Dembelov - Wikipedia
Dəmbəlov - Haqqında Məlumat
Dəmbəlov — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Dəmbəlov | |
---|---|
38°58′34″ şm. e. 48°32′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 82 (2009) nəfər |
Əhalisi
redaktəToponimiyası
redaktəYerli əhali oykonimi Dəmbolovu kimi tələffüz edir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmiş kalışların (talışların qolu) Dəmbəlovu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub, "xoş iyli su kənarı" kimi izah olunur. Kəndin adı, sözsüz ki, ərazidəki istiliyi 50 dərəcə olan bulaqla bağlıdır. Oykonimi "yerdən qaynayıb çıxan su kənarı" kimi də izah etmək olar. [3]