Demircidam - Wikipedia
Dəmirçidam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Dəmirçidam kəndi Seyidlər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəmirçidam kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda boşaldılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.
Dəmirçidam | |
---|---|
40°13′15″ şm. e. 46°04′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Tarixi
redaktəYaşayış məntəqəsini XIX əsrin əvvəllərində Gədəbəy rayonunun Şınıx kəndindən gəlmış ailələr keçmış dəmirçi damının (dəmirçixananın) yanında saldıqları üçün belə adlandırılmışdır. Köç yolunun kənarında yerləşən dəmirçixanada dəmirçilər yaylağa qalxan və qışlağa qayıdan elatlara mövsümi xidmət göstərirdilər.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd dağətəyi ərazidə yerləşir.
Yaylaqları
redaktəMəşədi Baxşalı yurdu, Kalvalılar yurdu, Ortaboyun yurdu, Behbudalı yurdu, Qazaxlar yurdu, Əhmədxan yurdu, Qanqallı yurd, Tombadaş yurdu, Məhərrəmin yurdu, Daşlıqonqur yurdu, Əmir bulağının yurdu.
Bulaqları
redaktəOngöz bulaq, Novlu bulaq, Göy bulaq, Qapaz bulağı, Hüseyn bulağı, Lilpərin bulağı, Xatın bulağı, Söyüdlü bulaq, Müseyibin bulağı, Qiblə bulağı, Əmir bulağı.
Məşhur yerləri
redaktəDardərə, Cəfərə toy olan, Cəfərölən, Qazax dəyə tikən, Qazaxlar düzü, Arpalar, Bədəlin dam yeri, Tülküaşan təpə, Balacatəpə, Keçiqırılan, Pilovun yurdu, Tozluq, Çınqıl, Cərgələr, Məhərrəmin gölü, Qabaqqılış, Çolpan meşəsi, Söyüdlü çayı, Malqəbri, Atqoruğu, Rzabiçən, Binədamı, Səslənənqaya, Hoppan daş.[3]
Binələri və qışlaqları
redaktəKalafalıq binəsi.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
- ↑ Dəmirçidam // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |