Duylun - Wikipedia
Düylün — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Düylün | |
---|---|
38°57′12″ şm. e. 45°53′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 910 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi meyvəçilik, əkinçilik və taxılçılıqla məşğuldur. Orta məktəbi, kitabxanası, mədəniyyət evi, məscidi, piri var.[2]
Tarixi
redaktəDuylun Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Duylun çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. XIX əsrin ortalarında burada Duylun və Düylündizə adlı iki kənd vardı. Düylündizə kəndi hazırda Dizə adı ilə mövcuddur. Tədqiqatçıların fikrincə, oykonim du (fars. "iki") və Gilan komponentlərindən ibarət olmalıdır. Ehtimal ki, kəndin əhalisi Gilandan gəlmədir. Ordubadın 20 km.-liyində Xarabagilan (yerli əhali Xarabacilan adlandırır) adlı xarabalıq var. Arazın sol qollarından biri Duylun, digəri Gilan adlanır.[3].
Düylün kəndi tarixi Gilan şəhərinin 2 km-də yerləşir. Düylün kənd adı da məhz burdan əmələ gəlmişdir. Fərziyyələrə görə kəndin ilk adı Dügilan olmuşdur. Dü-farsca iki mənasını verir. Yəni Gilanın 2-ci kilometri. Sonradan "Dugilun", "Duylun" kimi adlandırılmışdır.
Kiran, Gilan – orta əsr şəhər yeri. 1926–1929-cu illərdə və 1976-cı ildən tədqiq olunur. Sah.100 ha-dan çoxdur. Abidənin qərb tərəfində e.ə 2–1-ci min illiklərə aid yaşayış məskəni və nekropol aşkar edilmişdir. Xarabagilanın Narın qalası (sa.10-ha-dan çox) və məhəllələri qala divarları ilə əhatə olunmuşdur. Qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilmişdir. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr habelə sənətkarlıq ocaqları və s. tikinti qalıqları aşkar edilmiş, çoxlu maddi mədəniyyət nümunəsi (şirli və şirsiz gil qablar, şüşə və metal məmulatı, sikkələr o cümlədən roma qızıl pulları və s.)tapılmışdır. Tapıntılar arasında XII–XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsxi xəttlərilə yazılara rast gəlinib. Xarabagilan ərazisində ilk antik dövrdə (e.ə V–IV əsrlərdə) şəhər mədəniyyəti yaranmış, orta əsrlərdənisə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarləq mərkəzlərindən biri olmuşdur. Tədqiqatlar nəticəsində Monqol istilaları zamanı dağıdılmış Kiran şəhərinin xarbalığı olduğu aydınlaşdırılmışdır.
Coğrafiyası və iqlimi
redaktəDuylun — Ordubad rayonunda çay. Arazın sol qoludur. Mənbəyini Zəngəzur silsiləsinin cənub qərb yamaclarından (2400 m. hündürlükdən) alır. Aşağı hissəsində suvarma üçün istifadə edilir. Duylun kəndinin yaxınlığından axdığı üçün belə adlandırılmışdır.[3].
Əhalisi
redaktəƏhalisi 834 nəfərdir.[4]
Şəxslər
redaktə- Asiman Əliyev — Vətən müharibəsi şəhidi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ "Düylün kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- ↑ 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.