Dunyamali Kerem - Wikipedia
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev; 28 aprel 1920, Qoçulu – 27 iyul 2024, Çapala, Kvemo-Kartli) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü[1]. Azərbaycanlı uzunömürlü.
Dünyamalı Kərəm | |
---|---|
Dünyamalı Kərəm oğlu Əliyev | |
Doğum adı | Dünyamalı |
Təxəllüsü | Kərəm |
Doğum tarixi | 28 aprel 1920 |
Doğum yeri | Qoçulu, Bolnisi rayonu, Gürcüstan SSR |
Vəfat tarixi | 27 iyul 2024 (104 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | jurnalistika |
Fəaliyyəti | şair, jurnalist |
Mükafatları |
Həyatı
redaktəDünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub.
Təhsili
redaktəİlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937–1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb.
Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Yaradıcılığı
redaktəBir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib.
1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub. Sonralar onun bir neçə şeirlər kitabı da işıq üzü görüb[2].
Haqqında filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı "Dünyamalı Kərəmin poeziya dünyası" adlı kitab yazmış və 2010-cu ildə nəşr etdirmişdir.
Mükafatları
redaktəDünyamalı Kərəm 1979-cu ildə Gürcüstan SSR-nin "Əməkdar jurnalisti" fəxri adına görülüb. 2000-ci ildə Gürcüstanın "Şərəf" ordeninə layiq görülüb. İki dəfə Ali sovetin Fəxri Fərmanı ilə təltif olunmuşdur[3].
İstinadlar
redaktə- ↑ "100 yaşlı şair öz yubileyinə qatıldı" (Azərbaycan dili). modern.az. 27 yanvar 2020 tarixində arxivləşdirilib.
- ↑ "Dünyamalı Kərəmin öz ifasında şeirləri" (Azərbaycan dili). 1tv.ge. 1 may 2020 tarixində arxivləşdirilib.
- ↑ "Bolnisi rayonunun Qoçulu kəndində əməkdar jurnalist 100 yaşını qeyd edir" (Azərbaycan dili). 24news.ge. 1 may 2020 tarixində arxivləşdirilib.