Cozef Kudelka - Wikipedia
Cozef Kudelka (10 yanvar 1938[1][2][…], Boskovitsə[d][3][4][…]) – çexiyalı fotoqraf.
Cozef Kudelka | |
---|---|
fr. Josef Koudelka | |
Doğum tarixi | 10 yanvar 1938[1][2][…] (86 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Janr | teatral fotoqrafiya[d], ağ-qara fotoqrafiya[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəCozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür. Kudelkanın çəkdiyi bu fotoların neqativi Maqnum fotoagentliyinin əli ilə Praqadan qaçırılır və fotoqrafın özünün, ailəsinin təhlükəsizliyini qorumaq üçün anonim adı (P. P. – Prague Photographer) ilə The Sunday Times jurnalında çap edilir. Həmin vaxt çəkdiyi bu fotolar dramatizmin simvollarına çevrilir. 1969-cu ildə "anonim çex fotoqraf" qeyri-adi cəsarətinə görə Robert Kapa Qızıl Medalına layiq görülür. Maqnum Fotonun himayəsilə Kudelka 1970-ci ildə üç aylıq biznes vizası ilə İngiltərəyə gedir. Orada siyasi sığınacaq istəyir və on ildən çox müddətdə İngiltərədə yaşayır. 1971-ci ildə Maqnum Foto Agentliyinə üzv olur. Bundan sonra da o, öz kamerası ilə Avropanı addımbaaddım gəzməyə davam edir. 1970–1980-ci illərdə Kudelka çoxsaylı qrant və mükafatlar alır, “Qaraçılar” (Gypsies, 1975) və “Sürgün olunmuşlar” (Exiles, 1988) kimi fotolayihələrini sərgilərdə nümayiş etdirir. 1986-cı ildən panoramik kameradan istifadə edir və 1999-cu ildə “Xaos” (Chaos) kitabını nəşr etdirir. Fotoqrafın fotolarından ibarət çoxsaylı kitabları, eləcə də, 2006-cı ildə xatirələrini əks etdirən “Kudelka” kitabı çap olunub. Cozef Kudelka, Prix Nadar (1978), Grand Prix National de la Photographie (1989), Grand Prix Cartier-Bresson (1991), Hasselblad Foundation International Award in Photography (1992) kimi mükafatların qalibi olub. Əhəmiyyətli fotosərgiləri Museum of Modern Art (MoMA), International Center of Photography (Nyu-York), Hayward Gallery (London), Stedelijk Museum of Modern Art (Amsterdam) və Palais de Tokyo (Paris) kimi dünya şöhrətli sərgi salonlarında keçirilib. Fransız fotoqraf Anri Kartye-Bresson, çex incəsənət tarixçisi Anna Farova Kudelkanın dostları olmuş, onun işlərinə dəstək vermiş və fotolarının tanınmasına yardım etmişlər. 1987-ci ildə Kudelka Fransa vətəndaşlığını qəbul edir və 1990-cı ildə Çexoslovakiyaya ilk səfərini edə bilir. Həmin vaxt Kudelka Almaniya, Çexiya və Polşa arasında mübahisəli ərazi olan "Qara üçbucaq" (Black triangle, alm. Schwarzes Dreieck) haqqında layihəni işləyib hazırlayırdı. Hazırda Kudelka Fransa və Praqada məskunlaşıb, Avropadan sənədli fotolar çəkməklə karyerasını davam etdirir. İki qızı və bir oğlu var.
Fəaliyyəti
redaktəCozef Kudelkanın çəkdiyi ilk fotolar onun sonrakı yaradıcılığına böyük təsir göstərib. O, tezliklə Slovakiya və Rumıniyada “Qaraçılar” layihəsini işləyir. Bu layihə 1967-ci ildə Praqada sərgilənir. Karyerası boyunca Kudelka öz cəsarətinə görə həmişə təqdir görüb. Bədbxətlik, xarabalıq, ayrılıq, ümidsizlik və soyuqluq əsərlərinin əsas mövzularındandır. Bəzən onun obrazları nağıllardan çıxmış qəhrəmanlara bənzəyirlər. Onun sonrakı fotoları əsasən insan subyektinin olmadığı mənzərələrə fokuslanır. Onun ən son kitabı “Divar: İsrail-Fələstin Mənzərələri” (Wall: Israeli and Palestinian Landscapes) 2013-cü ildə çap olunur. Kitabda onun 2008–2012-ci illər arasında çəkdiyi panoramik mənzərələr yer alıb.
Sitatlar
redaktə- "Mən intellektual, ya da filosof olmağa iddialı deyiləm. Mən sadəcə baxıram"
- "Foto çəkərkən çox da düşünmürəm. Fotolentlərimə baxsanız, özünüzdən soruşa bilərsiniz ki, "Bu oğlan neyləyir?" Lakin mən fotolent və çap olunmuş fotolarla işləyirəm, həmişə onlara baxıram. İnanıram ki, işin nəticəsi içimdə dayanıb və fotonu çəkdiyim həmin an o üzə çıxır, bu haqda düşünməsəm belə, o üzə çıxır."
- "Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq."
