Defneyarpaqli Soyud - Wikipedia
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Dəfnəyarpaqlı söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Dəfnəyarpaqlı söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəAvrasiyanın meşə və çöl zonalarını əhatə edir.
Botaniki təsviri
redaktəHündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir. Erkək sırğaları silindirik, uzunluğu 2-7 sm, diametri 1-1,5 sm, çox sıx çiçəklidir. Dişi çiçəklərin uzunluğu 1-6 sm, diametri 0,8 sm, sallaq, uzun, çılpaq ayaqlarda yerləşir. Erkəkcikləri 5, bəzən 2-4 və ya 12-24, 2 ballıqlı, dişi çiçəklərdə ballıq tək ola bilər. Yumurtalığı yaşıl, çılpaq, yumurtavari-konusvari, qısa ayaqcıqda, qısa, qalın sütuncuqluqdur. Meyvəsi-çılpaq, parlaq, uzunluğu 7 mm-dək olan qutucuqdur. Çiçəklənməsi maydan iyuladək, yarpaqlar açıldıqda baş verir. Meyvə iyulda, oktyabrda yetişir, qışda da ağacın üzərində qalır.
Ekologiyası
redaktəSoyuğa davamlıdır. Torflu və otlu bataqlıqlarda, nəmişli çəmənlik və meşələrdə, vadilərdə bitir. Dağlarda meşənin yuxarı sərhəddində dəniz səviyyəsindən 2000-2500 m hündürlüyə qalxır.
Azərbaycanda yayılması
redaktəKiçik Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəDekorativ görünüşə malikdir. Çay kənarlarında rütubətli ərazilərin yaşıllaşdırılmasında istifadə edilir. Yarpaqlarından ağrı götürücü vasitə kimi və tərləmədə istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Amerina glandulosa Raf.
- Pleiarina pentandra (L.) N.Chao & G.T.Gong
- Salix glandulosa Raf.
- Salix pentandra var. polyandra Rchb.
- Salix polyandra Gled. ex Schrank
Heterotipik sinonimləri
redaktə- Lusekia laurina Opiz
- Salix burqinensis Chang Y.Yang
- Salix fissa Dumort.
- Salix fragilis Host
- Salix fragrans Salisb.
- Salix friesii A.Kern.
- Salix laurifolia Wesm.
- Salix pentandra var. angustifolia W.D.J.Koch
- Salix pentandra f. bracteata E.L.Wolf
- Salix pentandra f. brevisquamis Zapał.
- Salix pentandra var. imminuta E.L.Wolf
- Salix pentandra var. latifolia W.D.J.Koch
- Salix pentandra var. latifolia Hartm.
- Salix pentandra var. laxifolia Hartm.
- Salix pentandra f. longipes Zapał.
- Salix pentandra var. macrophylla Ser.
- Salix pentandra var. macrostachia Ser.
- Salix pentandra var. microstachia Ser.
- Salix pentandra var. obovalis C.Y.Yu
- Salix pentandra polyandra R.I.Schröd.
- Salix pentandra f. stenophylla Zapał.
- Salix polyandra Gled.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1016.