinət-Habu adlanan dəfn məbədində təsvir edilmişdir. Bu dəf məbədinin divarlarında yazılırdı:
" Heç bir ölkə Hettdən başlayaraq onların qarşısında dura bilmədi. Onlar arasında Peleset, Tjeker, Shekelesh, Denyen və Weshesh tayfaları məhv edildilər. Onlar Amurrada düşərgə salmışdılar, onlar onun insanlarını məhv etdilər, elə bil ki, onlar olmamışlar. Onlar birbaşa Misirə hərəkət edirdilər."
İstinadlar
redaktə- ↑ "Гараманты — властелины Сахары". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- ↑ "Реабилитация филистимлян". 2010-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- ↑ "«Народы моря». Падение Хеттской державы". 2013-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- ↑ "Этруски. Культура и история". 2010-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- ↑ "Гиксосы и их потомки". 2009-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- ↑ Several articles in Oren.
- ↑ Gardiner V.1 p.196.
- ↑ Manassa p.55.