Mükafatları
redaktə- 1967 — Union of Czechoslovakian Artists, Çexoslovakiya
- 1969 — Robert Capa Gold Medal Award, ABŞ
- 1972 – Kendal və Southlenddə çəkdiyi fotolara görə — British Arts Council Grant, Birləşmiş Krallıq
- 1973 – Britaniyada qaraçı həyatı barəsində çəkdiyi fotolara görə — British Arts Council Grant, Birləşmiş Krallıq
- 1976 – Britaniya adalarının həyatını çəkdiyinə görə — British Arts Council Grant, Birləşmiş Krallıq
- 1978 — Prix Nadar, Fransa
- 1980 — National Endowment for the Arts Council, ABŞ
- 1987 — Grand Prix National de la Photographie, Fransa
- 1991 — Grand Prix Henri Cartier-Bresson, Fransa
- 1992 — Erna and Victor Hasselblad Foundation Photography Prize, İsveç
- 1998 — The Royal Photographic Society's Centenary Medal and Honorary Fellowship (HonFRPS)
- 2004 — Cornell Capa Infinity Award, ABŞ
Sərgiləri
redaktə- 1961 – Divadlo Semafor, Praqa, Çexoslovakiya
- 1967 – Josef Koudelka: Cikáni – 1961–1966, Divadlo za branou, Praqa, Çexoslovakiya
- 1968 – Josef Koudelka: Divadelni fotografie – 1965–1968, Divadlo za branou, Praqa, Çexoslovakiya
- 1975 – Josef Koudelka, Museum of Modern Art, Nyu-York, ABŞ
- 1977 – Gitans: la fin du voyage
- Galerie Delpire, Paris
- Kunsthaus Zürich, Zürix, İsveçrə; The Tel-Aviv Museum, İsrail
- Viktoriya və Albert Muzeyi, London, Birləşmiş Krallıq
- 1984 – Josef Koudelka, Hayward Gallery, London, Birləşmiş Krallıq
- 1988/1989 – Josef Koudelka
- 1989 – Josef Koudelka, Mission Transmanche, galerie de l'ancienne poste, Calais, Fransa
- 1990 – Josef Koudelka z Fotografického dila 1958–1990, Umeleckoprumyslové museum, Praqa, Çexoslovakiya
- 1994 – Cerny trojuhelnik — Podkrusnohori : Fotografie 1990–1994 (Black Triangle), Salmovsky Palac, Praqa, Çexiya
- 1995/1997 — Periplanissis: following Ulysses' Gaze
- Mylos, Thessaloniki, Yunanıstan
- Zappeion, Afina, Yunanıstan
- Centre culturel Una Volta, Bastia, Fransa
- ville de Rodez, Fransa
- Tokyo Metropolitan Museum of Photography, Tokio, Yaponiya
- Museo di Storia della Fotografia, Fratelli Alinari, Firenze, İtaliya
- 1998 – Reconnaissance: Wales, National Museums and Galleries of Wales, Kardiff, Birləşmiş Krallıq
- 1999/2001 — Chaos
- 2002 — Josef Koudelka: Fotograf, National Gallery, Praqa, Çexiya
- 2002/2003 — Rétrospective
- 2006 — Les Rencontres d'Arles festival, Fransa: exhibition and laureate of the Discovery Award
- 2008:
- 2010 — Invasion Prague 68, Photo Cube Market Square, Guernsey
- 2012 — Zingari, Fondazione Forma, Milan, İtaliya
- 2013 — Vestiges 1991–2012, Centre de la Vieille Charité, Marsel, Fransa
- 2013/2014 — Josef Koudelka Retrospective, The National Museum of Modern Art, Tokio, Yaponiya
Kitabları
redaktə- Diskutujeme o moralce dneska, 1965
- Kral Ubu: Rozbor inscenace Divadla Na Zabradli v Praze, 1966
- Rozbor insenace Divadla Na zabradli v Praze, 1966
- Josef Koudelka, 1968
- Gitans: la fin du voyage, Delpire, France, Gypsies, 1975
- Josef Koudelka: I Grandi Fotografi, 1982
- Josef Koudelka, 1984
- Josef Koudelka. Photographs by Josef Koudelka, 1984
- Exiles, 1988
- Josef Koudelka, Mission Photographique Transmanche, 1989
- Animaux, 1990
- Prague 1968, 1990
- Josef Koudelka: Fotografie Divadlo za branou 1965–1970, 1993
- Josef Koudelka. Photographs by Josef Koudelka, 1993
- Cerný Trojuhelník — Podkrušnohorí : Fotografie 1990–1994, 1994
- Photopoche: Josef Koudleka, 1997
- Reconnaissance Wales, 1998
- Chaos, 1999
- Lime Stone, 2001
- Josef Koudelka, 2002
- Théâtre du Temps, 2003
- L'épreuve totalitaire, 2004
- Koudelka: Camargue, 2006
- Koudelka, 2006
- Joseph Koudelka Photofile, 2007
- Invasion 68: Prague, 2008
- Koudelka Piedmont, 2010
- Lime, 2012
- Wall, 2013
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 Blumberg N. Josef Koudelka // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Artists + Artworks (ing.).
- ↑ 1 2 Museum of Modern Art online collection (ing.).
- ↑ 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2015.