Con Kennedi Prezident Kitabxanasi Ve Muzeyi - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Con Kennedi Prezident Kitabxanası və Muzeyi — ABŞ-ın 35-ci prezidenti Con Kennedinin (1917–1963) prezidentlik kitabxanası və muzeyi. Kitabxana Massaçusets ştatının Boston şəhərində yerləşir. Mərkəz Kennedi administrasiyasının orijinal sənədlərinin və yazışmalarının, ona həsr olunmuş kitabların və məqalələrin xüsusi rəsmi saxlanılan idarədir.
Con Kennedi Prezident Kitabxanası və Muzeyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1979[1] |
Telefon | +1-617-514-1600 |
Sayt | jfklibrary.org |
Vikianbarda əlaqəli mediafayllar |
Kitabxana və muzey ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinin bir hissəsi olan Prezident Kitabxanaları İdarəsi tərəfindən idarə olunan Prezident Kitabxana Sisteminin bir hissəsidir.
Mərkəz həmçinin Amerika yazıçısı Ernest Heminqueyin həyat və yaradıcılığına aid dünyanın ən böyük sənədlər və əşyalar arxividir.
Tarixi
redaktəKitabxana və muzey 1979-cu ildə o vaxtkı prezident Cimmi Karter və Kennedi ailəsinin üzvləri tərəfindən açılmışdır. Binanın memarı Bey Yuymindir.[2]
Haqqında
redaktəMərkəz muzey və kitabxana kimi ikili funksiyası sayəsində çox sayda xidmətlər təklif edir. Muzey Con Kennedinin ailəsinin və prezidentliyinin tarixinin əks etdirən eksponatları öyrənmək üçün daimi ekskursiya təklif edir. Burada müntəzəm olaraq xüsusi sərgilər təşkil olunur.[3]
2020-ci ildən bəri kitabxana bir çox rəqəmsal xidmətlər təklif edir.
Ekspozisiyaları
redaktəKennedinin tərcümeyi-halı, hakimiyyətə gəlişi, prezidentlik dövrü xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır. Ekspozisiya keçmiş prezidentin namizədliyinə qədərki həyatından bəhs edən qısametrajlı filmlə başlayır. Daha sonra 1960-cı il seçkiləri ilə bağlı prezidentlik debatının videosunu ehtiva edən sərgi təqdim olunur.
Ernest Heminqueyin kolleksiyası
redaktəKitabxanada amerikalı yazıçı Ernest Heminqueyin sənədləri və əşyaları kolleksiyası var. Ernest Heminqueyin kolleksiyası yazıçının bütün karyerasını əhatə edir və məlumatlara görə, Heminqueyin mövcud əlyazma materialının 90% özündə cəmləşdirir ki, bu da Kennedi Kitabxanasını onun həyatı və yaradıcılığına dair dünyanın əsas tədqiqat mərkəzinə çevirir. Muzey ziyarəti Kennedinin öldürülməsi və onun Amerika cəmiyyətində irsi haqqında sərgi ilə başa çatır.
Bura daxildir:
- 1000-dən çox orijinal əlyazma, o cümlədən "Fiesta" romanının və "Əlvida, silah!" kitabının əlyazmaları.
- Heminquey tərəfindən yazılmış və ya ona ünvanlanmış minlərlə məktub, o cümlədən digər yazıçılarla yazışmaları
- 10.000-dən çox fotoşəkil və digər materiallar (bukletlər, sənədlər, broşuralar, qeydlər və s.)
- Onun şəxsi kitabxanasından kitablar, bir çoxu qeydlərlə.
- Yazıçının şəxsi kolleksiyasından rəsmlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 John F. Kennedy Library, John F. Kennedy Presidential Library and Museum // ArchINFORM (alm.). 1994.
- ↑ https://www.nytimes.com/1964/12/14/archives/front-page-1-no-title-pei-will-design-kennedy-library.html
- ↑ https://archive.wikiwix.com/cache/index2.php?url=https%3A%2F%2Fmuseu.ms%2Fmuseum%2Fdetails%2F556#federation=archive.wikiwix.com&tab=url